Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 2(056)-182/2023 04.04.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, İddaçı İddiaçı vəkili X1, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi və vəkili X2 iştirakları ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı «əmlak tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı «əmlak tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində qeyd olunan qızıl zinət əşyalarının və cehiz əmlakının və ya özləri olmazsa əmtəəşünas rəyi ilə müəyyə edilmiş dəyərinin, ödənilmiş dövlət rüsumu əvəzində 142,80 manatın və 50 manat mediasiya xidmət haqqının cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddaçı İddiaçı vəkili X3 hazırda tərəflərin barışmaq ərəfəsində olduqlarını, buna görə iddiaçının tələbinə baxılmasını tələb etmədiyini bildirərək, iddia ərizəsinin geri qaytarılmasını və işin baxılmamış saxlanmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi və vəkili X4 iddia ərizəsinni baxılmamış saxlanmasına etiraz etmədiyini bildirdi. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı «əmlak tələbinə dair» iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-182/2023
Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №2(056)-182/2023
04.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver