Məhkəmə qərarları › İş №2(056)-5/2023

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-5/2023

06.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-5/2023 06.07.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X4 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi ilə, İddiaçı QSC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin - cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «kredit müqaviləsi üzrə borcun ipoteka predmetinə yönəldilməsi» tələbi barədə iddiası üzrə mülki işə xx.xx.2023-cü il tarixdə Sabirabad şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC - cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «kredit müqaviləsi üzrə borcun ipoteka predmetinə yönəldilməsi» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(006)-115/2017 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması qət edilmiş ümumilikdə cəmi 63278,23 (altmış üç min iki yüz yetmiş səkkiz manat iyirmi üç qəpik) AZN məbləğində borcun və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat vəsaitin, eyni zamanda hazırki iddia ilə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.0414 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 276.9 metr kvadrat ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına İddiaçı QSC-yə olan borcun ödənilməsi, ünvan 2 ünvanında yerləşən 0.0414 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 276.9 metr kvadrat ümumi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 may 2017-ci il tarixli 2(006)-115/2017 saylı qətnaməsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada 63278.23 manat borcun tutularaq iddiaçı AccessBank QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 may 2017-ci il tarixli 2(006)-115/2017 saylı qətnaməsi qanuni qüvvəsini almışdır. Məlumat üçün bildirilir ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 22A000025878 saylı kredit müqaviləsi əsasında 84 ay müddətinə, aylıq faiz dərəcəsi 1.3333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 62500 (altmış iki min beş yüz) manat məbləğində kredit götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 AccessBank QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 00016 saylı alqı satqı və ipoteka müqaviləsi əsasında ünvan 3 ünvanında yerləşən 0.0414 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 276.9 m² ümumi sahədən ibarət fərdi yaşayış evini "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 12 nömrəli reyestr kitabının 83 nömrəli vərəqində qeydiyyata alınmış və RX ******* nömrəli çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən 0.0414 ha torpaq sahəsini və və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 276.9 m² ümumi sahədən ibarət fərdi yaşayış evinin Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh1 İpoteka haqqında Qanunun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2021-ci il tarixdə bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsinə təqdim olunmuş və xx.xx.2021-ci il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Göstərilənlərə əsasən, iddianın tam təmin olunması barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş İddiaçı QSC-nin nümayəndəsi X3 iddia tələblərini müdafiə edərək iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı təşkilatın nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. İş materiallarında olan Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 22A000025878 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 xeyrinə 84 (səksən dörd) ay müddətinə 62500 (altmış iki min beş yüz) manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan İddiaçı QSC (ipoteka saxlayan) ilə Cavabdeh1 (ipoteka qoyan) və X2 (satıcı) arasında bağlanmış xx.xx.2014-cü il tarixli Alqı-satqı və İpoteka Müqaviləsinə əsasən, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 62500 manat kredit verilmiş borc öhdəliklərinin təminatı kimi ünvan 2 ünvanında yerləşən 0.0414 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 276.9 metr kvadrat yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş, xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********10-10301 reyestr nömrəsi olan seriya RX ******* nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanındakı yaşayış sahəsi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 12 nömrəli reyestr kitabının 83 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan ƏMDK yanında DƏDRX-nın Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş seriya RX ******* nömrəli Çıxarışın surətindən görünür ki, Sabirabad şəhəri, E,Qəmbərov küçəsində xüsusi mülkiyyətdə olan 0.0414 ha. torpaq sahəsində yerləşən 2C saylı fərdi yaşayış evi xx.xx.2014-cü il tarixli Kredit Müqaviləsi üzrə öhdəliyin təminatı qismində İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir və bu barədə xx.xx.2015-ci il tarixdə müvafiq qeydiyyat aparılmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 may 2017-ci il tarixli 2(006)-115/2017 saylı qətnaməsinə əsasən Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 22A000025878 saylı Kredit Müqaviləsindən yaranmış ümumilikdə 63278.23 manat borc vəsaitinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada tutularaq iddiaçı AccessBank QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Mövcud halda öhdəliklər İddiaçı QSC (ipoteka saxlayan) ilə Cavabdeh1 (ipoteka qoyan) və X2 (satıcı) arasında bağlanmış xx.xx.2014-cü il tarixli Alqı-satqı və İpoteka Müqaviləsindən yaranmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında yuxarıda istinad olunan xx.xx.2014-cü il tarixli Alqısatqı və İpoteka Müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin əqddən irəli gələn öhdəliklər yaranmışdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehlərə xəbərdarlıq göndərilmiş, lakin nəticəsiz qaldığından iddiaçı məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasında iş materialları ilə müəyyən edildi ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq kredit, zaminlik və ipoteka müqavilələri bağlanılmış, Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən tərəflər arasında həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmış, kreditor tərəfindən öhdəliklər yerinə yetirilməmiş və İddiaçı QSC-nin iddiası nəticəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 may 2017-ci il tarixli 2(006)-115/2017 saylı qətnaməsinə əsasən Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 22A000025878 saylı Kredit Müqaviləsindən yaranmış ümumilikdə 63278.23 manat borc vəsaitinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada tutularaq iddiaçı AccessBank QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli 22A000025878 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 may 2017-ci il tarixli 2(006)-115/2017 saylı qətnaməsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulan ümumilikdə 63278.23 manat borc vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat vəsaitin, eyni zamanda hazırki iddia ilə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tərəflər arasında bağlanmış ış xx.xx.2014-cü il tarixli Alqı-satqı və İpoteka Müqaviləsinə uyğun olaraq Cavabdeh1 mülkiyyət hüquqi ilə məxsus ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən 0.0414 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməli, həmin 0.0414 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi xx.xx.2023-cü il tarixli CPG 01-002 A/23 saylı mütəxəssis rəyi ilə müəyyən olunmuş 175000 (bir yüz yetmiş beş min) AZN məbləğində ilkin satış qiymətilə hərraca çıxarılmalı, satışdan əldə olunacaq pul vəsaiti yuxarıda istinad olunan 63278.23 manat borc vəsaitinin və digər xərclərin ödənilməsinə yönəldilməli, satışdan əldə olunınuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsi Cavabdeh1 verilməlidir. Belə ki, məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin olunaraq, ekspertizanın aparılması "xxxx" MMC-nin mütəxəssislərinə həvalə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli ƏEM/Y-05-005/22 №-li rəyinə əsasən, eskpert tədqiqatının nəticəsində xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla ünvan 4 ünvanında 0,0414 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 276,9 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evinin 24 yanvar 2022ci il tarixinə bazar dəyəri 249000 manat, likvid dəyəri 220000 manat müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 400 manat təşkil edir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadına əsasən iş üzrə təkrar məhkəməəmtəəşünaslıq ekspertizası təyin olunaraq, ekspertizanın aparılması “X9” MMC-nin mütəxəssislərinə həvalə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli CPG 01-002 A/23 №-li rəyinə əsasən, eskpert tədqiqatının nəticəsində xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla eyni zamanda evin mövcud vəziyyəti, yerləşdiyi ərazi, torpaq sahəsi, evin ümumi sahəsi, tikilinin konstruksiyası, aşınması və s. xüsusiyyətlər nəzərə alınmaqla aparılmış hesablamalara və təhlillərə əsasən, Cavabdeh1 məxsus ünvan 4 ünvanında 0,0414 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 276,9 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evinin 06 aprel 2023-cü il tarixinə bazar dəyəri 190000 manat, likvid dəyəri ******* manat müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 250 manat təşkil edir. İş materiallarından görünür ki, ipoteka qoyan Cavabdeh1 ipoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsinə dair İddiaçı QSC tərəfindən bildiriş göndərilmiş, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş ƏMDK yanında DƏDRX-nın Ərazi İdarəsi tərəfindən qeydə alınmışdır. «İpoteka haqqında» Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda digər hallarla yanaşı həmçinin ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Belə ki, Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələblərinin ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra həmin torpaq sahəsinə və evinə Cavabdeh1 istifadə hüququnun itirilməsi, onun həmin evdən çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi hissəsi də əsaslı olduğu üçün təmin olunmalıdır. Belə ki, «İpoteka haqqında» qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1 - yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2 - ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Göründüyü kimi qanunun istinad olunan maddəsinin hərfi mənasından belə nəticəyə gəlmək olur ki, ipoteka predmeti olan əmlaka tutma yönəldildikdə və o satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılmalıdır. Digər tərəfdən məhkəmə qeyd edir ki, cavabdeh ona məxsus yaşayış sahəsini ipotekaya qoyarkən, borc tələbinin ipotekaya qoyulmuş əmlaka yönəldiyi halda, mənzili tərk edəcəyinə dair öhdəlik götürmüşdür. Ona görə də, ipoteka predmeti olan ünvan 2 ünvanında 0.0414 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra evdən çıxarılaraq, boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi vəzifəsi Cavabdeh1 üzərinə qoyulmalıdır. Mülki Prossesual Məcəlləsinin 107-ci maddəsində əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0 və 115.0.1-ci maddələrinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, 400 manat "xxxx" MMC tərəfindən aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyərindən və 250 manat “X9” MMC tərəfindən aparılmış təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının tədqiqatının dəyərindən ibarətdir. Məhkəmə MPM-nın 119.1-ci maddəsinə əsaslanaraq hesab edir ki, iddia tələbləri təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixlı 2(006)-115/2017 saylı qətnaməsi üzrə tutulması qət edilmiş pul vəsaiti xx.xx.2014-cü il tarixli 00016 saylı alqı-satqı və İpoteka (Girov) Müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyət hüququ ilə məxsus Sabirabad şəhəri, E.Qənbərov küçəsi, 0.0414 ha. torpaq sahəsinə və üzərində yerləşən 2C nömrəli fərdi yaşayış evinə yönəldilsin, həmin fərdi yaşayış evi (torpaq sahəsi ilə birlikdə) 175000 (bir yüz yetmiş beş min) AZN məbləğində ilkin satış qiymətilə açıq hərraca çıxarılaraq satılsın, satışdan əldə edilən pul vəsaiti yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi məbləğində İddiaçı QSC-yə ödənilsin, satışdan əldə olunınuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsi Cavabdeh1 verilsin. İpoteka predmeti - ünvan 5 ünvanında 0.0414 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi açıq hərracda satıldıqdan 1 ay sonra, Cavabdeh1 evi boşaldaraq evdən çıxarılsın və ev hərracın nəticələri üzrə alıcıya təhvil verilsin. "xxxx" MMC tərəfindən aparılmış xx.xx.2022-ci il tarixli ƏEM/Y-05-005/22 saylı əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 400 (dörd yüz) manat vəsait Cavabdeh1 tutulub "xxxx" MMC-nin hesabına (VÖEN: **********; h/h AZ68İBAZ********************; BANK: “ABB” Nəqliyyat filialı, VÖEN:**********; Müxbir hesab: AZ03NABZ********************; KOD: 805711; SWİFT: İBAZAZ2X) köçürülsün. «X7» MMC tərəfindən aparılmış xx.xx.2022-ci il tarixli CPG 01-002 A/23 saylı əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 250 (iki yüz əlli) manat vəsait Cavabdeh1 tutulub «X7» MMC-nin hesabına (VÖEN: **********; h/h AZ37NABZ********************; BANK: "xxxx" ASC Nərimanov rayon filialı, VÖEN:**********1; Müxbir hesab: AZ37NABZ********************; KOD: 200093; SWİFT: AHBAZ2X) köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətinə Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nurəddin Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar