Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-308/2023 01.03.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X13 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs kimi qeyd edilən) «ölüm faktının müəyyən olunması» barədə ərizəsinə dair mülki işə Sabirabad şəhərində, Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs kimi qeyd edilən) «ölüm faktının müəyyən olunması» barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1961-ci il tarixdə Sabirabad rayonu, Çölbeşdəli kəndində anadan olmuş X5 xx.xx.2016-cı il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, X10 onun atasıdır. Atası xx.xx.2016-cı ildə Sabirabad rayonunun Çölbeşdəli kəndində kənddən keçən kanala düşərək boğulub ölmüşdür. Mərhum Çölbeşdəli kənd qəbristanlığında dəfn olunmuşdur. Atasının ölümü haqqında qeydiyyat şöbəsində akt qeydi tərtib edilməmiş və müvafiq şəhadətnamə alınmamışdır. Faktın təsdiqi ona mərhum atasına ölüm haqqında şəhadətnamə alması və həmin şəhadətnamə əsasında müvafiq sənədləşmələr aparılması üçün zəruridir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəyə uyğun məzmunda izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəməyə müraciət edərək məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini, iş üzrə qəbul olunacaq qərarı məhkəmənin mülhaizəsinə buraxdıqlarını və tələbin təmin ediləcəyi təqdirdə üzərinə düşən öhdəliklərin onlar tərəfindən icra olunacağını bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X9 bildirmişdir ki, ərizəçi onun qonşusudur. İntizamın atası Rasət xx.xx.2016-cı il tarixdə su kanalında boğularaq ölmüşdür. Hadisə yerində olmuş və mərhumu kanaldan çıxardıqdan sonra dəfn mərasimində iştirak etmişdir. Rasət Çölbeşdəli kənd qəbristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X11 digər şahid X4 göstərdiyi məzmunda izahat verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə ərizəçi və şahidləri dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1961-ci ildə Sabirabad rayonu Çölbeşdəli kəndində anadan olmuşdur. X3, anası X2r. İş materiallarına əlavə edilmiş Sabirabad rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor X8 xx.xx.2016-cı il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarından görünür ki, xx.xx.1961-ci il təvəllüdlü X6 xx.xx.2016-cı il tarixdə saat 15:30 radələrində yaşadığı kənddən keçən su kanalına düşərək boğularaq ölməsi ilə əlaqədar toplanmış 20-C-16 nömrəli material üzrə Azərbaycan Respublikasının CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli rəydən görünür ki, vətəndaş Ərizəçi Maraqlı şəxsnə müraciət edərək X3nın ölümünün qeydə alınmasını xahiş etmişdir. X1 adına ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölümünün qeydə alınmasından imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara əsasən hesab edir ki, xx.xx.1961-ci il təvəllüdlü X5 xx.xx.2016-cı il tarixdə Sabirabad rayon Çölbeşdəli kəndində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər sübut vardır. Ona görə də ərizə əsaslı hesab edilərək təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nın 216-220 və 305- 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1961-ci il tarixdə Sabirabad rayonu Çölbeşdəli kəndində doğulmuş X5 xx.xx.2016-cı il tarixdə Sabirabad rayonu Çölbeşdəli kəndində ölməsi faktı təsdiq edilsin. Hazırkı qətnamə X10 barədə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-308/2023
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-308/2023
01.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver