Məhkəmə qərarları › İş №2(056)-553/2023

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-553/2023

16.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-553/2023 16.03.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Füzuli Novruzəli oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs kimi qeyd edilən) «ölüm faktının müəyyən olunması» barədə ərizəsinə dair mülki işə xx.xx.2023-ci il tarixdə Sabirabad şəhərində, Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs kimi qeyd edilən) «ölüm faktının müəyyən olunması» barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1987-ci il tarixdə Özbəkistan Respublikası, Sırdərya vilayəti Mirzəabad rayonunda anadan olmuş X2 xx.xx.2005-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, oğlu X3 xx.xx.1987-ci ildə Özbəkistan Respublikası, Sırdərya vilayəti Mehdiabad rayonunda anadan olmuşdur. Onlar ailələri ilə birlikdə Sabirabad rayonu Əhmədabad kəndində məskunlaşmışlar. İskəndər Sayfulov xx.xx.2005-ci il tarixdə 18 yaşında olan zaman böyrək çatışmazlığı xəstəliyindən vəfat etmiş və mərhumu Əhmədabad kənd qəbristanlığında dəfn etmişlər. Oğlunun ölümü haqqında qeydiyyat şöbəsində akt qeydi tərtib edilməmiş və müvafiq şəhadətnamə alınmamışdır. Faktın təsdiqi ona Dövlət aktı üzrə yaranmış problemlərin həlli üçün zəruridir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəyə uyğun məzmunda izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəməyə müraciət edərək məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini, iş üzrə qəbul olunacaq qərarı məhkəmənin mülhaizəsinə buraxdıqlarını və tələbin təmin ediləcəyi təqdirdə üzərinə düşən öhdəliklərin onlar tərəfindən icra olunacağını bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X5 bildirmişdir ki, ərizəçi onun həmkəndlisi və qonşusudur. X1 xx.xx.2005-ci il tarixdə böyrək çatşmazlığından yaşadığı evdə ölmüşdür. Hadisə yerində olmuş və mərhumun dəfn mərasimində iştirak etmişdir. İsrafil Əhmədabad kənd qəbristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X6 bildirmişdir ki, o, Sabirabad rayon Əhmədabad kənd İƏD-si üzrə nümayəndəsi vəzifəsində işləyir. X1 xx.xx.2005-ci il tarixdə böyrək çatşmazlığından yaşadığı evdə ölmüşdür. İsrafil Əhmədabad kənd qəbristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X7 digər şahid X4 göstərdiyi məzmunda izahat verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə ərizəçi və şahidləri dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli rəydən görünür ki, əsas olmadığı üçün X2 ölümünün qeydə alınmasından imtina edilmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında arayışdan görünür ki, X3 xx.xx.1987-ci il tarixdə Özbəkistan Respublikası, Sırdərya vilayəti, Mirzəbad rayonunda anadan olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nın 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara əsasən hesab edir ki, xx.xx.1987-ci il təvəllüdlü X2 xx.xx.2005-ci il tarixdə Sabirabad rayon Əhmədabad kəndində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər sübut vardır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nın 216-220 və 305-311ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1987-ci il tarixdə Özbəkistan Respublikası, Sırdərya vilayəti, Mirzəbad rayonunda doğulmuş X2 xx.xx.2005-ci il tarixdə vəfat etməsi faktı təsdiq edilsin. Hazırkı qətnamə X3 barədə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Füzuli Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar