Məhkəmə qərarları › İş №2(056)-3086/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-3086/2025

18.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-3086/2025 18.12.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X10 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Sabirabad regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi maraqlı şəxs kimi qeyd edildiyi) “şəxsin vəfat etməsi faktının müəyyən olunması” barədə ərizəsinə dair mülki işə xx.xx.2025-ci il tarixdə Sabirabad şəhərində, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi (Sabirabad regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi maraqlı şəxs kimi qeyd edildiyi) “şəxsin vəfat etməsi faktının müəyyən olunması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, X5 2025-ci il fevral ayının 15-də vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ağsu rayonunda anadan olmuşdur. X11 ilə 1987-ci ildə faktiki nikaha daxil olaraq, evlənmişlər. Həqiqətən 07 yanvar 1969-cu ildə Sabirabad rayonu Narlıq kəndində anadan olmuş X2 rayonu, Pirşağı qəsəbəsi, Bağlar massivi, nömrəsiz ev ünvanında xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. X1 qəbristanlığında xx.xx.2025-ci il tarixdə dəfn olunmuşdur. Ərinin vəfatından sonra da həmin yaşayış evində yaşamış və hazırda da yaşamaqdadır. Miras əmlaka vərəsəlik şəhadətnaməsi almaq üçün müvafiq sənədləri toplayarkən məlum oldu ki, əri X5 ölüm faktı qeydə alınmamışdır. Bu barədə Sabirabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16- 5/7-15-696/2025 saylı Ərizəçi əri X5 ölümünün dövlət qeydiyyatına alınaraq ölüm haqqında şəhadətnamə verilməsindən imtina etmək barədə rəydən görünür ki, əsas olmadığı üçün 07 yanvar 1969-cu ildə Sabirabad rayonunun Narlıq kəndində anadan olaraq orada yaşamış və xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanında vəfat etmiş X5 ölümünün dövlət qeydiyyatına alınaraq ölüm haqqında şəhadətnamə verilməsindən imtina edir. Ölüm faktının müəyyən olunması ilə bağlı məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir. Halbuki iş materiallarına əlavə etdiyi aktdan da görünür ki, əri X11 xx.xx.2025-ci il tarixdə vəfat etmiş və bunu təsdiq edəcək şahidləri vardır. Odur ki, ərizənin təmin olunması barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəyə uyğun məzmunda izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Sabirabad regional “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə ərizəçinin etiraz etməməsini nəzərə alaraq və MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxs Sabirabad regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, onun mərhum əmisi Qulu onkoloji xəstəlikdən əziyyət çəkirdi. Xəstəlik nəticəsində əmisi xx.xx.2025-ci il tarixdə vəfat etmiş və hüzn mərasimi onlarda keçirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, onun mərhum dayısı Qulu onkoloji xəstəlikdən əziyyət çəkirdi. Xəstəlik nəticəsində dayısı xx.xx.2025-ci il tarixdə vəfat etmiş və hüzn mərasimdə o da iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki iş materiallarında olan xx.xx.2025-ci il tarixli 3-16-5/7-15-696/2025 saylı rəydən görünür ki, əsas olmadığı üçün 07 yanvar 1969-cu ildə Sabirabad rayonu, Narlıq kəndində anadan olaraq orada yaşamış və xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanında vəfat etmiş X5 ölümünün dövlət qeydiyyatına alınaraq ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materiallarına əlavə edilmiş RİHB-nın Yolçubəyli KİƏD üzrə nümayəndəsi N.Ə.Qasımov, Yolçubəyli kənd sakinləri Ərizəçi, G.Q.Abdulkərimova və N.A.Səmədov tərəfindən tərtib edilmiş və imzalanmış, eyni zamanda Yolçubəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin möhürü ilə təsdiq edilmiş xx.xx.2025-ci il tarixli AKTdan görünür ki, həqiqətən 07 yanvar 1969-cu ildə Sabirabad rayonu Narlıq kəndində anadan olmuş X2 rayonu, Pirşağı qəsəbəsi, Bağlar massivi. nömrəsiz ev ünvanında xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. İmanov Qulu Məmətqułu oğlu Narlıq kənd qəbristanlığında xx.xx.2025-ci il tarixdə dəfn olunmuşdur. Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. MPM-nın 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara əsaslanaraq hesab edir ki, xx.xx.1969-cu il tarixdə Sabirabad rayonu, Narlıq kəndində anadan olmuş X5 xx.xx.2025-ci il tarixdə vəfat etməsini təsdiq etmək üçün kifayət qədər sübutlar vardır və həmin fakt müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və MPM-nin 216-220 və 305-311-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1969-cu il tarixdə Sabirabad rayonu, Narlıq kəndində anadan olmuş X5 xx.xx.2025-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar