Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-3083/2025 07.01.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X12 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs olmaqla ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/7-47-709/2025 saylı arayışdan görünür ki, 01 dekabr 1982-ci ildə Sabirabad rayonu, Yolçubəyli kəndində anadan olan və orada yaşamış X5 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaş vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci il tarixədək daxil olmuş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır.
2. Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-16-5/7-47- 709/2025 saylı rəydən görünür ki, əsas olmadığı üçün 01 dekabr 1982-ci ildə Sabirabad rayonu, Yolçubəyli kəndində anadan olaraq orada yaşamış və xx.xx.2025-ci ildə vəfat etmiş X5 ölümünün dövlət qeydiyyatına alınaraq ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir.
3. Yolçubəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilən xx.xx.2025-ci il tarixli aktdan görünür ki, həqiqətən 01 dekabr 1982-ci ildə Sabirabad rayonu Yolçubəyli kəndində anadan olmuş X9 xx.xx.2025-ci il tarixdə Yolçubəyli kənd qəbiristanlığında dəfn olunmuşdur.
4. Doğum haqqında şəhadətnamələrdən görünür ki, X5 xx.xx.2006-cı il təvəllüdlü Reyhan, xx.xx.2007-ci il təvəllüdlü Əlmusa, xx.xx.2010-cu il təvəllüdlü Kubra və xx.xx.2014-cü il təvəllüdlü Ümrə adlı dörd uşağı var.
5. Sabirabad Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, 05 mart 2018-ci il tarixdə 16 nömrəli akt qeydi ilə X9 ilə X1 nikahları ləğv edilmişdir.
6. Fotoşəkillərlə müəyyən olunur ki, mərhum X5 adına qəbir mövcuddur və ona baş daşı ucaldılmışdır.
İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) iddia tələbi
7. Ərizəçi Maraqlı şəxs olmaqla ərizə ilə məhkəməyə müraciət edərək, 01 dekabr 1982-ci ildə Sabirabad rayonu, Yolçubəyli kəndində anadan olan və orada yaşamış X5 04 iyul 2025-ci ildə yaşadığı kəndə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Ərizənin əsaslarına görə, ərizəçi xx.xx.1959-cu ildə Sabirabad rayonu, Yolçubəyli kəndində kəndində anadan olmuşdur. xx.xx.1981-ci ildə həmkəndlisi və qohumu X6 ilə evlənmişlər. Birgə nikahdan xx.xx.1982-ci ildə Əlisa adlı uşağı anadan olub. X9 xx.xx.2006-cı ildə X2 evləndi və onların birgə nikahlarından xx.xx.2006-cı ildə Reyhan, xx.xx.2007-ci ildə Əlmusa, xx.xx.2010-cu ildə Kubra və xx.xx.2014-cü ildə isə Ümrə adlı dörd uşaqları anadan olub. X4 xx.xx.2025-ci ildə vəfat etdiyindən və vaxtında ölüm barədə məlumatın ötürülməməsi səbəbindən onun yetkinlik yaşına çatmayan uşaqlarına ailə başçısını itirməyə görə müavinat ala bilmir. Ölüm barədə məlumat sistemə ötürülməməsi səbəbindən ölüm haqqında şəhadətnamə əldə edə bilmir. Sabirabad ASAN xidmət mərkəzinə qeydiyyat şöbəsi ondan ölüm haqqında tibbi şəhadətnamə (106 saylı forma) istəndi. Xəstəxana isə həmin sənədi vermir ki, ölü haqqında onlara məlumat ötürülməyib. Buna görə onlara imtina verdilər. Bununla da uşaqlara müavinat ala bilmir. Uşaqlar başsız qalıblar, heç bir yerdən gəlirləri yox, heç olmasa uşaqları yetkinlik yaşma çatanadək dövlət tərəfindən təyin olunmuş müavinət pulun alsınlar.
b) iddiaya qarşı etiraz
9. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.
a) məhkəmə icraat iştiakçılarının izahatları
10. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizə ilə eyni məzmunlu izahat verərək təmin olunmasını xahiş etdi.
11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişdir.
12. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, ərizəçi onun qayınıdır. Mərhum da onun bacısı oğlu idi və ağır xəstəliyi olduğunu bilirdi. Mərhum 04 iyul 2025-ci il tarixdə Sabirabad rayonu, Yolçubəyli kəndində evində ölmüş, sonradan səhəri gün Yolçubəyli qəbiristanlığında dəfn edilmiş, onun yasında iştirak etmişdir.
13. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, mərhum onun qonşusu idi və ağır xəstə olduğu barədə məlumatı var idi. Mərhum 2025-ci il tarixdə, təxminən yay aylarında abirabad rayonu, Yolçubəyli kəndində ölmüş, sonradan səhəri gün Yolçubəyli qəbiristanlığında dəfn edilmiş, onun yasında iştirak etmişdir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında; Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
15. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2019-cu il tarixli, 03 nömrəli Qərarı: -1.4. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. - 9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. - 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydası: Maddə 8.5. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
Məhkəmə baxışının hədləri
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
19. Məhkəmə ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir.
20. Belə ki, işdəki sübutlara məcmu halında qiymət verilərkən müəyyən olunur ki, 01 dekabr 1982-ci il tarixdə Sabirabad rayonu, Yolçubəyli kəndində doğulmuş X9 04 iyul 2025-ci il tarixdə Sabirabad rayonu, Yolçubəyli kəndində ev şəraitində vəfat etmiş, ailə üzvləri və yaxınlarının iştirakı ilə dəfn edilmiş, mərhumun qəbri və baş daşı mövcuddur. Ölüm haqqında müvafiq tibbi şəhadətnamə olmadığı üçün isə ölümün dövlət qeydiyyatının aparılması mümkün olmamışdır.
19. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 01 dekabr 1982-ci il tarixdə Sabirabad rayonu, Yolçubəyli kəndində anadan olmuş X5 04 iyul 2025-ci il tarixdə Sabirabad rayonu, Yolçubəyli kəndində ev şəraitində ölməsi faktı müəyyən edilməlidir.
20. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
Ərizə təmin edilsin. 01 dekabr 1982-ci il tarixdə Sabirabad rayonu, Yolçubəyli kəndində anadan olmuş X5 04 iyul 2025-ci il tarixdə Sabirabad rayonu, Yolçubəyli kəndində ev şəraitində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Cavid Cəfərov