Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-310/2023 23.02.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Füzuli Novruzəli oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, Ərizəçinın iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs kimi qeyd edilən) «ölüm faktının müəyyən olunması» barədə ərizəsinə dair mülki işə xx.xx.2023-cü il tarixdə Sabirabad şəhərində, Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs kimi qeyd edilən) «ölüm faktının müəyyən olunması» barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1981-ci il tarixdə Sabirabad rayonu, Mürsəlli kəndində anadan olmuş X3 xx.xx.2004-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, onun oğlu xx.xx.1981-ci ildə anadan olmuş X4 xx.xx.2004-cü ildə ov tüfəngindən atəş açmaqla intihar etmişdir. Mərhum Şıxlar kənd qəbristanlığında dəfn olunmuşdur. Oğlunun ölümü haqqında qeydiyyat şöbəsində akt qeydi tərtib edilməmiş və müvafiq şəhadətnamə alınmamışdır. Sabirabad rayon prokurorluğu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 673-S-22 nömrəli məktubda qeyd edilmişdir ki, Ramin Səmədovun intihar etməsi faktı üzrə əməldə cinayət tərkibi olmadığından xx.xx.2004-cü il tarixli qərarla CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Faktın təsdiqi Dövlət Aktı üzrə verilmiş pay torpağına ayrılan subsidiya məsələlərinin həll edilməsi üçün zəruridir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəsinə uyğun məzmunda izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəməyə müraciət edərək məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini, iş üzrə qəbul olunacaq qərarı məhkəmənin mülhaizəsinə buraxdıqlarını və tələbin təmin ediləcəyi təqdirdə üzərinə düşən öhdəliklərin onlar tərəfindən icra olunacağını bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X2 bildirmişdir ki, ərizəçi onun atasıdır, mərhum Ramin Səmədov isə onun qardaşı olmuşdur. Ramin Səmədov xx.xx.2004-cü ildə ov tüfəngindən atəş açaraq intihar etmişdir. Mərhum Şıxlar kənd qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X6 bildirmişdir ki, ərizəçi onun qayınatasıdır, mərhum Ramin Səmədov isə onun qayını olmuşdur. Ramin Səmədov xx.xx.2004-cü ildə ov tüfəngindən atəş açaraq intihar etmişdir. Mərhum Şıxlar kənd qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli rəydən görünür ki, vətəndaş Ərizəçi Maraqlı şəxsnə müraciət edərək oğlu X3 ölümünün qeydə alınmasını xahiş etmişdir. Lakin əsas olmadığı üçün X3 ölümünün qeydə alınmasından imtina edilmişdir. İş materiallarında olan Sabirabad rayonu Ulacalı kənd İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 576 nömrəli arayışdan görnür ki, X4 xx.xx.2004-cü il tarixdə vəfat etmişdir. Mərhum Şıxlar kənd qəbristanlığında dəfn edilmişdir. İş materiallarına əlavə edilmiş Sabirabad rayon Prokurorluğu tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli 673-Ş-22 saylı məktubdan görünür ki, X3 xx.xx.2004-cü il tarixdə ov tüfəngindən atəş açmaqla intihar etməsi faktı üzrə Sabirabad rayon Prokurorluğunda araşdırma aparılmışdır. Araşdırma nəticəsində Ramin Səmədovun intihar etməsi faktı üzrə əməldə cinayət tərkibi olmadığından, xx.xx.2004-cü il tarixli qərarla Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nın 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara əsasən hesab edir ki, xx.xx.1981-ci il təvəllüdlü X3 xx.xx.2004-cü il tarixdə Sabirabad rayon Mürsəlli kəndində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər sübut vardır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nın 216-220 və 305-311ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1981-ci il tarixdə Sabirabad rayonu Mürsəlli kəndində doğulmuş X3 xx.xx.2004-cü il tarixdə vəfat etməsi faktı təsdiq edilsin. Hazırkı qətnamə X4 barədə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-310/2023
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-310/2023
23.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver