Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-474/2024 04.03.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X7 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs kimi qeyd edilməklə) «ölüm faktının müəyyən olunması» barədə ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs kimi qeyd edilməklə) «ölüm faktının müəyyən olunması» barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1981-ci ildə Sabirabad rayonunun Qaragüney kəndində anadan olmuş X1 xx.xx.2000-ci il tarixdə Sabirabad rayonu Qaragüney kəndində ölümünün qeyd edilmə faktı kimi müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, X5 onun oğludur. Oğlu İsmayıl xx.xx.1981-ci ildə Sabirabad rayonunun Qaragüney kəndində anadan olmuş, 18 yaşı tamam olduqdan sonra əsgərliyə getmiş, əsgərlikdən ciyərlərinə su yığılmış (pnevmaniya), buna görə yaşadığı evə müalicə üçün gəlmişdir. Lakin İsmayıl xx.xx.2000-ci il tarixdə Sabirabad rayonu Qaragüney kəndində ölmüşdür. Həmin zamanlarda ona oğlunun ölümü haqqında şəhadətnamə alması, bundan sona ona ölüm pulu veriləcəyi bildirilmiş, o, cavan oğlunu itirdiyini, bu pula ehtiyacı olmadığını düşünüb oğlunun sənədləşmə işlərini həyata keçirməmişdir. X13 Sabirabad rayonu Qaragüney kənd qəbristanlığında dəfn olunmuşdur. O, ölüm haqqında şəhadətnamə almaq üçün Qeydiyyat Şöbəsinə müraciət etsə də, ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Faktın təsdiqi ölüm haqqında şəhadətnamə alındıqdan sonra torpaqla bağlı müvafiq sənədləşmə işlərinin digər övladları tərəfindən həyata keçirilə bilməsi üçün zəruridir. Belə ki, torpaq aktında oğlunun adı qalmaqdadır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş Maraqlı şəxs məhkəmə iclasında öz nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin etiraz etməməsini nəzərə alaraq işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı X8 şahid qismində ifadə verərək bildirdi ki, ərizəçi onun qonşusudur. Eldarın oğlu İsmayıl 2000-ci ildə pnevmaniya xəstəliyi nəticəsində vəfat etmişdir. O da bir qonşu kimi dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında iştirak edən digər şahid qismində dindirilmiş X6 və X9 ərizəçi ilə həmkəndli və qonşu olduğunu bildirərək, digər şahid X2 ifadəsinə uyğun ifadə verdilər. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sabirabad rayon Qaragüney kənd XDS icraiyyə komitəsi tərəfindən verilmiş xx.xx.1981-ci il tarixli, Vİİ-JQ 330359 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1981-ci ildə Sabirabad rayonunun Qaragüney kəndində anadan olmuşdur. Onun atası Ərizəçi, anası X4r. İş materiallarına əlavə edilmiş 3 saylı Bakı “Asan Xidmət” X3 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 05/Q-5141/15 saylı məktubdan görünür ki, xx.xx.2000-ci ildə ölmüş X1 ölümünün dövlət qeydiyyatına alınaraq ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, xx.xx.1981-ci ildə anadan olmuş X5 xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. İş materiallarına həmçinin X1 əsgərlik fotoşəklinin və məzar daşının fotoşəklinin surəti əlavə edilmiş, məhkəmə həmin sənədləri də tədqiq etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci mаddəsinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara əsasən hesab edir ki, xx.xx.1981-ci il təvəllüdlü X1 xx.xx.2000-ci il tarixdə Sabirabad rayonu Qaragüney kəndində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər sübut vardır. Ona görə də ərizə əsaslı hesab edilərək təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1981-ci il tarixdə Sabirabad rayonu Qaragüney kəndində doğulmuş X1 xx.xx.2000-ci il tarixdə Sabirabad rayonu Qaragüney kəndində vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə X5 barədə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-474/2024
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-474/2024
04.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver