Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-304/2023 21.02.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X7 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, Ərizəçinun iştirakı ilə, Ərizəçinun (Maraqlı şəxs kimi qeyd edilməklə) «ölüm faktının müəyyən olunması» barədə ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs kimi qeyd edilməklə) «ölüm faktının müəyyən olunması» barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1964-cü ildə Sabirabad rayonunun Mürsəlli kəndində anadan olmuş X1 xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonunda ölümünün qeyd edilmə faktı kimi müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.1964-cü il tarixdə anadan olmuş X2 onun bacısıdır. Bacısı xx.xx.2021-ci il tarixdə onkoloji xəstəlikdən 57 yaşında vəfat etmişdir. G.Gülməmmədova müalicə üçün getdiyi Bakı şəhərində Binəqədi rayonunda yerləşən evdə vəfat etmiş, xx.xx.2021-ci il tarixdə saat 10:15-də Təcili və X5 stansiyası həkim və feldşəli çağırışa gəlmiş, ölüm təsbit edilərək ölüm haqqında xəbərdarlıq vərəqəsi tərtib edilmişdir. Lakin halhazıradək həmin sənəd əsasında ölüm haqqında şəhadətnamə ala bilməmişdir. X9 rayonu Şıxlar kənd qəbristanlığında dəfn olunmuşdur. O, ölüm haqqında şəhadətnamə almaq üçün Qeydiyyat Şöbəsinə müraciət etsə də, ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Faktın təsdiqi pay torpağa dair Dövlət Aktından mərhumun adının çıxarılması üçün zəruridir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş xx.xx.2023-cü il tarixli, 05/35-76 saylı məktubundan görünür ki, Maraqlı şəxsnə xx.xx.2023-ci ildə daxil olmuş Ərizəçinun «ölüm faktının müəyyən edilməsi» tələbi barədə xx.xx.2023-ci il tarixli 2(056)-304/2023 saylı məhkəmə bildirişi ilə bağlı bildirilmşdir ki, xx.xx.2023-cü il tarixə saat 10:50-ə təyin olunmuş məhkəmə iclasında üzrlü səbəblərə görə (iş yükünün çoxluğu ilə əlaqədar) nümayəndələrinin iştirakını təmin edə bilməyəcəkdir. Ərizəçinin ərizəsi üzrə qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxırlar və tələbin təmin ediləcəyi təqdirdə Maraqlı şəxs üzərinə düşən öhdəlik tərəflərindən icra ediləcəkdir. Məhkəmə ərizəçinin etiraz etməməsini nəzərə alaraq işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı X6 şahid qismində ifadə verərək bildirdi ki, ərizəçi onun bibisi qızıdır. Digər bibisi qızı Gülərmi Gülməmmədova xəstə olmuşdur. X2 xx.xx.2021-ci il tarixdə müalicə üçün getdiyi Bakı şəhərində ev şəraitində ölmüşdür. Mərhumu Sabirabad rayonu Şıxlar kəndində yerləşən qəbirstanlıqda dəfn etmişlər. Məhkəmə iclasında iştirak edən digər şahid qismində dindirilmiş X8 ərizəçi ilə qonşu olduğunu bildirərək, digər şahid X3 ifadəsinə uyğun ifadə verdi. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sabirabad rayon Ulacalı kənd Sovetliyi tərəfindən verilmiş xx.xx.1964-ci il tarixli, AZ 481950 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.1964-cü ild Sabirabad rayonu Mürsəlli kəndində anadan olmuşdur. Bu barədə Sabirabad rayon Ulacalı kənd Sovetliyində xx.xx.1964-cü il tarixdə 81 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Sabirabad rayon Ulacalı kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 552 saylı arayışdan görünür ki, Sabirabad rayon Mürsəlli kənd sakini xx.xx.1964-cü il təvəllüdlü X2 xx.xx.2021-ci il tarixində Bakı şəhəri Binəqədi rayonunda onkoloji xəstəlikdən vəfat etmişdir. Gülərmi Gülməmmədovun məzarı Şıxlar kənd qəbristanlığında yerləşir. Mərhuma 16 saylı Bölmənin təcili yardım briqdası tərəfindən ölüm haqqında xəbərdarlıq vərəqəsi yazılmışdır. İş materiallarında olan Təcili və X5 Stansiyası tərəfindən verilmiş Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2021-ci il tarixdə daxil olmuş çağırış nəticəsində həmin tarixdə saat 10:15-də xəstənin yanına gəlinmiş və X1 həkimə qədər ölməsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci mаddəsinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara əsasən hesab edir ki, xx.xx.1964-cü il təvəllüdlü X1 xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonunda vəfat etməsini təsdiq etmək üçün kifayət qədər sübut vardır. Ona görə də ərizə əsaslı hesab edilərək təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 305- 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1964-cü il tarixdə Sabirabad rayonu Mürsəlli kəndində doğulmuş X1 xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonunda vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə X2 barədə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-304/2023
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-304/2023
21.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver