Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-192/2025 13.01.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X8 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs kimi qeyd edilməklə) «ölüm faktının müəyyən olunması» barədə ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs kimi qeyd edilməklə) «ölüm faktının müəyyən olunması» barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1990-cı ildə Sabirabad rayonunun Nizami kəndində anadan olmuş X1 xx.xx.1990-cı il tarixdə Sabirabad rayonunun Nizami kəndində və xx.xx.1992-ci ildə Şirvan şəhərində anadan olmuş X3 xx.xx.1998-ci il tarixdə Sabirabad rayonunun Nizami kəndində ölümünün qeyd edilmə faktı kimi müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, 11 iyul 1987-ci ildə X9 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, faktiki nikahlarından xx.xx.1990-cı ildə X5, xx.xx.1992-ci ildə X6 və digər övladları anadan olmuşdur. X5 xx.xx.1990-cı ildə, X6 isə xx.xx.1998-ci ildə vəfat etmişdir. Əri Fikrət də xx.xx.2014-cü ildə kəskin mikroinfakt səbəbindən vəfat etmişdir. Övladları Sabirabad rayonunun Nizami kənd qəbirstanlığında dəfn edilmişlər. Miras əmlaka dair şəhadətnamə almaq üçün sənədlər toplanarkən məlum olmuşdur ki, qeyd etdiyi övladlarının adına ölüm haqqında şəhadətnamə əldə edilməmişdir. O, ölüm haqqında şəhadətnamə almaq üçün Qeydiyyat Şöbəsinə müraciət etsə də, ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Faktın təsdiqi ölüm haqqında şəhadətnamə alındıqdan sonra torpaqla bağlı müvafiq sənədləşmə işlərinin həyata keçirilə bilməsi üçün zəruridir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını, qəbul ediləcək qərarı məhkəmə mülahizəsinə buraxmalarını bildirmişdir. Məhkəmə ərizəçinin etiraz etməməsini nəzərə alaraq işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı X4 şahid qismində ifadə verərək bildirdi ki, ərizəçi onun bacısıdır. O, kəndin bir başında, ərizəçi isə digər başında yaşayır. Onun övladlarından Şükufə 1990-cı ildə doğulduğu ildə qızdırmadan, Kamran isə 1998-ci ildə tok vurmasından vəfat etmişdir. O, dəfndə iştirak etmişdir. Məhkəmə iclasında iştirak edən digər şahid qismində dindirilmiş X11 bildirdi ki, ərizəçi onun həm qonşusu, həm də ərizəçinin mərhum əri onun dayısı oğludur. Ərizəçinin bir neçə övlad olmuş, həmin övladlardan bir qız və bir oğlan uşağı olmaqla vəfat etmişdir. Qız 1990-cı ildə, oğlan isə 1998-ci ildə vəfat etmişdir. Onların ölüm səbəbi dəqiq yadında deyildir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan İV-JQ No 313285 seriyalı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1987-ci ildə X2 ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuş, arvada Nuriyeva soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X5 xx.xx.1990-cı ildə Sabirabad rayonunun Nizami kəndində anadan olmuşdur. Onun atası X9, anası Ərizəçidır. İş materiallarında olan XV-JQ No 493917 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1992-ci ildə Əli Bayramlı şəhərində anadan olmuşdur. Onun atası X9, anası Ərizəçidır. İş materiallarında olan AZ-İ No 666884 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2014-cü ildə Sabirabad rayonunun Nizami kəndində kəskin miokart infaktı səbəbindən ölmüşdür. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16- 05/17-xx-xx/2024 saylı məktubdan görünür ki, xx.xx.1990-cı ildə ölmüş X1 və xx.xx.1998-ci ildə ölmüş X3 ölümünün dövlət qeydiyyatına alınaraq ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materialına həmçinin xx.xx.2024-cü il tarixli akt əlavə edilmiş, məhkəmə həmin sənədi də tədqiq etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci mаddəsinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara əsasən hesab edir ki, xx.xx.1990-cı il təvəllüdlü X1 xx.xx.1990-cı il tarixdə Sabirabad rayonunun Nizami kəndində və xx.xx.1992-ci il təvəllüdlü X3 xx.xx.1998-ci il tarixdə Sabirabad rayonunun Nizami kəndində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər sübut vardır. Ona görə də ərizə əsaslı hesab edilərək təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 305- 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1990-cı il tarixdə Sabirabad rayonunun Nizami kəndində doğulmuş X1 xx.xx.1990-cı il tarixdə Sabirabad rayonunun Nizami kəndində və xx.xx.1992-ci il tarixdə Əli Bayramlı şəhərində doğulmuş X3 xx.xx.1998-ci il tarixdə Sabirabad rayonunun Nizami kəndində vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə X5 və X6 barədə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-192/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-192/2025
13.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver