Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-334/2023 01.03.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ İHakim Səlim Məhərrəm oğlu Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs kimi qeyd edilməklə) «ölüm faktının müəyyən olunması» barədə ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs kimi qeyd edilməklə) «ölüm faktının müəyyən olunması» barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1993-cü ildə Sabirabad rayonu Moranlı kəndində anadan olmuş X5 xx.xx.2003-cü il tarixdə Sabirabad rayonunun Moranlı kəndində ölümünün qeyd edilmə faktı kimi müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.1993-cü il tarixdə anadan olmuş X9 onun oğludur. Oğlu xx.xx.2003-cü il tarixdə qızdırma xəstəliyindən vəfat etmişdir. X15 Sabirabad rayonu Moranlı kənd qəbristanlığında dəfn olunmuşdur. Faktın təsdiqi onun oğluna ölüm şəhadətnaməsi alması və həmin şəhadətnamə əsasında torpaq haqqında sənədlərdə qalmış oğlunun adının silinə bilməsi üçün zəruridir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş xx.xx.2023-cü il tarixli, 05/36-76 saylı məktubundan görünür ki, Maraqlı şəxsnə xx.xx.2023-ci ildə daxil olmuş Ərizəçi «ölüm faktının müəyyən edilməsi» tələbi barədə xx.xx.2023-ci il tarixli 2(056)-328/2023 saylı məhkəmə bildirişi ilə bağlı bildirilmşdir ki, xx.xx.2023-cü il tarixə saat 10:50-a təyin olunmuş məhkəmə iclasında üzrlü səbəblərə görə (iş yükünün çoxluğu ilə əlaqədar) nümayəndələrinin iştirakını təmin edə bilməyəcəkdir. Ərizəçinin ərizəsi üzrə qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxırlar və tələbin təmin ediləcəyi təqdirdə Maraqlı şəxs üzərinə düşən öhdəlik tərəflərindən icra ediləcəkdir. Məhkəmə ərizəçinin etiraz etməməsini nəzərə alaraq işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı X4 şahid qismində ifadə verərək bildirdi ki, ərizəçi onun böyük qardaşıdır. Bir həyətdə yaşayırlar. Ərəstunun oğlu Zəka qızdırma xəstəliyindən xx.xx.2003-cü il tarixdə yaşadığı evdə ölmüşdür. Mərhumu Sabirabad rayonu Moranlı kənd qəbirstanlıqda dəfn etmişlər. Məhkəmə iclasında iştirak edən digər şahid qismində dindirilmiş X6 ərizəçi ilə quda olduğunu bildirərək, digər şahid X1 ifadəsinə uyğun ifadə verdi. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Vİİİ-JQ No 303381 seriyalı doğum haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.1993-cü ildə Sabirabad rayonunun Moranlı kəndində anadan olmuşdur. Atası Ərizəçi, anası X2r. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 05/xxxx/2023 saylı rəydən görünür ki, əsas olmadığı üçün xx.xx.1993-cü ildə Sabirabad rayonunun Moranlı kəndində anadan olaraq həmin kənddə yaşamış və xx.xx.2003-cü ildə yaşadığı evdə vəfat etmiş X3 ölümünün dövlət qeydiyyatına alınaraq ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Sabirabad rayon Moranlı kənd sakini X8 xx.xx.2003-cü il tarixdə Sabirabad rayon Moranlı kəndində vəfat etmişdir, Sabirabad rayonu Moranlı kənd qəbristanlığında dəfn edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci mаddəsinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara əsasən hesab edir ki, xx.xx.1993-cü il təvəllüdlü X7 xx.xx.2003-cü il tarixdə Sabirabad rayonunda vəfat etməsini təsdiq etmək üçün kifayət qədər sübut vardır. Ona görə də ərizə əsaslı hesab edilərək təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1993-cü il tarixdə Sabirabad rayonu Moranlı kəndində doğulmuş X7 xx.xx.2003-cü il tarixdə Sabirabad rayonunda ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə X9 barədə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-334/2023
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-334/2023
01.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver