Məhkəmə qərarları › İş №2(056)-452/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-452/2025

11.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-452/2025 11.03.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X14 Allahverdiyevin sədrliyi, X7 oğlunun katibliyi, Ərizəçi X1 iştirakı ilə, Ərizəçi X1 (Maraqlı şəxs kimi qeyd edilməklə) «ölüm faktının müəyyən olunması» barədə ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X8 (Maraqlı şəxs kimi qeyd edilməklə) «ölüm faktının müəyyən olunması» barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1990-cı ildə Sabirabad rayonunun Surra kəndində anadan olmuş X2 xx.xx.1991-ci il tarixdə Sabirabad rayonunun Surra kəndində ölümünün qeyd edilmə faktı kimi müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X8 ərizəni onunla əsaslandırmışdır ki, oğlu X9 xx.xx.1990-cı ildə Sabirabad rayonunun Surra kəndində anadan olmuş, xx.xx.1991-ci ildə xəstəlik nəticəsində vəfat etmişdir. X21 rayonunun Surra kənd qəbirstanlığında atasının yanında dəfn edilmişdir. Qeyd edilənlər Sabirabad RİHB-nin Surra KİN tərəfindən təsdiq olunmuş xx.xx.2024-cü il tarixli aktla da təsdiq olunur. Oğlunun adına ölüm haqqında şəhadətnamə alınmamışdır. Maraqlı şəxs tərəfindən ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçi X8 ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, onun mərhum ərindən miras olaraq avtomobil qalmışdır. Hazırda həmin avtomobilin onun adına sənədləşdirilməsini həyata keçirmək istəyir. Lakin oğlu Mirvəli rəsmiyyətdə sağ kimi göründüyü üçün onun razılığı tələb olunur. O, övladının vəfat etdiyini dedikdə ona məhkəməyə müraciət edilməsi bildirilmişdir. Hazırda o, ərizəsinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını, qəbul ediləcək qərarı məhkəmə mülahizəsinə buraxmalarını bildirmişdir. Məhkəmə ərizəçinin etiraz etməməsini nəzərə alaraq işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı X4 şahid qismində ifadə verərək bildirdi ki, ərizəçi onun qardaşı arvadıdır. Yəni mərhum Mirvəli onun qrdaşı oğlu olmuşdur. O, Mirvəli vəfat edən zaman həqiqi hərbi xidmətdə olmuş, evdən ona məktub yazılaraq qardaşı oğlunun vəfat etdiyi bildirilmişdir. Mirvəli ciyərlərində problemli doğulmuş, deyilənə görə soyuqdəymədən vəfat etmişdir. Həqiqi xidmətdən qayıtdıqdan sonra məzarını ziyarət etmişdir. Mirvəli Surra kənd qəbirstalığında dəfn edilmişdir. Körpə vaxtı vəfat etdiyi üçün Mirvəliyə baş daşı qoyulmamışdır. Məhkəmə iclasında iştirak edən digər şahid qismində dindirilmiş X10 bildirdi ki, ərizəçi onun qonşusudur. Şərqiyyənin oğlu Mirvəli 8-9 aylıq olarkən Novruz bayramı müddətində vəfat etmişdir. Ölüm səbəbini bilmir. Lakin uşaq doğulandan öskürürdü. Vəfat edəndən sonra isə Surra kənd qəbirstanlığında dəfn edilmişdir. Hətta yadındadır ki, mərhumu onun anası yumuşdur. Məhkəmə iclası zamanı digər şahid qismində dindirilmiş X18 bildirdi ki, ərizəçi onun həm qonşusu, həm də dayısı gəlinidir. Onun oğlu Mirvəli 1990-cı ildə anadan olmuş, 8-9 aylığında soyuqdəymədən ölmüşdür. Mirvəli Surra kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan İİ-JQ No 460993 seriyalı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1984-cü ildə X11 ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuş, arvada Kərimova soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X12 xx.xx.1990-cı ildə Sabirabad rayonunun Nizami kəndində anadan olmuşdur. Onun atası X15, anası X6r. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X9 xx.xx.1990-cı ildə Sabirabad rayonunun Surra kəndində anadan olmuşdur. Onun atası X3, anası X6r. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16- 05/17-xx-xx/2024 saylı məktubdan görünür ki, xx.xx.1991-ci ildə ölmüş X2 ölümünün dövlət qeydiyyatına alınaraq ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materialına həmçinin akt və məzarın fotoşəkilləri əlavə edilmiş, məhkəmə həmin sənədləri də tədqiq etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci mаddəsinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara əsasən hesab edir ki, xx.xx.1990-cı il təvəllüdlü X2 xx.xx.1991-ci il tarixdə Sabirabad rayonunun Surra kəndində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər sübut vardır. Ona görə də ərizə əsaslı hesab edilərək təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 305- 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1990-cı il tarixdə Sabirabad rayonunun Surra kəndində doğulmuş X2 xx.xx.1991-ci il tarixdə Sabirabad rayonunun Surra kəndində vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə X9 barədə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar