Məhkəmə qərarları › İş №2(056)-274/2023

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-274/2023

16.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-274/2023 16.02.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X8 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, Ərizəçinun iştirakı ilə, Ərizəçinun (Maraqlı şəxs kimi qeyd edilməklə) «ölüm faktının müəyyən olunması» barədə ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs kimi qeyd edilməklə) «ölüm faktının müəyyən olunması» barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1960-cı ildə Sabirabad rayonunun Bulaqlı kəndində anadan olmuş X4 xx.xx.2022-ci il tarixdə Sabirabad rayonu Bulaqlı kəndində ölümünün qeyd edilmə faktı kimi müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.1960-cı il tarixdə anadan olmuş X7 ilə xx.xx.1984-cü il tarixdə ailə qurmaqla evlənmişlər, birgə nikahlarından uşaqları olmamışdır. Əri xx.xx.2022-ci il tarixdə Sabirabad rayonu Bulaqlı kəndində yerləşən evlərinin həyətində yerləşən dəmir dayaqdan özünü asaraq intihar etmişdir. Onu Sabirabad rayonu Bulaqlı kənd qəbristanlığında dəfn etmişlər. Faktın təsdiqi ölüm haqqında şəhadətnamə alınması, həmin şəhadətnamə əsasında müvafiq sənədləşmələr aparılması üçün zəruridir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş Maraqlı şəxs məhkəmə iclasında öz nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin etiraz etməməsini nəzərə alaraq işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı X6 şahid qismində ifadə verərək bildirdi ki, ərizəçi onun qardaşının arvadıdır. Qardaşı Asəf xx.xx.2022-ci ildə intihar etmişdir. Mərhumu Sabirabad rayonu Bulaqlı kənd qəbirstanlığında dəfn etmişlər. Məhkəmə iclasında iştirak edən digər şahid qismində dindirilmiş X9 ərizəçi ilə qonşu olduğunu bildirərək, digər şahid X2 ifadəsinə uyğun ifadə verdi. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sabirabad rayon Prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas X10 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli Sabirabad rayonu Bulaqlı kənd sakini X5 yaşadığı ünvanda özünü asaraq intihar etməsi ilə bağlı daxil olmuş məlumat əsasında toplanmış 130-C-22 nömrəli material üzrə“cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarın nəticə hissədindən görünür ki, qərarın təsviri əsaslandırıcı hissəsində göstərilənlərə əsasən, toplanmış 130-C-22 nömrəli material üzrə cinayət hadisəsi olmadığı üçün cinayət işinin başlanılmasının rədd edilməsi, hadisə yerinə baxış zamanı götürülmüş A.Mehtiyevin özünü asmaq üçün istifadə etdiyi topa şəklində kəndirin dəyəri olmadığından məhv edilməsi, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməsi, qərarın təsdiq edilmiş surəti törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat vermiş fiziki, hüquqi və ya vəzifəli şəxsə göndərilməklə, qərardan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora yaxud məhkəməyə şikayət vermək hüququnun izah edilməsi qərara alınmışdır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xx/xx-1088 nömrəli nikah haqqında arayışdan görünür ki, X7 ilə X1 arasında nikah xx.xx.1984-cü il tarixdə Sabirabad rayon Kürkəndi KİN tərəfindən 11 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş, nikah bağlandıqdan sonra arvada ”Mehtiyeva” soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 05/xxxx/2022 saylı rəydən görünür ki, əsas olmadığı üçün xx.xx.1960-cı ildə Sabirabad şəhərində anadan olaraq Sabirabad rayonunun Bulaqlı kəndində yaşamış və xx.xx.2022-ci ildə yaşadığı evin həyətində özünü asraq vəfat etmiş X5 ölümünün dövlət qeydiyyatına alınaraq ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Sabirabad rayon Bulaqlı kənd sakini X7 xx.xx.2022-ci il tarixdə şəxsi həyətində özünü asaraq vəfat etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci mаddəsinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara əsasən hesab edir ki, xx.xx.1960-cı il təvəllüdlü X4 xx.xx.2022-ci il tarixdə Sabirabad rayonu Bulaqlı kəndində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər sübut vardır. Ona görə də ərizə əsaslı hesab edilərək təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 305- 311-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1960-cı il tarixdə Sabirabad şəhərində doğulmuş X5 xx.xx.2022-ci il tarixdə Sabirabad rayonu Bulaqlı kəndində vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə X7 barədə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar