Məhkəmə qərarları › İş №2(056)-199/2023

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-199/2023

12.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-199/2023 12.01.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Füzuli Novruzəli oğlunun sədrliyi, Əsədli Elçin Ayaz oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs kimi qeyd edilən) «ölüm faktının müəyyən olunması» barədə ərizəsinə dair mülki işə xx.xx.2023-ci il tarixdə Sabirabad şəhərində, Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs kimi qeyd edilən) «ölüm faktının müəyyən olunması» barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1971-ci il tarixdə Sabirabad rayonu, Poladtoğay kəndində anadan olmuş X2 xx.xx.2017-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, X5 ilə 1989-cu ildə ailə qurmaqla evlənmişdir. Birgə nikahlarından 3 nəfər uşaqları doğulmuşdur. Arvadı Zülfiyyə epilepsiya xəstəsi olmuşdur və xx.xx.2017-ci ildə xəstəliyin tutması nəticəsində evlərinin qarşısından keçən su kanalına düşərək boğulub ölmüşdür. Mərhum Poladtoğay kənd qəbristanlığında dəfn olunmuşdur. Arvadının ölümü haqqında qeydiyyat şöbəsində akt qeydi tərtib edilməmiş və müvafiq şəhadətnamə alınmamışdır. Faktın təsdiqi ona mərhum arvadına ölüm haqqında şəhadətnamə alması və mülkiyyətlərində olan əmlak üzrə vərəsəlik məsələlərinin həll edilməsi üçün zəruridir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəyə uyğun məzmunda izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəməyə müraciət edərək məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini, iş üzrə qəbul olunacaq qərarı məhkəmənin mülhaizəsinə buraxdıqlarını və tələbin təmin ediləcəyi təqdirdə üzərinə düşən öhdəliklərin onlar tərəfindən icra olunacağını bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X7 bildirmişdir ki, ərizəçi onun həmkəndlisidir. Həqiqətəndə İnqlabın arvadı Zülfiyyə xx.xx.2017-ci il tarixdə su kanalında boğularaq ölmüşdür. Hadisə yerində olmuş və mərhumu kanaldan çıxardıqdan sonra dəfn mərasimində iştirak etmişdir. Zülfiyyə Poladtoğay kənd qəbristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X10 digər şahid X6 göstərdiyi məzmunda izahat verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə ərizəçi və şahidləri dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli rəydən görünür ki, vətəndaş Ərizəçi Maraqlı şəxsnə müraciət edərək arvadı X2 ölümünün qeydə alınmasını xahiş etmişdir. X1 adına ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölümünün qeydə alınmasından imtina edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin və nikah şəhadətnaməsinin surətlərindən görünür ki, X5 xx.xx.1971-ci ildə Sabirabad rayonu Poladtoğay kəndində anadan olmuşdur. İş materiallarına əlavə edilmiş qəbir daşının fotoşəklindən, Sabirabad rayon prokurorunun köməkçisi X4 xx.xx.2017-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarından görünür ki, xx.xx.1971-ci il təvəllüdlü X2 xx.xx.2017-ci il tarixdə saat 10 radələrində yaşadığı evin giriş darvazasının qarşısından keçən dərinliyi 0,8-1 metr olan şirin su kanalına düşərək boğularaq ölməsi ilə əlaqədar toplanmış 144-C-17 nömrəli material üzrə Azərbaycan Respublikasının CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nın 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara əsasən hesab edir ki, xx.xx.1971-ci il təvəllüdlü X2 xx.xx.2017-ci il tarixdə Sabirabad rayon Poladtoğay kəndində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər sübut vardır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nın 216-220 və 305-311ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1971-ci il tarixdə Sabirabad rayonu Poladtoğay kəndində doğulmuş X2 xx.xx.2017-ci il tarixdə vəfat etməsi faktı təsdiq edilsin. Hazırkı qətnamə X5 barədə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar