Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-293/2023 19.04.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı iştirakı ilə ilə, İddiaçı Cavabdeh qarşı «əmlak» tələbinə dair iddiası üzrə mülki işə Sabirabad şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «əmlak» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona məxsus qızı sırğa-üzük dəstinin və qolbağın, onlar olmadıqda isə onların dəyəri olan 1500 manatın alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, 2021-ci ilin iyul ayında cavabdeh onun qızını işə düzəltmək üçün ondan 2000 manat məbləğində pul istəmişdir. Həmin məbləğin onda olmadığını cavabdehə bildirmişdir. Aralarında olan razılığa əsasən o, 2000 manat pulun 500 manatını nağd şəkildə qalan 1500 manatını isə qızıl-zinət əşyaları verməklə əvəzləmişdir. Cavabdeh verdiyi vədlərə əməl etməyərək onu aldatmış və onun qızını işə düzəltməmişdir. Bundan sonra o, cavabdehə verdiyi pulları və əmlaklarını tələb etmişdir. Lakin cavabdeh qeyd olunan əmlakı və pulu qaytarmadığı üçün o, Xətai rayonu Polis İdarəsinin 37-ci Polis Bölməsinə ərizə ilə müraciət etmişdir. Lakin müraciəti mülki xarakterli olduğundan məhkəməyə müraciət etməsi ona bildirilmişdir. Ümumilkdə cavabdeh ona 700 manat pulu hissə-hissə qaytarmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, o, iddiaçını 9 ildir ki, xəstəxanada işləyən tibb bacısı kimi tanıyır. Özü fərdi qaydada təmir işləri ilə məşğul olur. 2021-ci ilin iyun ayında xəstəxanada təmir işləri görən zaman Sevinc ona yaxınlaşaraq pul lazım olmasını ona bildirmiş, o isə alacaqları olduğunu, alıb verə biləcəyini bildirmişdir. O, Sevincdən nə üçün pul lazım olduğunu soruşduqda Sevinc ona bir nəfər şəxsin onun qızını işə düzəldəcəyini, qarşılığında 2000 manat pul verməli olduğunu bildirmişdir. Pulu olmadığını bildirdikdən sonra Sevinc qızılı olduğunu və pulun əvəzi kimi qızılları verə biləcəyini bildirmişdir. Adının Nahid olduğunu sonradan bildiyi şəxs də orada olmuşdur. O həmin adamı əvvəllər tanımamışdır. Bundan sonra Sevinc 1 qolbaq, 1 üzük, 2 sırğanı həmin şəxsə vermişdir. Sonradan eşitmişdir ki, həmin şəxs Sevinci aldadıb və bu günə kimi nə qızını işə düzəldib, nə də Sevincin pullarını qaytarıb. Məhkəmə iddiaçının izahatını və şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin təhqiqatçısı, polis mayoru X1 Sevinc Ağababa qızının müraciəti əsasında apardığı araşdırmanın nəticəsi olaraq Cavabdeh əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsinə qərar vermişdir. İş materiallarına həmçinin qızıl-zinət əşyalarının fotoşəkilləri və tərəflər arasında whatsapp yazımalarının mətni əlavə edilmiş, məhkəmə qeyd edilən sübutları da tədqiq etmişdir. Azərbaycan Respublikasının MPM-nin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə qeyd edilən prosessual normanın tələbləri baxımından cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarda əksini tapmış halların məcburiliyini qəbul edir və hesab edir ki, borc müqaviləsi üzrə mülki hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda əksini tapmış İddiaçı və Cavabdeh izahatının məzmunundan görünür ki, tərəflər bir-birini tanış olaraq tanımışlar. Cavabdeh xx.xx.2021-ci ildə Cavabdeh İddiaçı 500 manat borc pul istəmiş, İddiaçı Cavabdeh kart hesabına həmin məbləği mədaxil etmiş, 10 gün sonra Cavabdeh İddiaçı yenidən 1500 manat borc istəmiş, pulu olmadığı üçün İddiaçı Cavabdeh həmin məbləğin qarşılığı olan özünə məxsus 1 cüt qızıl sırğanı, 1 ədəd qızıl üzüyü və 1 ədəd qızıl qadın boyunbağını vermiş, Cavabdeh sonradan İddiaçı bir qism ödənişlər etmiş, lakin ödənişi tam həyata keçirmədiyi üçün İddiaçı polis orqanına ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilən normaların kontekstində mübahisəyə yanaşdıqda məlum olur ki, tərəflər arasında şifahi borc müqaviləsi bağlanmışdır. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda əksini tapmış və rədd materialında olan izahatların qarşılıqlı təhlili nəticəsində məlum olur ki, cavabdeh iddiaçı qarşısında şifahi borc müqaviləsindən irəli gələn öhdəliyini tam icra etməmiş, nəticədə iddiaçı zərərə məruz qalmışdır. Odur ki, iddiaçı hazırki tələblə cavabdehə qarşı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Tələb edilən pul məbləğinə gəldikdə isə məlum olur ki, hər iki tərəf polis orqanında təhqiqat həyata keçirilərkən iddiaçının xeyrinə ödənişlər həyata keçirilməsini qəbul və etiraf etmişdir. Hazırki halda isə iddiaçı cavabdeh tərəfindən ona ümumilikdə 700 manat ödəniş edildiyini bildirməkdədir. Belə olan halda məhkəmə hesab edir ki. Tərəflər arasında mövcud olmuş şifahi borc müqaviləsi üzrə ilk əvvəl 500 manat, daha sonra isə 1500 manat dəyərində qızıl-zinət əşyalarının iddiaçı tərəfindən cavabdehə verilmiş olması, hazırki halda iddiaçının da etiraf etdiyi kimi 700 manat pulun iddiaçıya qaytarılmış olması halı, ilkin vermiş 500 manat pulun iddiaçının cavabdehdən əldə etmiş olduğu 700 manat puldan çıxıldıqdan sonra iddiaçıda cavabdeh tərəfindən ödənilmiş puldan 200 manat pulun qalmış olması nəzərə alınmalı, iddiaçının tələb etdiyi 1500 manat dəyərində qızıl zinət əşyaları mövcud şəkildə iddiaçıya qaytarıldığı halda iddiaçı tərəfindən eyni anda 200 manat pul cavabdehə qaytarılmalı, qızıl-zinət əşyaları olmadıqda və qaytarılması mümkün olmadıqda həmin əşyaların dəyəri olan 1500 manat puldan həyata keçirilmiş ödənişdən qalan 200 manat pul çıxılmaqla cəmi 1300 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh İddiaçı məxsus 1500 manat dəyərində qızıl sırğa üzük dəsti və qızıl qolbaq İddiaçı Ağabba qızına qaytarılsın. İddiaçı məxsus 1500 manat dəyərində qızıl sırğa üzük dəsti və qızıl qolbaq qaytarıldığı vaxt eyni anda İddiaçı 200 manat pul alınaraq Cavabdeh ödənilsin. Tələb edilən 1500 manat dəyərində qızıl sırğa üzük dəsti və qızıl qolbağın naturada qaytarılması mümkün olmadıqda həmin əşyaların dəyəri olan 1500 manat puldan 200 manat çıxılaraq 1300 manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-293/2023
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-293/2023
19.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver