Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-3089/2025 03.11.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Quliyev Mətin Azər oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya prosesi nəticəsində onunla Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin aliment hissəsinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə 2010-cu ildə qeyri-rəsmi ailə münasibəti olmuş, xx.xx.2021-ci il 4 saylı Bakı “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuş, həmin ailə münasibətindən 2011-ci ildə bir uşaqları – xx.xx.2011-ci il təvəllüdlü X3 anadan olmuşdur. Aralarında baş vermiş narazılıqlar nəticəsində nikahlarının pozulması ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(007)-2441/2025 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Aralarından şəxsi və ailə münasibətləri pozulduğuna görə nikahın pozulması və sair mübahisənin həlli məqsədi ilə Mediasiya Şurasının Bakı 11 saylı Mediasiya Təşkilatına etdiyi müraciət əsasında Təşkilatın mediatoru X2 vasitəsi ilə Maraqlı şəxs ilə arasında xx.xx.2025-ci il tarixli barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin imzalanmasına baxmayaraq, Maraqlı şəxs sazişin aliment hissəsində göstərilən öhdəliklərini bu günədək icra etməmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi uşaqlarının tələbatlarını qarşılamaqda çətinlik çəkdiyini vurğulayaraq ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar olmasına baxmayaraq Maraqlı şəxs məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nın 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəni və barışıq sazişini nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/11/2025-00364 nömrəli Barışıq sazişindən görünür ki, tərəflər aralarında bağlanmış nikahın pozulması, xx.xx.2011-ci il təvəllüdlü X1 Ərizəçi himayəsində qalması, xx.xx.2025-ci il tarixindən başlayaraq, Maraqlı şəxs xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək hər ayın 10-dək 245 manat olmaqla sabit pul məbləğində alimenti Ərizəçi ödəməsi, Maraqlı şəxs qeyd edilən övladı ilə günün istənilən vaxtlarında maneə yaradılmadan ünsiyyət qurması (uşağı götürməsi, yanında saxlaması) ilə bağlı razılaşaraq barışıq sazişi bağlamışlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən, məhkəmə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş üçüncü şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/11/2025-00364 nömrəli barışıq sazişi aliment hissəsində məcburi icrası üçün təsdiq olunmalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 216-220, 355-23-355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış “tərəflər arasında bağlanmış nikahın pozulması, xx.xx.2011-ci il təvəllüdlü X1 Ərizəçi himayəsində qalması, xx.xx.2025-ci il tarixindən başlayaraq, Maraqlı şəxs xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək hər ayın 10-dək 245 manat olmaqla sabit pul məbləğində alimenti Ərizəçi ödəməsi, Maraqlı şəxs qeyd edilən övladı ilə günün istənilən vaxtlarında maneə yaradılmadan ünsiyyət qurması (uşağı götürməsi, yanında saxlaması)” məzmunlu xx.xx.2025-ci il tarixli, MŞB/11/2025-00364 saylı Barışıq sazişi aliment hissəsində məcburi icrası üçün təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə elektron kabinetlə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-3089/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-3089/2025
03.11.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver