Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-298/2023 28.02.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X4 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs kimi qeyd edilməklə) «ölüm faktının müəyyən olunması» barədə ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs kimi qeyd edilməklə) «ölüm faktının müəyyən olunması» barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1983-cü ildə Sabirabad şəhərində anadan olmuş X1 xx.xx.2023-cü il tarixdə Sabirabad şəhərində ölümünün qeyd edilmə faktı kimi müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.1983-cü il tarixdə anadan olmuş X5 onun oğludur. Oğlu xx.xx.2023-cü il tarixdə yaşadığı özünə məxsus evdə vəfat etmişdir. Aydın Əliyev uzun müddətdir ki, ürək çatışmazlığından əziyyət çəkmişdir. X12 Sabirabad rayonu Şəhidlər qəbristanlığında dəfn olunmuşdur. Faktın təsdiqi onun oğlunun ölüm şəhadətnaməsi alınması, bu sənəd alındıqdan sonra oğlunun adının bəzi rəsmi sənədlərdən pozulmasının təmin edilməsi üçün zəruridir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş xx.xx.2023-cü il tarixli, 05/37-76 saylı məktubundan görünür ki, Maraqlı şəxsnə xx.xx.2023-ci ildə daxil olmuş Ərizəçi «ölüm faktının müəyyən edilməsi» tələbi barədə xx.xx.2023-ci il tarixli 2(056)-298/2023 saylı məhkəmə bildirişi ilə bağlı bildirilmşdir ki, xx.xx.2023-cü il tarixə saat 10:40-a təyin olunmuş məhkəmə iclasında üzrlü səbəblərə görə (iş yükünün çoxluğu ilə əlaqədar) nümayəndələrinin iştirakını təmin edə bilməyəcəkdir. Ərizəçinin ərizəsi üzrə qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxırlar və tələbin təmin ediləcəyi təqdirdə Maraqlı şəxs üzərinə düşən öhdəlik tərəflərindən icra ediləcəkdir. Məhkəmə ərizəçinin etiraz etməməsini nəzərə alaraq işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı X6 şahid qismində ifadə verərək bildirdi ki, ərizəçi onun atasıdır. Qardaşı Aydın xəstə olmuşdur. X5 xx.xx.2023-cü il tarixdə yaşadığı evdə ölmüşdür. xx.xx.2023cü ildə atası Ələkbər ona Aydının ölməsi barədə o, işdə olarkən məlumat vermiş, iş yoldaşı Teymur ilə Aydının yaşadığı evə getmiş, Aydının divanda yatdığı vəziyyətdə ölməsini görmüşdür. Mərhumu Sabirabad rayonu Şəhidlər qəbirstanlıqda dəfn etmişlər. Məhkəmə iclasında iştirak edən digər şahid qismində dindirilmiş X7 şahid X6 ilə iş yoldaşı olduğunu bildirərək, digər şahid X3 ifadəsinə uyğun ifadə verdi. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci mаddəsinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara əsasən hesab edir ki, xx.xx.1983-cü il təvəllüdlü X1 xx.xx.2023-cü il tarixdə Sabirabad şəhərində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər sübut vardır. Ona görə də ərizə əsaslı hesab edilərək təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 305- 311-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1983-cü il tarixdə Sabirabad şəhərində doğulmuş X2 xx.xx.2023-cü il tarixdə Sabirabad şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə X5 barədə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-298/2023
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-298/2023
28.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver