Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-540/2025 24.02.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X7 Allahverdiyevin sədrliyi, X5 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs kimi qeyd edilməklə) «ölüm faktının müəyyən olunması» barədə ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs kimi qeyd edilməklə) «ölüm faktının müəyyən olunması» barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1988-ci ildə Sabirabad rayonunun Kovlar kəndində anadan olmuş X3 xx.xx.2003-cü il tarixdə Sabirabad rayonunun Kovlar kəndində ölümünün qeyd edilmə faktı kimi müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, 1987-ci ildə X4 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, faktiki nikahlarından xx.xx.1988-ci ildə X8 anadan olmuşdur. Həmin vaxt aralarında rəsmi nikah olmadığı üçün uşağa atalıq verdirmişdir. Lakin daha sonra xx.xx.2003-cü ildə uşaq ölmüş və Saatlı rayonunun Fətəlikənd kənd qəbirstanlığında dəfn edilmişdir. 21 ildən sonra miras əmlakla bağlı müvafiq sənədləri toplayarkən məlum oldu ki, qızı X3 ölüm faktı qeydə alınmamışdır. Qeydiyyat şöbəsinə müraciət etsə də, ölümün qeydə alınmasından imtina edilmiş və müvafiq faktın təsdiqi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Ona görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək və əlavə olaraq bildirdi ki, qızı Nərgiz ruhi xəstə idi. 2003-cü ildə onlar pambıqda olarkən məlumat gəldi ki, qızı vəfat etmişdir. Hazırda ölüm faktının müəyyən edilməsi torpaqla bağlı sənədləşmə aparılması üçün lazımdır. Ona görə də o, ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını, qəbul ediləcək qərarı məhkəmə mülahizəsinə buraxmalarını bildirmişdir. Məhkəmə ərizəçinin etiraz etməməsini nəzərə alaraq işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı X6 şahid qismində ifadə verərək bildirdi ki, ərizəçi onun qonşusudur. Onun qızı Nərgiz ruhi xəstə olmuş, təxminən 13-14 yaşlarında vəfat etmişdir. O, qonşu olaraq bu xəbəri eşidəndə gəlib hüzürdə köməklik etmişdir. Həmin zamanlarda özünün 22 yaşı olardı. Məhkəmə iclasında iştirak edən digər şahid qismində dindirilmiş X2 bildirdi ki, ərizəçi onun qonşusudur. Ərizəçinin qızı Nərgiz ruhi xəstə idi və 2003-cü ildə 14-15 yaşlarında vəfat etmişdir. O, dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X8 xx.xx.1988-ci ildə Sabirabad rayonunun Kovlar kəndində anadan olmuşdur. Onun atası X4, anası Ərizəçidır. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16- 05/17-xx-xx/2024 saylı məktubdan görünür ki, xx.xx.1990-cı ildə ölmüş X1 və xx.xx.2003-cü ildə ölmüş X3 ölümünün dövlət qeydiyyatına alınaraq ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materialına həmçinin xx.xx.2024-cü il tarixli akt əlavə edilmiş, məhkəmə həmin sənədi də tədqiq etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci mаddəsinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara əsasən hesab edir ki, xx.xx.1988-ci il təvəllüdlü X3 xx.xx.2003-cü il tarixdə Sabirabad rayonunun Kovlar kəndində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər sübut vardır. Ona görə də ərizə əsaslı hesab edilərək təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1988-ci il tarixdə Sabirabad rayonunun Kovlar kəndində doğulmuş X3 xx.xx.2003-cü il tarixdə Sabirabad rayonunun Kovlar kəndində vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə X8 barədə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-540/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-540/2025
24.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver