Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-359/2025 24.02.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X6 Allahverdiyevin sədrliyi, X3 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçinın (Maraqlı şəxs kimi qeyd edilməklə) «ölüm faktının müəyyən olunması» barədə ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs kimi qeyd edilməklə) «ölüm faktının müəyyən olunması» barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1988-ci ildə Sabirabad rayonunun Güdəcühür kəndində anadan olmuş X2 xx.xx.2008-ci il tarixdə Şirvan şəhərində ölümünün qeyd edilmə faktı kimi müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, oğlu X7 xx.xx.1988-ci ildə Sabirabad rayonunun Güdəcühür kəndində anadan olmuş, xx.xx.2008-ci ildə baş vermiş cinayət hadisəsi nəticəsində vəfat etmiş və Güdəcühür kənd qəbirstanlığında dəfn edilmişdir. Oğlunun ölümünə səbəb olmuş təqsirləndirilən şəxs X9 ACDİÜ Azərbaycan Respublikası Məhkəməsinin hökmü ilə 13 il müddətinə azadlıqdan məhrum edilmişdir. Oğlunun adına Qeydiyyat şöbəsindən ölüm haqqında şəhadətnamə alınmamışdır. O, ölüm haqqında şəhadətnamə almaq üçün Qeydiyyat Şöbəsinə müraciət etsə də, ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Faktın təsdiqi ölüm haqqında şəhadətnamə alındıqdan sonra torpaqla bağlı müvafiq sənədləşmə işlərinin həyata keçirilə bilməsi üçün zəruridir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını, qəbul ediləcək qərarı məhkəmə mülahizəsinə buraxmalarını bildirmişdir. Məhkəmə ərizəçinin etiraz etməməsini nəzərə alaraq işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı X8 şahid qismində ifadə verərək bildirdi ki, ərizəçi onun həmkəndlisidir. Ərizəçinin oğlu 2008-ci ildə kənddə bıçaqlanmış, Şirvan şəhərinə xəstəxanaya aparılanda ölmüşdür. Bu hadisəni kənd sakini kimi eşitdikdən sonra dəfn məclisində və yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında iştirak edən digər şahid qismində dindirilmiş X1 bildirdi ki, ərizəçi onun arvadının əmisi nəvəsidir. Səxavətin oğlu Sadiq 2008-ci ildə bıçaqlanma nəticəsində xəstəxanaya aparılanda ölmüşdür. O da hadisəni eşidib getmiş, kənd qəbirstanlığında dəfndə, həmçinin yas mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xİİ-JQ No 472790 seriyalı doğum haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.1988-ci ildə Sabirabad rayonunun Güdəcühür kəndində anadan olmuşdur. Onun atası Ərizəçi, anası X4r. İş materiallarında olan ACDİÜ Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmündən görünür ki, X7 xx.xx.2008-ci ildə qarın nahiyyəsindən aldığı bir ədəd bıçaq zərbəsindən Şirvan şəhər Mərkəzi xəstəxanasında ölmüşdür. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16- 05/17-xx-xx/2024 saylı məktubdan görünür ki, xx.xx.2008-ci ildə ölmüş X2 ölümünün dövlət qeydiyyatına alınaraq ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materialına həmçinin Güdəcühür KİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayış, xx.xx.2024-cü il tarixli akthəmçinin mərhumun məzarının fotoşəkilləri əlavə edilmiş, məhkəmə həmin sənədləri də tədqiq etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci mаddəsinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara əsasən hesab edir ki, xx.xx.1988-ci il təvəllüdlü X2 xx.xx.2008-ci il tarixdə Şirvan şəhərində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər sübut vardır. Ona görə də ərizə əsaslı hesab edilərək təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1988-ci il tarixdə Sabirabad rayonunun Güdəcühür kəndində doğulmuş X2 xx.xx.2008-ci il tarixdə Şirvan şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə X7 barədə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-359/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-359/2025
24.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver