Məhkəmə qərarları › İş №2(056)-3369/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-3369/2025

22.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-3369/2025 22.01.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ X8 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Sabirabad regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi maraqlı şəxs kimi qeyd edildiyi) “şəxsin vəfat etməsi faktının müəyyən olunması” barədə ərizəsinə dair mülki işə xx.xx.2026-cı il tarixdə Sabirabad şəhərində, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi (Sabirabad regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi maraqlı şəxs kimi qeyd edildiyi) “şəxsin vəfat etməsi faktının müəyyən olunması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, oğlu, X1 xx.xx.2008-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi və bu barədə ölüm akt qeydinin aparılmasının Sabirabad regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsinə tapşırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Sabirabad rayonu Bulaqlı kəndində anadan olmuşdur. X2 ilə xx.xx.2004-cü ildə faktiki nikaha daxil olmuşlar. Nikahlarından xx.xx.2007-ci il tarixdə X4 adlı uşağları anadan olmuşdur. Lakin daha sonra qızı xx.xx.2008-ci il tarixdə sətəlcəm xəstəlikdən səbəbindən ölmüşdür. Sabirabad rayonu Qalağayın kənd qəbiristanlığında dəfn edilmişdir. Oğlunun vəfatından sonra da həmin yaşayış evində ailəsi ilə yaşamış və hazırda da yaşamaqdadır. Sosial xidmət agentliyi sənədləri toplayarkən məlum oldu ki, oğlu X1 ölüm faktı qeydə alınmamışdır. Bu barədə Sabirabad rayon "ASAN" xidmət Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16- 05/7-47-860/2025 saylı “şəhadətnamə verilməsindən imtina etmək barədə” rəydən görünür ki, xx.xx.2007-ci ildə Sabirabad rayon Bulaqlı kəndində anadan olaraq orada yaşamış və xx.xx.2008-ci ildə vəfat etmiş X3 ölümünün dövlət qeydiyyatında alınaraq ölüm haqqında şəhadətnamə verilməsindan imtina edilmişdir. Sabirabad regional "Asan xidmət" mərkəzi Qeydiyyat şöbəsi məhkəməyə müraciət etməyi məsləhət görünür. Ölüm faktının müəyyən olunması ilə bağlı məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir. Halbuki iş materiallarına əlavə etdiyi aktdan da görünür ki, oğlu X4 xx.xx.2008-ci il tarixdə vəfat etmiş və bunu təsdiq edəcək şahidləri var. Odur ki, ərizənin təmin olunması barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəyə uyğun məzmunda izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Sabirabad regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə ərizəçinin etiraz etməməsini nəzərə alaraq və MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxs Sabirabad regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, ərizəçi ilə qohumdur. Ərizəçinin mərhum oğlu Məmmədəli uşaq vaxtı xəstəlikdən vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, o, ərizəçi ilə həm qonşu, həmdə sinifyoldaşıdır. Ərizəçinin mərhum oğlu Məmmədəli uşaq vaxtı xəstəlikdən vəfat etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2007-ci ildə Sabirabad rayonu, Bulaqlı kəndində anadan olmuşdur. Belə ki iş materiallarında olan xx.xx.2025-ci il tarixli 3-16-05/7-47-860/2025 saylı rəydən görünür ki, əsas olmadığı üçün xx.xx.2007-ci ildə Sabirabad rayonu, Bulaqlı kəndində anadan olaraq orada yaşamış və xx.xx.2008-ci il tarixdə vəfat etmiş X1 ölümünün dövlət qeydiyyatına alınaraq ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. MPM-nın 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara əsaslanaraq hesab edir ki, xx.xx.2007-ci ildə Sabirabad rayonu, Bulaqlı kəndində anadan olmuş X1 xx.xx.2008-ci il tarixdə vəfat etməsini təsdiq etmək üçün kifayət qədər sübutlar vardır və həmin fakt müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və MPM-nin 216-220 və 305-311-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2007-ci ildə Sabirabad rayonu, Bulaqlı kəndində anadan olmuş X1 xx.xx.2008-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar