Məhkəmə qərarları › İş №2(056)-2154/2024

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-2154/2024

06.08.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-2154/2024 06.08.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X8 Novruzəli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi İddiaçı Ərizəçi iştirakı ilə, İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024cü il tarixli, MŞS/MT-023/2024-00746 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdeh Maraqlı şəxs razılaşmasına əsasən X1 iştirakı ilə xx.xx.2024-cü il tarixli, MŞS\MT-023\2024-00746-saylı "Barışıq Sazişi" tərtib edilmişdir. Barışıq sazişinə əsasən cavabdeh Maraqlı şəxs ilə aralarında olan Sabirabad rayon Məhkəməsinin qətnaməsi ilə təyin olnmuş 280(iki yüz səksən) manat alimentin xx.xx.2024-cü il tarixdən etibarən artırılaraq hər ay 330 (üç yüz otuz) manat olması ilə razılaşaraq öhdəlik götürmüşlər. Cavabdeh Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, MŞS\MT- 023\2024-00746- saylı "Barışıq Sazişi" ilə öz üzərinə götürdüyü öhdəlikdən yayınır və öhdəliyə əməl etmir. Odur ki alarında olan razılaşmanı (Barışıq Sazişini) məhkəmə qətnaməsi ilə təsdiq edilməsi zəruridir. Ona görə də o, məhkəmə müraciət etmək qərarına gəlmişdir. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(056)-578/2022 saylı qətnaməsinə əsasən xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X6 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdeh Maraqlı şəxs hər ay hər bir uşağa 140 manat olmaqla 2 uşağa 280 manat sabit məbləğdə alimentin alınıb Ərizəçi ödənilməsi qət edilmişdir. İddiaçı Ərizəçi məhkəmə iclası zamanı barışıq sazişinə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə ərizəçinin və maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, ərizəni və barışıq sazişini nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X6 adlı uşaqları doğulmuşdur. İş materiallarında olan Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞS/MT-023/2024-00746 nömrəli Barışıq sazişindən görünür ki, tərəflər iki azyaşlı xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X6 adlı uşaqların saxlanmasına görə hər uşaq üçün 165 manat olmaqla, ümumilikdə 330 manat alimentin xx.xx.2024-cü il tarixdən etibarən Ərizəçi ödənilməsini Maraqlı şəxs Ərizəçi təqdim etdiyi AZ06AİİB******************** bank hesabına (kart 4169 7987 2409 3772) ödəməyi ilə bağlı razılaşaraq qərar qəbul etdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən, məhkəmə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş üçüncü şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞS/MT-023/2024-00746 nömrəli barışıq sazişi məcburi icrası üçün təsdiq olunmalıdır. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(056)-578/2022 saylı qətnaməsi ilə hər uşağa görə müəyyən edilmiş 140 manat alimentin miqarı dəyişdirilməli və hər uşağa görə 165 manat müəyyən edilməklə iki uşağa görə ümumilikdə hər ay 330 manat sabir məbləğdə aliment tutulub Ərizəçi ödənilməlidir. Göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 216-220, 355-23-355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞS/MT-023/2024- 00746 nömrəli Barışıq sazişi təsdiq edilsin. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(056)-578/2022 saylı qətnaməsi ilə hər uşağa görə müəyyən edilmiş alimentin miqarı dəyişdirilsin. xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdeh Maraqlı şəxs hər ay hər uşağa görə 165 manat olmaqla, iki uşağa ümumilikdə 330 manat sabir məbləğdə aliment tutulub Ərizəçi ödənilsin. Alimentin bu qaydada tutulması xx.xx.2024-cü il tarixdən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Füzuli Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar