Məhkəmə qərarları › İş №2(056)-1752/2024

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-1752/2024

28.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-1752/2024 28.08.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X8 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs2 maraqlı şəxs kimi qeyd edilməklə) «ölüm faktının müəyyən olunması» barədə ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs2 maraqlı şəxs kimi qeyd edilməklə) «ölüm faktının müəyyən olunması» barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1979-cu ildə Lənkəran şəhərində anadan olmuş arvadı X1 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölümünün qeyd edilmə faktı kimi müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, X3 onun arvadı olmuşdur. Arvadı Nuriyyə xx.xx.1979-cu ildə Lənkəran şəhərində anadan olmuşdur. Onlar xx.xx.2015-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşlar. Nuriyyə 15 aprel 2024-cü il tarixində Bakı şəhərində faktiki yaşadıqları evdə olan qan təzyiqi kəskin surətdə aşağı düşmüş, təcili tibbi yardım xidmətinə müraicət edilmiş, lakin arvadının həyatını xilas etmək mümkün olmamışdır. Arvadı Nuriyyəni doğulduğu Lənkəran şəhərində Haftoni qəsəbəsində dəfn etmişlər. O, ölüm haqqında şəhadətnamə almaq üçün Qeydiyyat Şöbəsinə müraciət etsə də, ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Faktın təsdiqi ölüm haqqında şəhadətnamə alındıqdan sonra subaylığı barədə şəxsiyyət vəsiqəsində dəyişiklik etdirmək, övladının digər sənədlərini nizama salmaq və baxım pulu, ölüm pulu almaq üçün zəruridir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş Maraqlı şəxs2 məhkəmə iclasında öz nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin etiraz etməməsini nəzərə alaraq işə Maraqlı şəxs2 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı X6 şahid qismində ifadə verərək bildirdi ki, ərizəçi onun qardaşıdır. Qardaşı arvadı Nuriyyə 3-4 ay olar ki, qan təzyiqinin düşməsi səbəbindən vəfat etmişdir. Qardaşı Vüsal ona zəng edərək Nuriyyənin vəziyyətinni yaxşı olmadığını bildirmiş, o, arvadı ilə onların yaşadığı evə getmiş, həyətdə təcili tibbi yardım və post patrul xidmətinin avtomobili olmasını görmüşlər. Evə çatdıqda Nuriyyə vəfat etmişdi. Həkim bildirdi ki, qan təzyiqi qəfil aşağı düşmüş, bu səbəbdən vəfat etmişdir. Nuriyyəni Lənkəran rayonunda dəfn etmişlər. Məhkəmə iclasında iştirak edən digər şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, ərizəçi onun dayısıdır. Nuriyyə isə dayısı arvadı olmuşdur. 4-5 ay bundan əvvəl o, Bakı şəhərində işləyərkən anası ona zəng edib Nuriyyənin vəfat etdiyini bildirmişdir. O, Nuriyyə vəfat edəndən sonra dayısı evinə çata bilmişdir. X10 rayonunda dəfn etmişlər. Eşitdiyinə görə Nuriyyə təzyiqinin düşməsi ilə əlaqədar vəfat edib. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ No 063518 seriyalı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi X4 ilə xx.xx.2015-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuş, nikah bağlandıqdan sonra arvada Aslanova soyadı verilmişdir. İş materiallarında olan Lənkəran Şəhər İHB-nin Haftoni qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Lənkəran rayonu Haftoni qəsəbəsində doğulmuş və qeydiyyatda olmuş X3 xx.xx.2024-cü il tarixdə vəfat etmiş və Lənkəran rayonu Haftoni qəsəbəsinin təzə qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarına həmçinin X1 məzar daşının fotoşəkli əlavə edilmiş, məhkəmə həmin sənədi də tədqiq etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci mаddəsinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara əsasən hesab edir ki, xx.xx.1979-cu ildə Lənkəran şəhərində anadan olmuş X1 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər sübut vardır. Ona görə də ərizə əsaslı hesab edilərək təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1979-cu ildə Lənkəran şəhərində anadan olmuş X1 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə X3 barədə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar