Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-3196/2025 12.01.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ X9 Allahverdiyevin sədrliyi, Quliyev Mətin Azər oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Sabirabad Rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs kimi qeyd edilməklə) «ölüm faktının müəyyən olunması» barədə ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Sabirabad Rayon Qeydiyyat Şöbəsinin maraqlı şəxs kimi qeyd edilməklə) «ölüm faktının müəyyən olunması» barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1994-cü ildə Sabirabad rayonunun Şəhriyar kəndində anadan olmuş X1 xx.xx.1994-cü il ildə Sabirabad rayonunun Şəhriyar kəndində ölümünün qeyd edilmə faktı kimi müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, Sabirabad rayonunun Şəhriyar kəndində anadan olmuş, xx.xx.1993-cü ildə X5 ilə nikaha daxil olmuş, nikahlarından xx.xx.1994-cü ildə X6 doğulmuşdur. Lakin qızı Çinarə xx.xx.1994-cü il ildə Sabirabad rayonunun Şəhriyar kəndində xəstəlik səbəbindən vəfat etmiş və Şəhriyar kənd qəbirstanlığında dəfn edilmişdir. Lakin onun adına ölüm haqqında şəhadətnamə alınmamışdır. Hazırda yeznəsi Prezident Administrasiyasında işə düzəlmək üçün sənədlərini vermiş, onun və qohumlarının ailə vəziyyəti yoxlanılarkən vəfat etmiş qızının adına ölmü haqqında şəhadətnamə alınmadığı üçün qızı Çinarə sağ kimi qalmışdır. Bu real vəziyyət olmadığı üçün o, qızı X1 ölüm haqqında şəhadətnaməsi almaq üçün Sabirabad rayon Qeydiyyat şöbəsinə müraciət etmiş və orada araşdırılaraq X1 adına ölüm haqqında akt qeydi aşkarlanmadığı üçün ona imtina barədə rəy verilmiş və faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş maraqlı şəxs Sabirabad rayon Qeydiyyat Şöbəsi məhkəməyə ərizə ünvanlayaraq, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını, qəbul ediləcək qərarı məhkəmə mülahizəsinə buraxmalarını bildirmişdir. Məhkəmə ərizəçinin etiraz etməməsini nəzərə alaraq işə maraqlı şəxs Sabirabad rayon Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı Şahid1 şahid qismində ifadə verərək bildirdi ki, ərizəçi onun həmkəndlisi və qohumudur. 1994-cü ildə onun bir qızı anadan olmuş, həmin il də vəfat etmişdir. Özü könüllü qəbirqazan olduğu üçün həmin vaxtı Nadirin qızını da özü dəfn etmişdir. Uşaq Şəhriyar kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında iştirak şahid qismində dindirilmiş X2 bildirdi ki, ərizəçi onun qardaşıdır. 1994-cü ilin fevral ayında Nadirin bir qızı doğulmuş, həmin ilin sentyabr ayında vəfat etmişdir. Uşağın ölüm səbəbini bilməmişdir. Uşaq Şəhriyar kənd qəbirstanlığında dəfn edilmişdir və o, dəfndə iştirak etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid3 bildirdi ki, ərizəçi onun onun qardaşıdır. 1994-cü ilin fevral ayında Nadirin bir qızı doğulmuş, həmin ilin sentyabr ayında vəfat etmişdir. Uşaq xəstəlikdən vəfat etmişdir və Şəhriyar kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Vİ-JQ No 295159 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Sultanov X4 Gülər Eynulla qızı ilə xx.xx.1993-cü ildə ailə həyatı qurmuş, arvada Sultanova soyadı verilmişdir. İş materiallarında olan XVİİ-JQ No 482859 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1994-cü ildə Sabirabad rayonunun Şəhriyar kəndində anadan olmuşdur. Onun atası Ərizəçi, anası X3r. İş materiallarına əlavə edilmiş Sabirabad rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-16-5/8-15-374/25 saylı məktubdan görünür ki, xx.xx.1994-cü ildə ölmüş X1 ölümünün dövlət qeydiyyatına alınaraq ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materialına həmçinin xx.xx.2025-ci il tarixli akt və məzarın fotoşəkilləri əlavə edilmiş, məhkəmə həmin sənədi də tədqiq etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci mаddəsinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara əsasən hesab edir ki, xx.xx.1994-cü il təvəllüdlü X1 xx.xx.1994-cü il tarixdə Sabirabad rayonunun Şəhriyar kəndində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər sübut vardır. Ona görə də ərizə əsaslı hesab edilərək təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 305- 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1994-cü il tarixdə Sabirabad rayonunun Şəhriyar kəndində doğulmuş X1 xx.xx.1994cü il tarixdə Sabirabad rayonunun Şəhriyar kəndində vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə X6 barədə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə elektron kabinetlə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-3196/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-3196/2025
12.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver