Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-3144/2025 15.12.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X4 Allahverdiyevin sədrliyi, Quliyev Mətin Azər oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Sabirabad Rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs kimi qeyd edilməklə) «ölüm faktının müəyyən olunması» barədə ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Sabirabad Rayon Qeydiyyat Şöbəsinin maraqlı şəxs kimi qeyd edilməklə) «ölüm faktının müəyyən olunması» barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1955-ci ildə Sabirabad rayonunun Əliləmbəyli kəndində anadan olmuş X2 xx.xx.2006-cı il tarixdə Sabirabad rayonunun Əliləmbəyli kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, X5 onun atasıdır. Mərhum atası xx.xx.1955-ci ildə Sabirabad rayonunun Əliləmbəyli kəndində anadan olmuş, 3108.2006-cı ildə Sabirabad rayonunun Əliləmbəyli kəndində vəfat etmiş və kənd qəbirstanlığında dəfn edilmişdir. Atasının adına bu günə qədər ölüm haqqında şəhadətnamə olmadığından Sabirabad regional Asan Xidmət mərkəzinin Qeydiyyat şöbəsinə müraciət etmiş, atasının adına ölüm haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin xx.xx.2025-ci il tarixdə ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Ona görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək və əlavə olaraq ölüm haqqında şəhadətnamənin anasına təqaüd təyin edilə bilinməsi üçün lazım olduğunu bildirib ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş maraqlı şəxs Sabirabad rayon Qeydiyyat Şöbəsi məhkəməyə ərizə ünvanlayaraq, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını, qəbul ediləcək qərarı məhkəmə mülahizəsinə buraxmalarını bildirmişdir. Məhkəmə ərizəçinin etiraz etməməsini nəzərə alaraq işə maraqlı şəxs Sabirabad rayon Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı Şahid qismində ifadə verərək bildirdi ki, ərizəçi onun oğludur. X5 isə onun əri olmuşdur. Əri xx.xx.2006-cı il tarixdə Sabirabad rayonunun Əliləmbəyli kəndində vəfat etmiş, kənd qəbirstanlığında dəfn edilmişdir. Əri Aslan ürək çatışmazlığından yaşadıqları evdə vəfat etmişdir. Həmin vaxt evdə özü və övladları olmuşdur. Savadsızlıqdan ölüm haqqında şəhadətnamənin gərək olacağını fikirləşməmişlər. Oğlu Tərlan ona təqaüd təyin edilməsi üçün sənədləri yığarkən ərinin ölüm haqqında şəhadətnaməsi də tələb edilmiş, özü xəstə və yaşlı olduğu üçün hazırki tələblə oğlu məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəçini və şahidi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında arayışdan görünür ki, X1 Zərifə Zülfüqar qızı ilə xx.xx.1979-cu ildə ailə həyatı qurmuş, arvada Məmmədova soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuşdur. Onun atası X5, anası Şahiddır. İş materialına həmçinin xx.xx.2025-ci il tarixli akt, məzarın fotoşəkili və Sabirabad RİH-nin Əliləmbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayış əlavə edilmiş, məhkəmə həmin sənədləri də tədqiq etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci mаddəsinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara əsasən hesab edir ki, xx.xx.1955-ci il təvəllüdlü X2 xx.xx.2006-cı il tarixdə Sabirabad rayonunun Əliləmbəyli kəndində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər sübut vardır. Ona görə də ərizə əsaslı hesab edilərək təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1955-ci il tarixdə Sabirabad rayonunun Əliləmbəyli kəndində anadan olmuş X2 xx.xx.2006-cı il tarixdə Sabirabad rayonunun Əliləmbəyli kəndində vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə X5 barədə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə elektron kabinetlə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-3144/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-3144/2025
15.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver