Məhkəmə qərarları › İş №2(056)-3502/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-3502/2025

19.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-3502/2025 19.02.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ X12 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Sabirabad regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi maraqlı şəxs kimi qeyd edildiyi) “şəxsin vəfat etməsi faktının müəyyən olunması” barədə ərizəsinə dair mülki işə xx.xx.2026-cı il tarixdə Sabirabad şəhərində, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxsin vəfat etməsi faktının müəyyən olunması” barədə Sabirabad regional “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsinin maraqlı şəxs kimi qeyd edildiyi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1995-ci ildə Sabirabad rayonu, Yolçubəyli kəndində anadan olmuş X7 xx.xx.1995-ci ildə Sabirabad rayonu, Yolçubəyli kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1993-cü ildə Sabirabad rayonu Yolçubəyli kəndində anadan olmuşdur. X5 isə xx.xx.1995-ci ildə Sabirabad rayonu Yolçubayli kəndində anadan olub. X6 ilə anası Sadıqova (Bağırova) Südabə Gülağa qızı xx.xx.1995-ci ildə evlənmişlər və nikahları Sabirabad RİHB-nın Yolçubəyli KİN-yi tərəfindən rəsmiləşdirilib. 1998-ci ildə torpaq islahatları aparılan zaman ata və anasının övladları kimi onunla bərabər X5nın adı dövlət aktında qeyd edilib. Halbu ki, bacısı xx.xx.1995-ci il təvəllüdlü X10 xx.xx.1995-ci ildə altı aylığında vəfat etmişdir. Lakin ölüni haqqında şəhadətnamə olmadığı üçün sağ olmuş kimi onun adı torpaq aktına salınıb. Hazırda müəyyən torpaq sənədləşməsi işləri aparıldığından uşaqların ölüm haqqında şəhadətnaməsi lazım olması səbəbindən şəhadətnamələrin əldə edilməsi üçün Sabirabad RİHB-nın Yolçubəyli KİN-nə və Sabirabad regional "ASAN xidmət" mərkəzi Qeydiyyat şöbəsinə müraciət etmişdir. Qeydiyyat şöbəsində araşdırılma aparıldıqdan sonra xx.xx.1995-ci il təvəllüdlü X7 ölümünə dair sənəd aşkar edilmədi. Təqdim etdiyi sənədlər əsasında isə ölüm haqqında şəhadətnamənin yazılmasından imtina edilərək ona rəy verildi və ölüm faktının müəyyən edilməsi ilə bağlı yaşayış yeri üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edildi. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəyə uyğun məzmunda izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Sabirabad regional “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə ərizəçinin etiraz etməməsini nəzərə alaraq və MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxs Sabirabad regional “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, ərizəçi onun bacısı oğludur. Mərhum Ramidə isə onun bacısı qızı olmuşdur. Məhkəmə ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki iş materiallarında olan Sabirabad rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/7-47-841/2025 saylı rəydən görünür ki, əsas olmadığı üçün xx.xx.1995-ci ildə Sabirabad rayonu, Yolçubəyli kəndində anadan olaraq orada yaşamış və xx.xx.1995-ci ildə vəfat edərək Sabirabad rayonu Yolçubəyli kənd qəbiristanlığında dəfn edilmiş X7 ölümünün dövlət qeydiyyatına alınaraq ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materiallarında olan arayışdan görünür ki, X10 xx.xx.1995-ci il tarixdə Sabirabad rayonu Yolçubəyli kəndində anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Sabirabad RİHB-nın Yolçubəyli KİƏD-si üzrə nümayəndəsi N.Ə.Qasımov, Yolçubəyli kənd sakinləri S.G.Sadıqova, N.Ə.Sadıqov, T.Ə.Sadıqova, S.Ə.Sadıqov tərəfindən tərtib edilmiş və imzalanmış eyni zamanda Sabirabad rayon Yolçubəyli kənd İƏD-si üzrə nümayəndəliyinin möhürü ilə təsdiq edilmiş AKTdan görünür ki, həqiqətən 12 may 1995-ci ildə Sabirabad rayonu, Yolçubəyli kəndində anadan olmuş X3 rayonu, Yolçubəyli kəndində xx.xx.1995-ci il tarixdə vəfat etmişdir. X1 qəbiristanlğında dəfn olunmuşdur. Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. MPM-nın 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara əsaslanaraq hesab edir ki, xx.xx.1995-ci il tarixdə Sabirabad rayonu, Yolçubəyli kəndində anadan olmuş X7 xx.xx.1995-ci il tarixdə vəfat etməsini təsdiq etmək üçün kifayət qədər sübutlar vardır və həmin fakt müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və MPM-nin 216-220 və 305-311-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1995-ci ildə Sabirabad rayonu, Yolçubəyli kəndində anadan olmuş X7 xx.xx.1995-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar