Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-235/2023 07.02.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X19 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs kimi qeyd edilməklə) «ölüm faktının müəyyən olunması» barədə ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs kimi qeyd edilməklə) «ölüm faktının müəyyən olunması» barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1996-cı ildə Sabirabad rayonunun Moranlı kəndində anadan olmuş X10 xx.xx.1999-cu il tarixdə Sabirabad rayonu Moranlı kəndində ölümünün qeyd edilmə faktı kimi müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, mərhum qızı X18 xx.xx.1996-cı ildə Sabirabad rayonu, Moranlı kəndində anadan olmuşdur. X5 xx.xx.1999-cu ildə, 3 yaşında ikən balkondan yıxılaraq vəfat etmiş və Moranlı kənd qəbirstanlığında dəfn olunmuşdur. Qeyd edilənlər Sabirabad RİHB-nın Moranlı kənd icra nümayəndəliyi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli Aktla da təsdiq olunur. Qızı Kamilənin vəfat etməsi Sabirabad rayon prokurorluğunda da araşdırılmış və cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Lakin Qeydiyyat şöbəsindən olüm haqqında şəhadətnamə alınmamışdır. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 05/47- 46/2022 rəylə X12 ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Faktın təsdiqi X9 adının qalması, bu xüsusda hazırda adının çıxarılması və müvafiq sənədləşmə aparıla bilməsi üçün zəruridir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə ərizəçinin etiraz etməməsini nəzərə alaraq işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı X3 şahid qismində ifadə verərək bildirdi ki, ərizəçi onun qonşusudur. X2 ərizəçinin qızı olmuşdur. X18 xx.xx.1999-cu ildə ölmüşdür. Sabirabad rayonu Moranlı kəndində qəbirstanlıqda dəfn etmişlər. Məhkəmə iclasında iştirak edən digər şahid qismində dindirilmiş X6 ərizəçi ilə həm əmioğlu, həm də qonşu olmasını bildirərək, şahid X1 ifadəsinə uyğun ifadə verdi. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 05/xxxx/1120 saylı arayışdan görünür ki, Ərizəçi və X7 nikahı haqqında 06 yanvar 1996-cı il tarixdə 04 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikahın qeydə alındığı yer Sabirabad rayon Moranlı KİN-dir. Nikah bağlandıqdan sonra ərə Hüseynov, arvada Hüseynova soyadları verilmişdir. Bu barədə İV- JQ 353464 nömrəli nikah haqqında şəhadətnamə verlmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 05/69-11 saylı arayışdan görünür ki, X18 xx.xx.1996-cı ildə Sabirabad rayonu, Moranlı kəndində anadan olmuşdur. Bu barədə Sabirabad rayon Moranlı KİN-də xx.xx.1996-cı il tarixdə 122 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası Ərizəçi və anası X8r. Bu barədə XİX-JQ 476078 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan Sabirabad Rayon Prokurorluğu tərəfindən Sabirabad rayonu, Moranlı kənd sakini Ərizəçi ünvanlanmış 29 noyabr 2022-ci il tarixli 676-Ş-22 saylı məktubdan görünür ki, qızı X13 20 iyul 1999-cu il tarixdə ölməsi faktı üzrə Sabirabad rayon prokurorluğunda araşdırma aparılmışdır. Araşdırma nəticəsində qızınız Kamilə Hüseynovanın intihar etməsi faktı üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir.Materialın saxlanılma müddəti bitdiyi üçün 15 aprel 2005-cil tarixli aktla məhv edildiyindən, qərarın surətinin Sizə təqdim edilməsi mümkün olmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə Sabirabad rayonu, Moranlı kənd sakinləri X6, X4, X16 və X11 iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, həqiqətəndə X18 xx.xx.1996-cı ildə Moranlı kəndində anadan olmuş və xx.xx.1999-cu də vəfat etmiş və Çoranlı kənd qəbirstanlığında dəfn edilib və hal-hazırda qəbri Moranlı qəbirstanlığındadır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 05/xx-xx/2022 saylı «Ərizəçi qızı X10 ölümünün dövlət qeydiyyatına alınaraq ölüm haqqında şəhadətnamə verilməsindən imtina etmək barədə» rəydən görünür ki, təqdim edilən sənədlər araşdırılarkən məlum olmuşdur ki, X20 xx.xx.1996-cı ildə Sabirabad rayonunun Moranlı kəndində anadan olaraq həmin kənddə yaşamasına, xx.xx.1999-cu ildə yaşadığı ünvanda ölməsi faktı ilə əlaqədar Sabirabad rayon Prokurorluğunda araşdırma aparılaraq xx.xx.1999-cu il tarixli qərarla pinayət işinin başlanmasının rədd edilməsinə və mərhumun Sabirabad rayon Moranlı kənd qəbiristanlığında dəfn edilməsinə baxmayaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülməməsi səbəbi ilə yanaşı, ölüm haqqında tibbi şəhadətnamə (106 saylı forma) əldə edilərək qeydiyyat şöbəsinə təqdim edilməmişdir. Əsas olmadığı üçün xx.xx.1996-cı ildə Sabirabad rayonunun Moranlı kəndində anadan olaraq həmin kənddə yaşamış və xx.xx.1999-cu ildə yaşadığı ünvanda vəfat etmiş X13 ölümünün dövlət qeydiyyatına alınaraq ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmiş, ölüm faktının müəyyən olunması ilə bağlı məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci mаddəsinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 311-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara əsasən hesab edir ki, xx.xx.1996-cı il təvəllüdlü X10 xx.xx.1999-cu il tarixdə Sabirabad rayon Moranlı kəndində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər sübut vardır. Ona görə də ərizə əsaslı hesab edilərək təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nın 216-220 və 305-311-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1996-cı il tarixdə Sabirabad rayonu Moranlı kəndində doğulmuş X10 xx.xx.1999-cu il tarixdə Sabirabad rayonu Moranlı kəndində vəfat etməsi faktı təsdiq edilsin. Hazırkı qətnamə X18 barədə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-235/2023
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-235/2023
07.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver