Məhkəmə qərarları › İş №2(056)-2928/2024

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №2(056)-2928/2024

04.11.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 2(056)-2928/2024 04.11.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Sabirabad Rayon Məhkəməsinin hakimi X2, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi barışıq sazişin təsdiqi tələbinə dair xüsusi icraat qaydasında ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi barışıq sazişin təsdiqi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Barışıq sazişinə əsasən birgə nikahlarından doğulmuş uşaqları xx.xx.2013-cü il təvəllüdlü X3, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadak saxlanmaları üçün hər uşağa görə 100 (bir yüz) manat olmaqla ümumilikdə üç uşağa görə 300 (üç yüz) manat alimentin alınması ilə bağlı razılığa gələrək öhdəlik götürmüş və aralarında xx.xx.2024-cü il tarixli, MŞS/MT-023/2024-00887 saylı barışıq sazişi bağlanmışdır. Lakin ərizəçi aralarında olan barışıq sazişinin şərtlərinin Maraqlı şəxs tərəfindən pozulması, üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün qeyd olunan barışıq sazişinin təsdiq edilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək məhkəmə hesab edir ki, ərizəçinin ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. İş materiallarından da göründüyü kimi ərizə iddianın yolverilməzliyinə görə geri qaytarılmalıdır, çünki artıq eyni tələb və mahiyyət üzrə ərizəçinin müraciəti əsasında xx.xx.2024-cü il tarixli, MŞS/MT-023/2024-00887 saylı barışıq sazişi Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(056)-1683/2024 saylı qətnaməsinə əsasən təsdiq edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi iddiaçıya həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Həmin Məcəllənin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Bu baxımdan məhkəmə hesab ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli, həmçinin ərizəçi tərəfindən ********** saylı qəbz əsasında ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 153, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi barışıq sazişin təsdiqi tələbinə dair ərizəsinin qəbul edilməsindən iddianın yol verilməzliyinə görə imtina edilsin. Ərizəçi tərəfindən dövlət büdcəsinə ********** saylı qəbz əsasında ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar