Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 2(056)-3259/2025 11.03.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3 oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs Ədliyyə Nazirliyi Sabirabad Regional "ASAN Xidmət" X1maqla ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə dair işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İddia tələbi
1. Ərizəçi maraqlı şəxs Ədliyyə Nazirliyi Sabirabad Regional "ASAN Xidmət" X1maqla ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1944-cü ildə Sabirabad rayonu, Dadaşbəyli kəndində anadan olan və “Ağciyər vərəmi” diaqnozu ilə 6 saylı Cəza çəkmə müəssisəsindən Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə müəssisəsinə köçürülərək xx.xx.1993-cü ildə ağciyər ürək damar çatmamazlığından vəfat etmiş atası Əzizov Məhəmmədəli (Məmmədəli) Məhəmməd oğlunun vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(056)-3259/2025 nömrəli qərardadına əsasən iş üzrə məhkəmə baxışı xx.xx.2026-cı il tarixə, saat 12:00-a təyin edilmiş, ərizəçinin xahişi nəzərə alınaraq məhkəmə baxış iclası xx.xx.2026-cı il tarixə, saat 15:00-a təxirə salınmışdır.
Tətbiq edilən hüquq
3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.5. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa; Maddə 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.6. işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə; Maddə 260.1. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır; Maddə 260.6. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər.
Məhkəmənin mövqeyi
4. Məhkəmə ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır.
5. Belə ki, iş üzrə məhkəmə baxışı təyin edilmiş və tərəflər məhkəmə iclasına gəlməmiş, həmçinin işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər.
6. Odur ki, ərizə baxılmamış saxlanılmalı, ödənilmiş dövlət rüsumu ərizəçiyə qaytarılmalıdır.
7. Göstərilənlərə əsasən və MPM-nin 259, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Ərizəçi maraqlı şəxs Ədliyyə Nazirliyi Sabirabad Regional "ASAN Xidmət" X1maqla ölüm faktının müəyyən edilməsi barədə ərizəsi baxılmamış saxlanılsın. ********** nömrə ilə Sabirabad Rayon Məhkəməsinə ödənilmiş 100,60 manat məbləğdə dövlət rüsumu Ərizəçi qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Cavid Cəfərov