Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-3058/2025 18.12.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X6 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi (Sabirabad regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi maraqlı şəxs kimi qeyd edildiyi) “şəxsin vəfat etməsi faktının müəyyən olunması” barədə ərizəsinə dair mülki işə xx.xx.2025-ci il tarixdə Sabirabad şəhərində, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxsin vəfat etməsi faktının müəyyən olunması” barədə Sabirabad regional “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsinin maraqlı şəxs kimi qeyd edildiyi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1958-ci il tarixdə anadan olmuş X2 xx.xx.2025-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1953-cü ildə Sabirabad rayonu Qaratoğay kəndində anadan olmuşdur. xx.xx.1986-cı ildə mərhum həyat yoldaşı X5 ilə ailə qurmuşdur. xx.xx.2025-ci il tarixdə mərhum həyat yoldaşı X2 halı pisləşdi və onlar onu Şirvan şəhər mərkəzi xəstəxanasına apardılar. Orada vəfat etdi. xx.xx.2025-ci il tarixdə Şirvan şəhər mərkəzi xəstəxanasının verdiyi arayışda bu açıq-aydın görünür. xx.xx.2025-ci il tarixdə mərhum həyat yoldaşı X1 qəbristanlığında dəfn edilmişdir. Bunu RİHB-nın Güdəcühür kənd icra nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 5-70-18/2-376/2025 nömrəli arayışdan və xx.xx.2025-ci il tarixli Aktdan açıq-aşkar görmək olur. Həmin ölüm haqda şəhadətnamənin alınmasından ötrü xx.xx.2025-ci il tarixdə Sabirabad ASAN xidmət mərkəzinə müraciət etmişdir. Lakin ASAN xidmət mərkəzinin xx.xx.2025-ci il tarixli 3-16-05/xx-xx-2349/2025 nömrəli rəyi ilə mərhum həyat yoldaşı X3 ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi nümayəndəsi Nümayəndə ərizəyə uyğun məzmunda izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Sabirabad regional “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə ərizəçinin etiraz etməməsini nəzərə alaraq və MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxs Sabirabad regional “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki iş materiallarında olan Sabirabad rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-05/xx-xx-2349/2025 saylı rəydən görünür ki, əsas olmadığı üçün xx.xx.1958-ci il tarixdə Sabirabad rayonu, Qaratuğay kəndində anadan olaraq orada yaşamış və xx.xx.2025-ci il tarixdə vəfat etmiş X2 ölümünün dövlət qeydiyyatına alınaraq ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.1958ci il tarixdə Sabirabad rayonu Qaratoğay kəndində anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Sabirabad RİHB-nın Güdəcühür KİƏD-si üzrə nümayəndəsi O.Babayev, Sabirabad RİHB-nın Güdəcühür KİƏD-si üzrə nümayəndə müavini M.Hüseynov, Qaratuğay kənd sakinləri Ərizəçi, T.Ə.Mikayılov və V.A.Xəlilov tərəfindən tərtib edilmiş və imzalanmış eyni zamanda Sabirabad rayon Güdəcühür kənd İƏD-si üzrə nümayəndəliyinin möhürü ilə təsdiq edilmiş AKTdan görünür ki, Qaratuğay kənd sakini X5 həqiqətən 05 sentyabr 2025-ci ildə vəfat etmişdir. Qaratuğay kəndində kənd qəbristanlığında həmin gün dəfn olunmuşdur. Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. MPM-nın 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara əsaslanaraq hesab edir ki, xx.xx.1958-ci il tarixdə Sabirabad rayonu, Qaratoğay kəndində anadan olmuş X2 xx.xx.2025-ci il tarixdə vəfat etməsini təsdiq etmək üçün kifayət qədər sübutlar vardır və həmin fakt müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və MPM-nin 216-220 və 305-311-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1958-ci ildə Sabirabad rayonu, Qaratoğay kəndində anadan olmuş X2 xx.xx.2025-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-3058/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-3058/2025
18.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver