Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-2797/2025 30.10.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X5 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Sabirabad regional “ASAN xidmət” X7 maraqlı şəxs kimi qeyd edildiyi) “şəxsin vəfat etməsi faktının müəyyən olunması” barədə ərizəsinə dair mülki işə xx.xx.2025-ci il tarixdə Sabirabad şəhərində, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxsin vəfat etməsi faktının müəyyən olunması” barədə Sabirabad regional “ASAN xidmət” X3 maraqlı şəxs kimi qeyd edildiyi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1982-ci il tarixdə anadan olmuş Əliyeva (Şahaliyeva) Vüsalə Malik qızının xx.xx.2025-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.2013-cü il tarixdə Əliyeva (Şahaliyeva) Vüsalə Malik qızı ilə rəsmi nikaha daxil olmuşdur. Bu nikahdan 3 nəfər uşaqları anadan olmuşdur. xx.xx.1982-ci il tarixdə Sabirabad rayonu, Bala-Həşimxanlı kəndində anadan olmuş arvadı X6 xx.xx.2025-ci il tarixdə Bala-Həşimxanlı kəndində yaşadıqları evin həyətyanı sahəsində yerləşən tövlədə özünü asaraq intihar etmişdir. Qeyd edilənlər cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli Qərarda əksini tapmışdır. X11-Həşimxanlı kənd qəbrstanlığında dəfn edilmişdir. Bu hal Moranlı KİN tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 5-70-29/2-46-5/2025 saylı arayış və Moranlı KİN tərəfindən təsdiq edilmiş xx.xx.2025-ci il tarixli AKTla da təsdiq olunur. Lakin Qeydiyyat şöbəsindən ölüm haqqında şəhadətnamə alınmamışdır. Sabirabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-05/08- 443/2025 nömrəli rəylə X2 ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Faktın təsdiqi X1 ölüm haqqında akt qeydi tərtib üçün zəruridir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəyə uyğun məzmunda izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Sabirabad regional “ASAN xidmət” X7 məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki iş materiallarında olan Sabirabad rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-05/08-443/2025 saylı rəydən görünür ki, əsas olmadığı üçün xx.xx.1982-ci il tarixdə Sabirabad rayonu, Bala-Həşimxanlı kəndində anadan olaraq orada yaşamış X2 xx.xx.2025-ci il tarixdə ölümünün dövlət qeydiyyatına alınaraq ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.1982-ci il tarixdə Sabirabad rayonu Bala-Həşimxanlı kəndində anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Ərizəçi, F.Ərizəçi, D.M.Fərəcov, X.M.Əliyev, M.İ.Qasımov və Sabirabad RİHB-nın Moranlı kənd İƏDÜ nümayəndəsi M.İ.Qasımov tərəfindən tərtib edilmiş və imzalanmış eyni zamanda Sabirabad rayon Moranlı kənd İƏD-si üzrə nümayəndəliyinin möhürü ilə təsdiq edilmiş AKTdan görünür ki, həqiqətən Bala-Həşimxanlı kənd qəbristanlığında olmuşlar. X1 məxsus qəbri müəyyən etmişlər və onun həqiqətən X4 məxsus olması dəqiqləşdirilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, X2 xx.xx.2025-ci il tarixdə yaşadığı evin həyətyanı sahəsində yerləşən tövlədə özünü asaraq öldürməsi faktı üzrə CM-nin 125-ci maddəsinin tərkib əlamətləri olmadığından cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. MPM-nın 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara əsaslanaraq hesab edir ki, xx.xx.1982-ci il tarixdə Sabirabad rayonu, Bala-Həşimxanlı kəndində anadan olmuş X2 xx.xx.2025-ci il tarixdə vəfat etməsini təsdiq etmək üçün kifayət qədər sübutlar vardır və həmin fakt müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və MPM-nin 216-220 və 305-311-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1982-ci il tarixdə Sabirabad rayonu, Bala-Həşimxanlı kəndində anadan olmuş X2 xx.xx.2025-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-2797/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-2797/2025
30.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver