Məhkəmə qərarları › İş №2(056)-336/2024

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-336/2024

26.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-336/2024 26.02.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X6 Novruzəli oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs kimi qeyd edilən) «ölüm faktının müəyyən olunması» barədə ərizəsinə dair mülki işə xx.xx.2024-cü il tarixdə Sabirabad şəhərində, Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs kimi qeyd edilən) «ölüm faktının müəyyən olunması» barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1984-cü il tarixdə Sabirabad rayonu Kovlar kəndində anadan olmuş X1 xx.xx.2023-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, arvadı X3 xx.xx.1984-cü ildə Sabirabad rayonu Kovlar kəndinda anadan olmuşdur. Onlar birlikdə Sabirabad rayonu Kovlar kəndində yerləşən evlərində yaşammışlar. Aygün Quliyeva xx.xx.2023-cü il tarixdə avtomobillə xəstəxanaya gedən zaman vəfat etmiş və mərhumu kənd qəbristanlığında dəfn etmişlər. Arvadının ölümü haqqında qeydiyyat şöbəsində akt qeydi tərtib edilməmiş və müvafiq şəhadətnamə alınmamışdır. Faktın təsdiqi ona ailə başçısını itirməyə görə müavinət alması üçün zəruridir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəyə uyğun məzmunda izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vatı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş Maraqlı şəxs məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 bildirmişdir ki, ərizəçi onun yeznəsi olmuşdur. Həqiqətəndə qızı Aygün xx.xx.2023-cü il tarixdə xəstəxanaya gedən zaman yolda ölmüşdür. Aygün Kovlar kənd qəbristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 bildirmişdir ki, ərizəçi onun həmkəndlisi və qonşusudur. Bundan əlavə mərhum Aygün Quliyeva onun baldızının qızıdır. Həqiqətəndə Aygün xx.xx.2023-cü il tarixdə xəstəxanaya gedən zaman avtomobildə ölmüşdür. Mərhumun hüzn mərasimində iştirak etmişdir. Aygün Kovlar kənd qəbristanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçi və şahidləri dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli rəydən görünür ki, əsas olmadığı üçün X1 ölümünün qeydə alınmasından imtina edilmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında arayışdan görünür ki, X3 xx.xx.1984-cü il tarixdə Sabirabad rayonu Kovlar kəndində anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Sabirabad rayon prokurorluğunun müstəntiqi İ dərəcəli hüquqşünas X4 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, X1 ölməsi faktında cinayət hadisəsi olmadığı üçün toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nın 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara əsasən hesab edir ki, xx.xx.1984-cü il təvəllüdlü X2 xx.xx.2023-cü il tarixdə Sabirabad rayon Kovlar kəndində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər sübut vardır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nın 216-220 və 305-311ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1984-cü il tarixdə Sabirabad rayonu Kovlar kəndində doğulmuş X1 xx.xx.2023-cü il tarixdə vəfat etməsi faktı təsdiq edilsin. Hazırkı qətnamə X3 barədə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Füzuli Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar