Məhkəmə qərarları › İş №2(056)-520/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-520/2025

22.01.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-520/2025 22.01.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mətin Azər oğlunun katibliyi ilə, İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, MŞS/MT-023/2023-01197 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdeh Maraqlı şəxs ilə aralarında mediatorun iştirakı ilə xx.xx.2023-cü il tarixli, MŞS/MT-023/2023-01197 nömrəli barışıq sazişi bağlamışdır. Barışıq sazişinə əsasən, iki azyaşlı xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X2 onun himayəsində qalması və uşaqların saxlanması üçün hər ay hər uşağa görə 150 manat, ümumilikdə hər ay 300 manat alimentin və birgə nikah dövründə əldə edilmiş əmlakda (fərdi yaşayış evində) cavabdehin razılığı ilə onun və uşaqlarının yaşayacağına və cavabdehin istənilən vaxt uşaqlarla ünsiyyət hüququ təmin ediləcəyinə dair razılaşma əldə edib üzərlərinə öhdəlik götürmüşlər. Cavabdeh barışıq sazişi ilə üzərinə götürdüyü öhdəliyə əməl etməyərək öhdəlikdən yayınır. Ona görə də o, məhkəmə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Ərizəçi və Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-ə əsasən mülki işə ərizəçinin və maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəni və barışıq sazişini nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X6 adlı uşaqları doğulmuşdur. İş materiallarında olan Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞS/MT-023/2023-01197 nömrəli Barışıq sazişindən görünür ki, tərəflər birgə nikahlarından anadan olmuş xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X2 hər iki tərəfin qarşılıqlı razılığı ilə anaları Ərizəçi himayəsində qalmaları, Maraqlı şəxs iki azyaşlı övladının saxlanması üçün X3 hər ay bir uşağa 150 manat olmaqla, ümumilikdə 300 manat aliment ödəməsi, tərəflərin birgə nikah dövründə əldə etdikləri fərdi yaşayış evini Maraqlı şəxs X1 şəkildə verəcəyi, Maraqlı şəxs istənilən vaxt iki azyaşlı uşağı ilə görüşüb ünsiyyət qura biləcəyi barədə razılaşma əldə edib üzərlərinə öhdəlik götürmüşlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən, məhkəmə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş üçüncü şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞS/MT- 023/2023-01109 nömrəli barışıq sazişi məcburi icrası üçün təsdiq olunmalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 216-220, 355-23-355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X5 ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞS/MT-023/2023-01197 nömrəli Barışıq sazişi məcburi icrası üçün təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar