Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-1713/2025 23.05.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mətin Azər oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs1na qarşı “barışıq sazişinin təsdiq edilməsi və icra edilməsi” tələbi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs1na qarşı “barışıq sazişinin təsdiq edilməsi və icra edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər Ərizəçi (yəni o) və Maraqlı şəxs2, mediator X1 (reyestr nömrəsi 00453) iştirakı ilə aralarında olan mübahisə ilə bağlı razılığa gəlmələri, tərəflər Ərizəçi ilə Maraqlı şəxs2 iştirakı ilə xx.xx.2025ci il tarixdə keçirilən tam Mediasiya sessiyası zamanı, ikinci tərəf Maraqlı şəxs2 birinci tərəf Ərizəçi övladları xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəlllüdlü X2 ataları Ərizəçi ilə hər həftənin bazar günləri saat 10:00-dan 16:00-dək görüşüb ünsiyyət qurmalarına şərait yaradacağına və eyni zamanda ünsiyyətlərinə mane olmayacağı barədə öhdəlik götürməsi, tərəflərin qəbul etdikləri qərarı öz imzaları ilə təsdiq etməsi barədə xx.xx.2025-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi və icra edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, tərəflər Ərizəçi (yəni o) və Maraqlı şəxs2, mediator X1 (reyestr nömrəsi 00453) iştirakı ilə aralarında olan mübahisə ilə bağlı razılığa gəlmişlər. Tərəflər Ərizəçi ilə Maraqlı şəxs2 iştirakı ilə xx.xx.2025-ci il tarixdə keçirilən tam Mediasiya sessiyası zamanı, ikinci tərəf Maraqlı şəxs2 birinci tərəf Ərizəçi övladları xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəlllüdlü X2 ataları Ərizəçi ilə hər həftənin bazar günləri saat 10:00-dan 16:00-dək görüşüb ünsiyyət qurmalarına şərait yaradacağına və eyni zamanda ünsiyyətlərinə mane olmayacağı barədə öhdəlik götürmüşlər və qəbul etdikləri qərarı öz imzaları ilə təsdiq etmişlər. Buna baxmayaraq, cavabdeh barışıq sazişinə əməl etməmiş və onun uşaqları ilə ünsiyyət hüququnu həyata keçirməsinə şərait yaratmamışdır. Şifahi qaydada deməsinə baxmayaraq, onun sözlərinə məhəl qoymur və sazişin müddəalarını pozur. Ona görə də o, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Ərizəçi və maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs1 səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-ə əsasən mülki işə ərizəçinin və maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəni və barışıq sazişini nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-177/2025 saylı qətnaməsindən görünür ki, Maraqlı şəxs2 cavabdeh Ərizəçi qarşı “nikahın pozulması, uşaq və aliment” tələbinə dair iddiası qismən təmin edilərək, tərəflər arasında olan nikahın pozulması, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəlllüdlü X2 analarının himayəsində saxlanılmaları, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Ərizəçi iddiaçı Maraqlı şəxs2 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ayrı-ayrılıqda ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,42 misli həcmində sabit pul məbləğində alimentin tutulması, alimentin tutulmasının uşaqların ataları Ərizəçi alınıb anaları Maraqlı şəxs2 verildiyi gündən hesablanması qət edilmişdir. İş materiallarında olan Ərizəçi ilə Maraqlı şəxs2 arasında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞS/MT-023/2025-00433 nömrəli Barışıq sazişindən görünür ki, ikinci tərəf Maraqlı şəxs2 birinci tərəf Ərizəçi övladları xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəlllüdlü X2 ataları Ərizəçi ilə hər həftənin bazar günləri saat 10:00-dan 16:00-dək görüşüb ünsiyyət qurmalarına şərait yaradacağına və eyni zamanda ünsiyyətlərinə mane olmayacağı barədə öhdəlik götürməklə tərəflər mübahisə üzrə barışıq sazişi bağlamışlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən, məhkəmə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş üçüncü şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2023cü il tarixli, MŞS/MT-023/2023-01109 nömrəli barışıq sazişi məcburi icrası üçün təsdiq olunmalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 216-220, 355-23-355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs2 arasında ikinci tərəf Maraqlı şəxs2 birinci tərəf Ərizəçi övladları xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəlllüdlü X2 ataları Ərizəçi ilə hər həftənin bazar günləri saat 10:00-dan 16:00-dək görüşüb ünsiyyət qurmalarına şərait yaradacağına və eyni zamanda ünsiyyətlərinə mane olmayacağı barədə öhdəlik götürməsinə dair bağlanmış xx.xx.2025-ci il tarixli, MŞS/MT-023/2025-00433 nömrəli Barışıq sazişi məcburi icrası üçün təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-1713/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-1713/2025
23.05.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver