Məhkəmə qərarları › İş №2(056)-2000/2023

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-2000/2023

15.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-2000/2023 15.11.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X6 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs kimi qeyd edilməklə) «ölüm faktının müəyyən olunması» barədə ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs kimi qeyd edilməklə) «ölüm faktının müəyyən olunması» barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1972-ci ildə Sabirabad rayonu Bulduq kəndində anadan olmuş X2 xx.xx.2003-cü il tarixdə Sabirabad rayonu, Bulduq kəndində ölümünün qeyd edilmə faktı kimi müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.1972-ci il tarixdə anadan olmuş X5 onun bacısıdır. Bacısı xx.xx.2003-cü il tarixdə evlərinin həyətində ehtiyyatsızlıqdan xiyar şitillərinin dərmanlanması nəticəsində vəfat etmişdir. X8 Sabirabad rayonu Bulduq kəndində yerləşən qəbristanlıqda dəfn olunmuşdur. Faktın təsdiqi bacısını adına olan şəhadətnamə almaq və bundan irəli gələn mülki hüquq münasibətlərinin tənzimlənməsi üçün zəruridir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-165/6-533/2023 saylı məktubundan görünür ki, Ərizəçi ərizəsi üzrə qəbul ediləcək qərar məhkəmənin mülahizəsinə buraxılmış və məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsi xahiş edilmişdir. Məhkəmə iclası zamanı X4 şahid qismində ifadə verərək bildirdi ki, mərhum Səlimə Mamedova onun əmisi qızıdır. Səlimə xx.xx.2003-cü il tarixdə xiyar zəhərlənməsindən vəfat etmişdir. O, mərhumun yas mərasimlərində yaxından iştirak etmişdir. Məhkəmə iclasında iştirak edən digər şahid qismində dindirilmiş X1 ərizəçi ilə qonşu olduğunu bildirmiş və qeyd etmişdir ki, ərizəçinin bacısı Səlimə xx.xx.2003-cü il tarixdə zəhərlənmədən Bulduq kəndində vəfat etmişdir. O, mərhumun dəfn və hüzn mərasimlərində yaxından iştirak etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş; Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-16-05/08-xx-xx/2023 saylı rəydən görünür ki, əsas olmadığı üçün xx.xx.1972-ci il tarixdə Sabirabad rayonunun Bulduq kəndində anadan olaraq Sabirabad rayonu Bulduq kəndində yaşamış və xx.xx.2003-cü il tarixdə vəfat etmiş X2 ölümünün dövlət qeydiyyatına alınaraq ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Sabirabad rayon Bulduq kənd sakinlərinin imzaları və Ulacalı kənd İƏD-si üzrə nümayəndəliyinin möhürü ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli AKT-dan görünür ki, X5 xx.xx.2003cü il tarixdə Sabirabad rayonu Bulduq kəndində ölmüş və Bulduq kənd qəbristanlığında dəfn edilmişdir. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-16-5/4-1226-23 saylı arayışın surətindən görünür ki, X5 xx.xx.1972-ci il tarixdə Sabirabad rayonu Bulduq kəndində anadan olmuşdur. Sabirabad rayon Bulduq kənd Məscidi dini icmasının sədri Ş.Həsənov tərəfindən imzalanmış və möhürü ilə təsdiq edilmiş arayışdan görünür ki, X5 xx.xx.2003-cü il tarixdə Bulduq kənd qəbristanlığında dəfn edilmişdir. Sabirabad rayon Prokurorluğundan daxil olmuş və elektron qaydada imzalanmış 714-xid-23 saylı məktubdan görünür ki, Ərizəçi bacısı X2 vəfat etməsi ilə bağlı rayon prokurorluğunda araşdırma aparılmamış, cinayət işi istintaq edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci mаddəsinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara əsasən hesab edir ki, xx.xx.1972-ci il təvəllüdlü X2 xx.xx.2003-cü il tarixdə vəfat etməsini təsdiq etmək üçün kifayət qədər sübut vardır. Ona görə də ərizə əsaslı hesab edilərək təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 305-311-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1972-ci il tarixdə Sabirabad rayonu Bulduq kəndində doğulmuş X2 xx.xx.2003-cü il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə X5 barədə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar