Məhkəmə qərarları › İş №2(056)-3327/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-3327/2025

22.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-3327/2025 22.01.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ X4 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Sabirabad regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi maraqlı şəxs kimi qeyd edildiyi) “şəxsin vəfat etməsi faktının müəyyən olunması” barədə ərizəsinə dair mülki işə xx.xx.2026-cı il tarixdə Sabirabad şəhərində, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi (Sabirabad regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi maraqlı şəxs kimi qeyd edildiyi) “şəxsin vəfat etməsi faktının müəyyən olunması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1941-ci ildə anadan olmuş X1 xx.xx.2025-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Sabirabad rayonu Əsgərbəyli kəndində yaşayır və həmin kənddə qeydiyyatdadır. Mərhum anası X2 xx.xx.1941-ci ildə Sabirabad rayonu Əsgərbəyli kəndində anadan olmuş və xx.xx.2025-ci ildə həmin kənddə vəfat etmiş və Qasımbəyli kənd qəbristanlığında dəfn olunmuşdur. Lakin bu günə qədər onun ölüm haqqında şəhadətnaməsini əldə edə bilməmişdir. Bu məsələ ilə bağlı xx.xx.2025-ci il tarixdə Sabirabad Regional ASAN xidmət mərkəzinin Qeydiyyat şöbəsinə müraciət etdi, lakin onlar ona imtina cavabı verdilər və bu məsələnin məhkəmə qaydasında həll olunmalı olduğunu rəsmi olaraq bildirdilər. xx.xx.2025-ci il tarixdə Sabirabad rayonu Əsgərbəyli kənd icra nümayəndəliyinin tərtib etdiyi Aktdan açıq-aşkar görünür ki, mərhum anası xx.xx.1941-ci il tarixdə Sabirabad rayonu Əsgərbəyli kəndində anadan olmuş və xx.xx.2025-ci il tarixdə həmin kənddə vəfat etmiş və Qasımbəyli kənd qəbristanlığında dəfn olunmuşdur. Odur ki, ərizənin təmin olunması barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəyə uyğun məzmunda izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Sabirabad regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə ərizəçinin etiraz etməməsini nəzərə alaraq və MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxs Sabirabad regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki iş materiallarında olan Sabirabad regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-16-5/8-15- 688/2025 saylı məktubdan görünür ki, xx.xx.1941-ci il təvəllüdlü X1 ölüm haqqında tibbi şəhadətnaməsi olmadığı üçün qeydiyyat orqanında ərizənin təmin edilməsi mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş Qasımbəyli kənd İƏD üzrə nümayəndə A.İsgəndərov, Qasımbəyli kənd İƏD üzrə nümayəndəliyin müavini R.Rəhimov, Əsgərbəyli kənd sakini Ş.Əliyev və A.Məmmədhəsənov tərəfindən tərtib edilmiş və imzalanmış, eyni zamanda Qasımbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin möhürü ilə təsdiq edilmiş xx.xx.2025-ci il tarixli AKTdan görünür ki, Əsgərbəyli kənd sakini X2 xx.xx.1941-ci ildə anadan olmuş, xx.xx.2025-ci ildə Əsgərbəyli kəndində vəfat etmiş, Qasımbəyli kənd qəbristanlığında dəfn olunmuşdur. Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. MPM-nın 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara əsaslanaraq hesab edir ki, xx.xx.1941ci ildə Sabirabad rayonu, Əsgərbəyli kəndində anadan olmuş X1 xx.xx.2025-ci il tarixdə vəfat etməsini təsdiq etmək üçün kifayət qədər sübutlar vardır və həmin fakt müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və MPM-nin 216-220 və 305-311-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1941-ci ildə Sabirabad rayonu, Əsgərbəyli kəndində anadan olmuş X1 xx.xx.2025-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar