Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-2415/2024 18.11.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X12 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs kimi qeyd edilməklə) «ölüm faktının müəyyən olunması» barədə ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs kimi qeyd edilməklə) «ölüm faktının müəyyən olunması» barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1993-cü ildə Yardımlı rayonu, Əsədabad kəndində anadan olmuş X7 xx.xx.1996-cı il tarixdə ölümünün qeyd edilmə faktı kimi müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, X13 onun oğludur. Oğlu Kənan xx.xx.1993-cü ildə Yardımlı rayonu, Əsədabad kəndində anadan olmuş, xx.xx.1996-cı il tarixdə Sabirabad rayonunun Şəhriyar kəndində bədənində quruma getdiyi üçün xəstəlikdən vəfat etmişdir. O, Yardımlı rayonunun Əsədabad kəndində dəfn edilmişdir. O, ölüm haqqında şəhadətnamə almaq üçün Qeydiyyat Şöbəsinə müraciət etsə də, ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Faktın təsdiqi ölüm haqqında şəhadətnamə alındıqdan sonra torpaqla bağlı müvafiq sənədləşmə işlərinin həyata keçirilə bilməsi üçün zəruridir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını, qəbul ediləcək qərarı məhkəmə mülahizəsinə buraxmalarını bildirmişdir. Məhkəmə ərizəçinin etiraz etməməsini nəzərə alaraq işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı X8 şahid qismində ifadə verərək bildirdi ki, ərizəçi ilə 1995-ci ildən qonşudur. Rəsulun övladı Kənan 1996-cı ildə xəstəlik səbəbi ilə vəfat etmiş, uşağı Şəhriyar kənd qəbirstanlığında dəfn etmişlər. Məhkəmə iclasında iştirak edən digər şahid qismində dindirilmiş X1 və X9 ərizəçi ilə qonşu olduğunu bildirərək, digər şahid X3 ifadəsinə uyğun ifadə verdilər. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X5 ərizəçinin əri, mərhumun övladı olduğunu bildirərək, övladı Kənanın xx.xx.1993-cü ildə Yardımlı rayonu, Əsədabad kəndində anadan olduğunu, xx.xx.1996-cı il tarixdə Sabirabad rayonunun Şəhriyar kəndində bədənində su quruması getdiyi üçün xəstəlikdən vəfat etdiyini, evdə vəfat etdiyini və Şəhriyar kənd qəbirstanlığında dəfn edildiyini bildirdi. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan V-JQ No 496296 seriyalı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi X4 ilə xx.xx.1992-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuş, nikah bağlandıqdan sonra arvada Şamiyeva soyadı verilmişdir. Doğum haqqında arayışdan görünür ki, X13 xx.xx.1993-cü ildə Yardımlı rayonunun Əsədabad kəndində anadan olmuşdur. Onun atası Ərizəçi, anası X2r. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-05/17-xxxx/2024 saylı məktubdan görünür ki, xx.xx.1996-cı ildə ölmüş X7 ölümünün dövlət qeydiyyatına alınaraq ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materialına həmçinin akt və məzar fotoşəkilləri əlavə edilmiş, məhkəmə həmin sənədləri də tədqiq etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci mаddəsinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara əsasən hesab edir ki, xx.xx.1993-cü il təvəllüdlü X7 xx.xx.1996-cı il tarixdə Sabirabad rayonunun Şəhriyar kəndində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər sübut vardır. Ona görə də ərizə əsaslı hesab edilərək təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1993-cü ildə Yardımlı rayonu, Əsədabad kəndində doğulmuş X7 xx.xx.1996-cı il tarixdə Sabirabad rayonunun Şəhriyar kəndində vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə X13 barədə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-2415/2024
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-2415/2024
18.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver