Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-2819/2025 12.11.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X5 Bağırovun sədrliyi, Rüstəmov Rəşad Akif oğlunun katibliyi, İddiaçı və cavabdehin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı - cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X11 “Cavabdeh” X7rşı “əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma dövrü üçün əmək haqqı tələbi” barədə mülki işə xx.xx.2025-ci il tarixdə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X11 “Cavabdeh” X7rşı “əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma dövrü üçün əmək haqqı tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X11 “Cavabdeh” direktor vəzifəsini müvəqqəti icra edən direktorun müavini-baş həkim E.Əzizovun xx.xx.2025-ci il tarixli əmrinin ləğv edilməsi, onun əvvəlki işinə bərpa edilməyi, məcburi iş buraxma dövrü üçün əmək haqqının hesablanıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, o, xx.xx.1969-cu il tarixdə Sabirabad rayonunun Kürkəndi kəndində anadan olmuş, 1992-ci ildə Bakı 2 saylı Tibb Texnikomunun mama fakultəsini bitirmiş və həmin ildə ixtisası üzrə işə qəbul olunmuşdur. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X11 "Cavabdeh" ASM bölməsi mama vəzifəsinə əsas iş yeri üzrə işə qəbul edilmişdir. İşlədiyi dövrdə heç bir intizam xətası törətməmiş və cəza almamışdır. Cavabdeh "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X11 "Cavabdeh" direktor vəzifəsini müvəqqəti icra edən direktorun müavini-baş həkim E.Əzizovun xx.xx.2025-ci il tarixli əmri ilə ƏM-nın 70-ci maddəsinin "ç" bəndi və 72-ci maddəsinin "a" bəndinə əsasən onun ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Həmin əmrdə əsas kimi xx.xx.2025-ci il tarixdə keçrilmiş Tibbi şura iclasının qərarı, xx.xx.2025-ci il tarixli Sabirabad rayonu SİHİ şurasının keçridiyi iclasın qərarı, xx.xx.2025-ci il tarixli işə gəlməməyi barədə tərtib edilən AKT və Şöbə müdirinin yazdığı məlumat göstərilmişdir. O, həmişə işdə olmuş, heç vaxt işdən qalmamış, proqul etməmişdir. Ağır şəkər xəstəsidir, bəzən səhhəti ilə bağlı halı pis olan zaman qısa bir müddətdə şöbə müdirindən icazə alaraq işdən çıxmışdır. Lakin bütün günü heç vaxt işdən çıxmamışdır. Əmək müqaviləsinə xitam verilməsinə dair əmr verilən zaman hansı gündə işdə olmamağı göstərilməmişdir. O, bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv ilə bağlı Mediasiya təşkilatına rəsmi müraciət etmişdir. Sabirabad 1 saylı Mediasiya təşkilatı tərəfindən mediasiya prosesi təyin edilmiş, lakin cavabdeh gəlmədiyindən xx.xx.2025-ci il tarixli MSS/MT023/2025-01203 saylı arayış verilmişdir. Hansı gün işə gəlməyi barədə ondan heç bir izahat belə alınmamışdır. Heç bir vaxt həmkarlar Komitəsinin iclasına dəvət olunmamışdır. Cavabdeh publikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X11 "Cavabdeh" direktor vəzifəsini müvəqqəti icra edən direktorun müavini-baş həkim E.Əzizovun xx.xx.2025-ci il tarixli əmrini tam qanunsuz və əsassız hesab edir. Ona görə də həmin əmrin ləğv edilməsi, işə bərpa və məcbru iş buraxma dövrü üçün əmək haqqının hesablanıb verilməsini tələb edir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh təşkilatın etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək, etirazının əsası kimi göstərmişdir ki, “Sabirabad RMX” PHŞ-ın Ailə sağlamlıq Mərkəzində “mama” vəzifəsində çalışan İddiaçı əvvəllər də nizam-intizamı və işə davamiyyəti dəfələrlə üzrsüz səbəblərdən pozduğuna görə onun barəsində dəfələrlə intizam tənbehi verilmişdir, lakin İddiaçı bundan nəticə çıxarmamış və nizam-intizam və işə davamiyyət qaydalarına əməl etməməsini davam edərək təkrarən əmək vəzifələrinin kobud şəkildə pozmasına görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” və 72-ci maddəsinin “a” bəndinə əsasən işdən çıxarılmışdır. Eyni zamanda əlavə olaraq qeyd edir ki, İddiaçı xx.xx.2025-ci il tarixdə bütöv gün ərzində iş yerində olmadığı halda, növbəti gün iş yerində olarkən davamiyyət jurnalına işdə olmadığı xx.xx.2025-ci il tarix üçün imzasını qoyaraq, həmçinin özünün qeydiyyat apardığı xəstələrin qeydiyyat jurnalını da özü ilə icazəsiz şəkildə apararaq, bununla da onun həmin günü işə çıxmamasının həqiqət olmaması barədə ətrafı inandırmağa çalışmışdır. Qeyd edilənlərə əsaslanaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, o, “Cavabdeh” X11 Ailə Sağlamlıq Mərkəzində bölmə müdiri vəzifəsində işləyir, cavabdeh İddiaçı isə Ailə Sağlamlıq Mərkəzində “mama” vəzifəsində işləmişdir. Arzunun əvvəllər də işə tez-tez gəlməməsi halları çox olduğundan, onun dəqiq neçə dəfə işə bütöv gün ərzində gəlmədiyini yadına sala bilir. İddiaçı işə gəlməməsi barədə aktlar tərtib edilərək bu barədə rəhbərliyə məlumat verilirdi və nəticədə İddiaçı barəsində intizam tənbeh tədbirləri görülürdü. Sonuncu dəfə də, yəni xx.xx.2025-ci il tarixdə də İddiaçı işə gəlməmiş və bu barədə AKT tərtib olunmuşdur. İddiaçı onun müdir olduğu bölmədə saxlanılan xəstələrin qeydiyyat kitabını götürüb aparmışdır. Tərəfindən dəfələrlə proflaktik söhbətlər aparmış və nəticəsi də olmuşdur. Əlavə olaraq qeyd edir ki, İddiaçı xx.xx.2025-ci il tarixdə bütöv gün ərzində iş yerində olmadığı halda, növbəti gün iş yerində olarkən davamiyyət jurnalına işdə olmadığı xx.xx.2025-ci il tarix üçün imzasını qoymuşdur. Məhkəmə tərəflərin izahatını, şahidin ifadəsini dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli, 18-1-70/3-1-2087/2024 saylı əmrdən görünür ki, Sabirabad RMX-nın Sabirabad Mərkəzi ASM bölməsində “«mama» ” vəzifəsində işləyən İddiaçı işində yol verdiyi nöqsana görə xx.xx.2024-cü il tarixində “Töhmət” elan edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli Sabirabad RMX-nın direktorun inzibati məsələlər üzrə müavini O.Tağızadə, Sabirabad RMX-nın İR şöbəsinin müdiri Nümayəndə və Sabirabad RMX-nın İR şöbəsinin kadrlar üzrə mütəxəssisi A.Məhərrəmov tərəfindən tərtib edilmiş və imzalanmış AKTdan görünür ki, xx.xx.2024-cü il tarixdə İddiaçı Cəfər qızı ona verilmiş töhmət əmri ilə tanış olmaqdan imtina etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli, 18-1-70/3-1-276/2025 saylı əmrdən görünür ki, “Cavabdeh” Sabirabad Mərkəzi ASM bölməsində «mama» vəzifəsində işləyən İddiaçı 22-24-xx.xx.2025-ci il tarixlərində heç bir üzrlü səbəb göstərmədən işdə olmadığı müəyyən edilmişdir. Bu səbəbdən ona Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən “Xəbərdarlıq” elan edilməsi və işə gəlmədiyi 3 iş günü mühasibatlıq tərəfindən əmək haqqından tutulması əmr edilmişdir. İş materiallarına əlavə olunmuş İddiaçı xx.xx.2025-ci il tarixli izahatında xx.xx.2025-ci il tarixdə Bakı şəhərindən işə gələrkən yolda səhəti pisləşdiyini, şəkər və təzyiqinin qalxmasını, ona görə də işə gələ bilmədiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli, 18-1-70/3-1-478/2025 saylı işçiyə töhmət verilməsi barədə əmrdən görünür ki, Cavabdeh Sabirabad Mərkəzi ASM bölməsində «mama» vəzifəsində işləyən İddiaçı işində yol verdiyi nöqsana görə xx.xx.2025-ci il tarixində “Töhmət” elan edilməsi əmr edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli, 18-1-70/3-1-479/2025 saylı əmrdən görünür ki, “Cavabdeh” Sabirabad Mərkəzi ASM bölməsində «mama» vəzifəsində işləyən İddiaçı xx.xx.2025-ci il tarixdə heç bir üzrlü səbəb göstərmədən işdə olmadığı müəyyən edilmişdir. Bu səbəbdən xx.xx.2025-ci il tarixdə işə gəlmədiyi 1 iş günü mühasibatlıq tərəfindən əmək haqqısından tutulması əmr edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli Sabirabad RMX ASM şöbəsinin bölmə müdiri T.Tağıyev, Sabirabad RMX ASM şöbəsinin mama-ginekoloqu R.Mirzəyeva və Sabirabad RMX ASM şöbəsinin böyük tibb bacısı N.Muxtarova tərəfindən tərtib edilmiş və imzalanmış AKTdan görünür ki, Sabirabad RMX-nın ASM bölməsində mama vəzifəsində çalışan İddiaçı xx.xx.2025-ci il tarixində, heç bir üzrlü səbəb olmadan, bölmə müdirindən icazə almadan işdə olmayıb. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli, 18-1-70/3-1-778/2025 saylı işçiyə töhmət verilməsi barədə əmrdən görünür ki, Cavabdeh Sabirabad Mərkəzi ASM bölməsində «mama» vəzifəsində işləyən İddiaçı işində yol verdiyi nöqsana görə xx.xx.2025-ci il tarixində “Töhmət” elan edilməsi əmr edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli Sabirabad RMX-nın İR şöbəsinin müdiri Nümayəndə, Sabirabad RMX-nın Sabirabad Mərkəzi ASM bölməsinin müdiri M.Mahmudov və Sabirabad RMX-nın Sabirabad Mərkəzi ASM bölməsinin Böyük tibb bacısı N.Muxtarova tərəfindən tərtib edilmiş və imzalanmış AKTdan görünür ki, xx.xx.2025-ci il tarixdə Sabirabad Mərkəzi ASM bölməsində mama vəzifəsində işləyən İddiaçı töhmət verilmişdir. İddiaçı töhmət əmri ilə tanış olmaqdan imtina edib. Bu səbəbdən xx.xx.2025-ci il tarixdə töhmət əmri ilə tanış olmaq üçün əmr poçtla ünvanına göndərilmişdir. Lakin o, məktubu geri qaytarmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli, 18-1-70/3-1-822/2025 saylı əmrdən görünür ki, “Cavabdeh” Sabirabad Mərkəzi ASM bölməsində «mama» vəzifəsində işləyən İddiaçı xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərində işdə olmadığı üçün işə gəlmədiyi 2 iş günü mühasibatlıq tərəfindən əmək haqqısından tutulması əmr edilmişdir. İş materiallarına əlavə olunmuş Əmək Kitabçasından görünür ki, İddiaçı xx.xx.2021-ci ildə TƏBİB-in tabeliyində olan “Cavabdeh” X11in Sabirabad Ailə Sağlamlıq Mərkəzində “mama” vəzifəsinə əsas iş yeri üzrə işə qəbul edilmiş, xx.xx.2025-ci ildə isə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” və 72-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarına əlavə olunmuş Sabirabad rayon Səhiyyə işçiləri X4 Rəyasət Heyyətinin xx.xx.2025-ci il tarixli iclasının Protokolundan Çıxarışdan görünür ki, Sabirabad Sihi şurası “Sabirabad RMX” PHŞ-ın Ailə sağlamlıq Mərkəzində mama vəzifəsində çalışan İddiaçı nizam-intizamı və işə davamiyyəti dəfələrlə üzrsüz pozduğuna görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” və 72-ci maddəsinin “a” bəndinə əsasən işdən çıxarılmasına etiraz olmamışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli, 18-1-70/3-1-1439/2025 saylı əmrdən görünür ki, Cavabdeh Sabirabad Mərkəzi ASM bölməsində «mama» vəzifəsində işləyən İddiaçı xx.xx.2025-ci il tarixdə ƏM-nin 70-ci maddəsinin "ç" bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi, işçiyə 30 təqvim günü müddətinə istifadə etmədiyi məzuniyyət günlərinə görə pul əvəzi hesablanıb ödənilməsi, İddiaçı son hesabın ödənilməsi əmr edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli məlumatdan görünür ki, Sabirabad RMX ASM bölməsinin sabiq işçisi İddiaçı xx.xx.2025-ci il tarixdə, saat 09:15-də ASM bölməsinin ginekoloji kabinetinə daxil olmuş, Yaxma jurnalının əvvəl şəklini çəkmiş daha sonra isə çantasına qoyaraq özü ilə aparmışdır. xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X11 "Cavabdeh" direktor vəzifəsini müvəqqəti icra edən direktorun müavini - baş həkim X6 RPŞ-yə etdiyi müraciəti ilə “Sabirabad RMX” PHŞ-ın Ailə sağlamlıq Mərkəzində “mama” vəzifəsində çalışan İddiaçı ginekologiya kabinetinə daxil olaraq xəstələrin qeydiyyat jurnalının qanunsuz olaraq götürüb xəstəxananın tərk etməsi barədə verdiyi məlumat əsasında başlanmış araşdırılma nəticəsində toplanmış və törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyat kitabında 1919 nömrə ilə qeydə alınaraq araşdırılmış material üzrə cinayət işi başlanmasının rədd edlməsi qərara alınmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əmək Məcəlləsinin 10-cu madd. göstərildiyi kimi, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə əməl etmək və sair işçinin əsas vəzifələri hesab olunur. Həmin Məcəllənin 11-ci maddəsinin b) bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüquqları vardır. Əmək Məcəlləsinin 70-ci maddəsinini «ç» bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənini 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinin a) və ə) bəndlərində göstərildiyi kimi, digər hallarla yanaşı həmçinin işçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi, habelə əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması halları işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci və 3-cü bəndlərində göstərildiyi kimi, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənini 76-cı maddəsinin 1-ci bəndinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci madəllərində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Həmin Məcəllənin 80-cı maddəsinini 1-ci bəndinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «b» və «ç» bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi müəssisənin həmkarlar təşkilatının qabaqcadan razılığı alınmaqla həyata keçirilməlidir. Məhkəmə qeyd edir ki, işçinin əmək funksiyası dedikdə əmək müqaviləsində nəzərdə tutulan, yerinə yetirilməli olduğu müvafiq işin və ya görməli olduğu xidmətin dairəsi anlaşılır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixli əmrlə TƏBİB-in tabeliyində olan “Cavabdeh” X11in Sabirabad Ailə Sağlamlıq Mərkəzində “mama” vəzifəsinə əsas iş yeri üzrə işə qəbul edilmişdir. Məhkəmə iclasında işin araşdırılmış halları, şahid ifadəsi və təqdim edilmiş sənədlərlə həmçinin müəyyən edilmişdir ki, “Sabirabad RMX” PHŞ-ın Ailə sağlamlıq Mərkəzində “mama” vəzifəsində çişləyən İddiaçı işlədiyi dövr ərzində nizam-intizamı və işə davamiyyəti dəfələrlə üzrsüz səbəblərdən pozduğuna görə onun barəsində dəfələrlə intizam tənbehi (töhmət, xəbərdarlıq, əmək haqqından tutulma) verilmiş, sonuncu dəfə 2025-ci ilin aprel, may və iyun aylarında müvafiq olaraq heç bir üzrlü səbəb göstərmədən işdə olmadığı üçün 1 iş günü mühasibatlıq tərəfindən əmək haqqısından tutulması əmr edilmiş, sonra yol verdiyi nöqsanlara görə barəsində “Töhmət” verilmiş, lakin İddiaçı işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozaraq, yəni xx.xx.2025-ci il tarixdə bütöv gün ərzində iş yerində olmamaqla əmək vəzifələrinin kobud şəkildə pozmuşdur. İddiaçı xx.xx.2025-ci il tarixdə bütöv gün ərzində iş yerində olduğunun təsdiqi kimi davamiyyət jurnalında imzasının mövcudluğu halına istinad edib, onun işdən çıxarılması səbəblərinin həqiqət olmadığını qeyd etsə də, lakin onun tərəfindən sonradan davamiyyət jurnalında işdə olmadığı xx.xx.2025-ci il tarix üçün imzasının qoyulması şahid ifadələri və məhkəməyə təqdim edilmiş digər sənədlərlə təsdiq edilərək, bu halın məhkəməni İddiaçı xx.xx.2025-ci il tarixdə bütöv gün ərzində iş yerində olmaması fikrinə gəlməyə əsas verir. Məhkəmə iddiaçının iddia tələblərinin əsası kimi istinad etdiyi dəlillərini əsassız hesab edir və qeyd edir ki, cavabdeh tərəfindən qəbul edilmiş əmr əmək qanunvericiliyin tələblərinə uyğun olaraq verilmişdir. MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-cı maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Qeyd edilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Göstərilən Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, İddiaçı işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozaraq, yəni xx.xx.2025-ci il tarixdə bütöv gün ərzində iş yerində olmamaqla əmək vəzifələrinin kobud şəkildə pozduğu məhkəmə araşdırılması nəticəsində təsdiq edildiyi halda, onun Cavabdeh Sabirabad Mərkəzi ASM bölməsində «mama» vəzifəsindən azad edilməsi barədə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X11 "Cavabdeh" direktor vəzifəsini müvəqqəti icra edən direktorun müavini - baş həkim Elnur Əzizovun xx.xx.2025-ci il tarixli, 18-1-70/3-1-1439/2025 saylı Əmri təqdim edilmiş sübutlara əsasən tam əsaslı və qanuni olduğundan, həmçinin iddiaçı tərəfindən həmin əmrin əsassızlığı ilə bağlı gətirdiyi dəlillər öz təsdiqini tapmadığından, iddia tələbi həmin əmrin ləğv edilməsi hissəsində əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbi xx.xx.2025-ci il tarixli 18-1-70/3-1-1439/2025 saylı Əmrin ləğv edilməsi hissəsində təmin edilmədiyindən, tələbin işinə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının hesablanıb ödənilməsi hissələri də əsassız hesab edilməli və təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcələlsinin 216- 220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı - cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X11 “Cavabdeh” X9rşı “əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma dövrü üçün əmək haqqı tələbi” barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-2819/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-2819/2025
12.11.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver