Məhkəmə qərarları › İş №2(056)-364/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-364/2025

04.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-364/2025 04.02.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X6 İbrahim oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ölüm faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək həyat yoldaşı, xx.xx.1951-ci il təvəllüdlü Həsənova ( Rzayeva) Razilə Firudin qızının 06 noyabr 1999-cu il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, həyat yoldaşı xx.xx.1951-ci il tarixdə Sabirabad rayonu Bulduq kəndində anadan olmuşdur. O, 06 noyabr 1999-cu il tarixdə yaşadığı evdə vəfat etmiş, Sabirabad rayonu Bulduq kənd qəbirstanlığında yaxınlarının iştirakı ilə dəfn olunmuşdur. Yaşadığı evdə vəfat etdiyi üçün onun ölümü haqqında məlumat Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin informasiya sisteminə yerləşdirilməmiş və müvafiq qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamə verilməmişdir. Məhkəmədə vermiş olduğu izahatında mərhumun həyat yoldaşı Ərizəçi əlavə olaraq qeyd etmişdir ki, Razilə Həsənovanın ( Rzayevanın) xx.xx.1999-cu il tarixdə yaşadığı evdə vəfat etməsi və Sabirabad rayonu Bulduq kənd qəbirstanlığında yaxınlarının iştirakı ilə dəfn edilməsi tərtib olunmuş aktla və ona aid məzar daşının foto şəkilləri ilə bir daha öz təsdiqini tapır. O, ağır şəkər xəstəsi idi. Hazırda onun ölümünü təsdiq edən tibbi sənəd olmadığından Maraqlı şəxs tərəfindən ölüm haqqında şəhadətnamə verilməmiş, lakin ona izah edilmişdir ki, ölüm haqqında şəhadətnaməni almaq üçün yaşadığı yer üzrə rayon məhkəməsinə müraciət etmək hüququ vardır. Ona görə də göstərdiklərini nəzərə alaraq həyat yoldaşının ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsaslanaraq maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində ifadə vermiş X2, Ərizəçi onun dayısı qızının həyat yoldaşı olmasını, X3 isə onun doğma dayısı qızı olduğunu qeyd etmişdir. Bulduq kəndində yaşadığını, dayısı qızı Razilənin 06 noyabr 1999-cu ildə yaşadığı evdə vəfat etdiyini, yas mərasimində onun da qohum kimi iştirak etdiyini və mərhumun Bulduq kənd qəbirstanlığında dəfn edildiyini bildirmişdir. Məhkəmə baxışı iclasında şahid qismində ifadə vermiş X1, Ərizəçi onun həm həmkəndlisi, həm də uzaq qohumu olduğunu bildirmişdir. X3 xəstə olduğunu və həqiqətən də xx.xx.1999-cu ildə yaşadığı evdə vəfat etdiyini, yas mərasimində onun da iştirak etdiyini və mərhumun Bulduq kənd qəbirstanlığında dəfn edildiyini bildirmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 30 iyul 2024-cü il tarixli, 3-16-05/17-xx-xx/2024 saylı rəydən görünür ki, əsas olmadığı üçün xx.xx.1951-ci ildə anadan olmuş, Sabirabad rayonu, Bulduq kəndində yaşamış və 06 noyabr 1999-cu ildə vəfat etmiş Həsənova (Rzayeva) Razilə Firudin qızının ölümünün dövlət qeydiyyatına alınaraq ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İşdə olan xx.xx.1977-ci il tarixli АЗ-034748 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə Həsənova ( Rzayeva) Razilə Firudin qızı rəsmi nikahda olmuşlar. İşdə olan xx.xx.1977-ci il tarixli İV-ЖГ 743090 nömrəli keçmiş SSRİ-nin vətəndaş pasortunun surətindən görünür ki, Həsənova (Rzayeva) Razilə Firudin qızı 18 noyabr 1951-ci il tarixdə Sabirabad rayonunda anadan olmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş Sabirabad rayon İHB-nın Bulduq kənd İƏD üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş 30 iyul 2024-cü il tarixli aktdan görünür ki, Həsənova (Rzayeva) Razilə Firudin qızı 06 noyabr 1999-cu ildə Sabirabad rayonu Bulduq kəndində ölmüş və həmin kəndin kənd qəbirstanlığında dəfn olunmuşdur. Aktın doğruluğu imzalarla təsdiq olunmuşdur. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işə əlavə edilmiş sənədləri araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından və şahidlərin ifadələrindən göründüyü kimi ərizəçinin arvadı, 18 noyabr 1951-ci il təvəllüdlü Həsənova (Rzayeva) Razilə Firudin qızı 06 noyabr 1999-cu il tarixdə Sabirabad rayonu Bulduq kəndində yaşadığı evdə ölmüş, lakin mərhuma ölüm haqqında şəhadətnamə alınmamışdır. Ona görə də, ərizəçi ölüm faktının müəyyən edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi ərizəsi əsaslı olduğundan təmin edilməklə onun arvadı Həsənova (Rzayeva) Razilə Firudin qızının 06 noyabr 1999-cu ildə Sabirabad rayonu Bulduq kəndində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: Ərizə təmin edilsin. Həsənova (Rzayeva) Razilə Firudin qızının 06 noyabr 1999-cu il tarixdə Sabirabad rayonu Bulduq kəndində ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə Həsənova (Rzayeva) Razilə Firudin qızı barəsində ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən təqdim edildiyi (alındığı) gündən bir ay müddətinə Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar