Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-546/2023 29.03.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X10 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs kimi qeyd edilən) «ölüm faktının müəyyən olunması» barədə ərizəsinə dair mülki işə xx.xx.2023-cü il tarixdə Sabirabad şəhərində, Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs kimi qeyd edilən) «ölüm faktının müəyyən olunması» barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2001-ci il tarixdə Sabirabad rayonu, Qalaqayın kəndində anadan olmuş X4 xx.xx.2015-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, X11 onun oğludur. Oğlu xx.xx.2015-ci ildə yaşadığı evin həyətyanı sahəsində yerləşən tövlədə iplə özünü asaraq intihar etmişdir. Sabirabad rayon prokurorluğunda müvafiq araşdırma aparılmış və xx.xx.2016-cı il tarixli qərarla cinayət işi üzrə icraata xitma verilmişdir. Mərhum Balakənd kənd qəbristanlığında dəfn olunmuşdur. Oğlunun ölümü haqqında qeydiyyat şöbəsində akt qeydi tərtib edilməmiş və müvafiq şəhadətnamə alınmamışdır. Faktın təsdiqi ona mərhum atasına ölüm haqqında şəhadətnamə alması, həmin şəhadətnamə əsasında müvafiq sənədləşmə işlərinin həyata keçirilməsi üçün zəruridir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəyə uyğun məzmunda izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəməyə müraciət edərək məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini, iş üzrə qəbul olunacaq qərarı məhkəmənin mülhaizəsinə buraxdıqlarını və tələbin təmin ediləcəyi təqdirdə üzərinə düşən öhdəliklərin onlar tərəfindən icra olunacağını bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X5 bildirmişdir ki, ərizəçi onun qapı qonşusudur. Aliyənin oğlu Nurlan xx.xx.2015-ci il tarixdə özünü asaraq ölmüşdür. Hadisə yerində olmuş və mərhumun dəfn, həmçinin yas mərasimində iştirak etmişdir. Nurlan Balakənd kənd qəbristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X6 bildirmişdir ki, ərizəçi onun qardaşının arvadıdır. Aliyənin oğlu Nurlan xx.xx.2015-ci il tarixdə özünü asaraq ölmüşdür. Hadisə yerində olmuş və mərhumun dəfn, həmçinin yas mərasimində iştirak etmişdir. Nurlan Balakənd kənd qəbristanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçi və şahidləri dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli rəydən görünür ki, vətəndaş Ərizəçi Maraqlı şəxsnə müraciət edərək oğlu X7 ölümünün qeydə alınmasını xahiş etmişdir. X1 adına ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölümünün qeydə alınmasından imtina edilmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2001-ci ildə Sabirabad rayonu Qalaqayın kəndində anadan olmuşdur. X2, anası X3r. İş materiallarına əlavə edilmiş Sabirabad rayon prokurorunun köməkçisi X8 xx.xx.2016-cı il tarixli cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarından görünür ki, xx.xx.2001-ci il təvəllüdlü X4 xx.xx.2015-ci il tarixdə saat 18 radələrində yaşadığı evin həyətində yerləşən tövlədə özünü asaraq ölməsi ilə əlaqədar CM-nin 125-ci maddəsi ilə istintaq edilən ********* saylı cinayət işi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci mаddəsinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara əsasən hesab edir ki, xx.xx.2001-ci il təvəllüdlü X4 xx.xx.2015-ci il tarixdə Sabirabad rayon Balakənd kəndində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər sübut vardır. Ona görə də ərizə əsaslı hesab edilərək təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nın 216-220 və 305-311-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2001-ci il tarixdə Sabirabad rayonu Qalağayın kəndində doğulmuş X4 xx.xx.2015-ci il tarixdə Sabirabad rayonunun Balakənd kəndində ölməsi faktı təsdiq edilsin. Hazırkı qətnamə X11 barədə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-546/2023
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-546/2023
29.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver