Məhkəmə qərarları › İş №2(056)-2235/2024

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-2235/2024

30.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-2235/2024 30.09.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X6 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs kimi qeyd edilməklə) «ölüm faktının müəyyən olunması» barədə ərizəsi üzrə mülki işə xx.xx.2024-cü il tarixdə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs kimi qeyd edilməklə) «ölüm faktının müəyyən olunması» barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci ildə anadan olmuş X4 xx.xx.2024-cü il tarixdə Sabirabad rayonunda ölümünün qeyd edilmə faktı kimi müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, X9 onun oğludur. Oğlu Əli xx.xx.2022-cü ildə Şirvan şəhərində anadan olmuş, xx.xx.2024-cü il tarixdə Sabirabad rayonu ərazisində həkimdən gətirərkən yolda ölmüşdür. Həmin zamanlarda o, sənədləşməyə əhəmiyyət verməyərək oğlunun ölümü ilə bağlı sənədləşmə işlərini həyata keçirməmişdir. X13 Sabirabad rayonu Zəngənə kənd qəbristanlığında dəfn olunmuşdur. O, ölüm haqqında şəhadətnamə almaq üçün Qeydiyyat Şöbəsinə müraciət etsə də, ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Faktın təsdiqi ölüm haqqında şəhadətnamə alındıqdan sonra torpaqla bağlı müvafiq sənədləşmə işlərinin həyata keçirilə bilməsi üçün zəruridir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını, qəbul ediləcək qərarı məhkəmə mülahizəsinə buraxmalarını bildirmişdir. Məhkəmə ərizəçinin etiraz etməməsini nəzərə alaraq işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı X3 şahid qismində ifadə verərək bildirdi ki, ərizəçi onun qardaşı gəlinidir. Qardaşı nəvəsi əli sağlam doğulmuş, bir neçə ay əvvəl qəflətən vəziyyəti dəyişilmiş, qusmağa başlamış, Bakı şəhərinə xəstəxanaya aparmışlar. xx.xx.2024-cü ildə o, Xəstəxanada olmuş. Həkimlə uşağın vəziyyəti barədə maraqlanmış, həkim böyrək çatışmazlığı diaqnozunu qoymuşdur. xx.xx.2024-cü ildə səhər saatlarında yenidən xəstəxanada olmuş, həkim uşağın vəziyyətinin daha da ağırlaşdığını bildirmişdir. Bundan sonra qərara gəlmişlər ki, uşağı xəstəxanadan çıxarıb evə gətirsinlər ki, son dəfə qardaş bacıları görə bilsin. Lakin rayon ərazisində təxminən Qaratəpə kəndi ərazisində avtomobildə yolda olarkən uşaq keçinmişdir. Məhkəmə iclasında iştirak edən digər şahid qismində dindirilmiş X5 ərizəçi ilə bacı olduğunu bildirərək, digər şahid X1 ifadəsinə uyğun ifadə verdi. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2022-ci ildə Şirvan şəhərində anadan olmuşdur. Onun atası X2, anası Ərizəçidır. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16- 05/17-xx-xx/2024 saylı məktubdan görünür ki, xx.xx.2004-cü ildə ölmüş X4 ölümünün dövlət qeydiyyatına alınaraq ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materialına həmçinin akt və ambulator kitabçadan çıxarış əlavə edilmiş, məhkəmə həmin sənədləri də tədqiq etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci mаddəsinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara əsasən hesab edir ki, xx.xx.2022-ci il təvəllüdlü X4 xx.xx.2024-cü il tarixdə Sabirabad rayonunda vəfat etməsini təsdiq etmək üçün kifayət qədər sübut vardır. Ona görə də ərizə əsaslı hesab edilərək təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2022-ci il tarixdə Şirvan şəhərində doğulmuş X4 xx.xx.2024-cü il tarixdə Sabirabad rayonunda vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə X9 barədə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar