Məhkəmə qərarları › İş №2(056)-642/2023

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-642/2023

25.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-642/2023 25.06.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «əmlak» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İDDİA TƏLƏBİNİN MAHİYYƏTİ: İddiaçı Cavabdeh qarşı «əmlak» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1 ədəd sep 15 qram çəkidə 583 əyarlı - 900 manat dəyərində, 2 ədəd qolbaq 585 ayar 1 ədədi 10 qram, 1 ədədi 8 qram çəkidə - cəmi 1080 manat dəyərində, 2 ədəd üzük cəmi 18 qram çəkidə 583 əyarlı - 1080 manat dəyərində, 2 ədəd komplekt (üzük-sırğa) 583 əyarlı cəmi 17 qram çəkidə - 1020 manat dəyərində, 2 ədəd sırğalar və 2 ədəd üzüklər cəmi 30 qram çəkidə 583 əyarlı - 1800 manat dəyərində, mebel dəsti: (yataq mebeli, şifoner 6 qapılı, taxt, 2 tumba, termo, yumuşaq mebel: divan və 2 ədəd kreslo, qonaq otaq mebeli,servant 6 qapılı, 8 nəfərlik stol, 6 stul, televizor altı (şüşə), jurnalnı, paltarasılan) - 6800 manat dəyərində, soyuducu 2 qapılı - 360 manat dəyərində, “Samsung” markalı televizor - 200 manat dəyərində, “Evroluks” paltaryuyan maşın - 550 manat dəyərində, ütü və ütü altı - 30+45= 75 manat dəyərində, “Evroluks” elektirik ətçəkən maşın - 140 manat dəyərində, ətçəkən maşın (əl ilə) - 16 manat dəyərində, blender (elektrik) - 30 manat dəyərində, “Evroluks” iri Mikser (qabli) - 35 m+ 25 m= 60 manat dəyərində, “TEFAL” çaydan (dəst pletkalı böyük pletka 2 vallı Meçta) - 40 manat dəyərində, ev qızıdıran peç - 35 manat dəyərində, duxovka - 45 manat dəyərində, “Madonna” obedni serviz - 180 manat dəyərində, 2 dəst (12+12) çaynı serviz - 110 manat dəyərində, 2 ədəd böyük qəfədan (1- balaca) - 18+18= 36 manat dəyərində, qara “Madonna” serviz - 150 manat dəyərində, 3 mərtəbəli meyvə qabı, konfet qabisi, qənd qabısı, boşqabları ilə - 38 manat dəyərində, böyük xürüstal dəsti (hər şeyi içində) - 70 manat dəyərində, Rusiya istehsalı olan xürüstal Qrafin dəsti - 25 manat dəyərində, Bagema meyvə qabıları, konfetqabıları - 80 manat dəyərində, Baqema Dolça (6 ədəd balası) - 50 manat dəyərində, 4 ədəd iri çaynik (2-si balaca) - 20 manat dəyərində, məişət əşyaları (qaşıqlar,vilkalar,boşqablar - 48 ədəd, stəkan və nəlbəkilər - 48 ədəd, qənd qabılar - 24 ədəd)-136,80 manat dəyərində, 3 dəst qazan - 45 manat dəyərində, “TEFAL” qazan dəsti çaydanla dəst 25 manat dəyərində, Samovar, Qazan dəsti 7 İt. - 120 manat dəyərində, Çuğun qazan dəsti 5 İt. - 45 manat dəyərində, Aliminium qazanlar böyükbalaca - 30 manat dəyərində, “TEFAL” Tava - 20 manat dəyərində, Aliminium tava böyükbalaca - 20 manat dəyərində, 2 ədəd böyük xalça: 6x5 m ölçüde brilliant markalı. – 300 manat dəyərində, 5x4 m ölçüdə yun xalça - 250 manat dəyərində, Taxt üstlüyü, gecə lampası - 40 m + 15 m = 55 manat dəyərində, 2 ədəd böyük odeyal-qalın - 70 manat dəyərində, 2 ədəd balaca odeyal-qalın - 50 manat dəyərində, 3 ədəd qalın selikon yorğan - 35 manat manat dəyərində, Kapsella pərdə (alt-üst- qapı-pəncərə üçün) - 220 manat dəyərində, Taxt döşəyi - 20 kiloqram - 90 manat dəyərində, 2 ədəd tək döşək her biri 10 kiloqramlıq - 120 manat dəyərində, 4 ədəd yun yorğan (1 ədəd -5 kq, 3 ədədi - 4 kq) - 200 manat dəyərində, 9 ədəd yastıq - 180 manat dəyərində, 10 ədəd döşəkçə - 100 manat dəyərində, Sandıq - 90 manat dəyərində, Xrüstal Lüstür - 150 manat dəyərində, 6 dəst çexol-prostini 2 nəfərlik - 180 manat dəyərində, 2 dəst tək çexol-prostini dəsti 40 manat dəyərində, qeyd olunan əmlaklar və ya özü olmazsa onların ümumilikdə 17561 manat dəyərinin, ödənilmiş dövlət rüsumu əvəzində 143 manat pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdehlə 2010-cu ilin oktyabr ayında el adəti ilə toy edərək faktiki nikaha, xx.xx.2012-ci il tarixdə isə rəsmi nikah münasibətlərinə daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2011-ci il tarixdə X8 və xx.xx.2013-cü il tarixdə isə X11 adlı uşaqları doğulmuşdur. Sabirabad rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(056)-1782/2022 saylı qətnaməsinə əsasən onlar arasında olan rəsmi nikahın pozulması, azyaşlı uşaqlarının onun yanında qalmalarının müəyyən edilməsi və uşaqların saxlanılması üçün hər ay cavabdehdən hər uşaq üçün 125 manat olmaqla, cəmi 250 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi qət edilmişdir. Aralarında olan nikah münasibətləri pozulduqdan sonra o, uşaqları ilə birlikdə valideynlərinə məxsus evdə yaşayır. Ailə münasibətlərin xitam verilsə də, məlak mübahisələri cavabdehin qanuni tələblərini könüllü icra etməməsi nəticəsində həll edilməmiş qalmışdır. Bu əmlaklar toy-nişan mərasaimində cavabdeh tərəfindən ona hədiyyə olunan qızıl-zinət əşyaları və valideynləri tərəfindən ona hədiyyə olunan cehiz əmlaklarından ibarətdir. Cehiz əmlakları cavabdehin yaşadığı evdə qalmış, qızıl-zinət əmlakları cavabdeh tərəfindən satılmışdır. TƏRƏFLƏRİN İZAHATLARİ: Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə verdiyi izahatında iddia ərizəsində göstərilənləri təkrar edərək və əlavə olaraq bildirdi ki, cavabdehlə onlar 2017-ci ildə faktiki ayrılmışlar. O, cavabdehin valideynləri ilə yaşadığı evdən sinir xəstəsi olaraq çıxmışdır. Orada yaşayanda ayağına dəmir düşmüş, bundan sonra onda sinir xəstəliyi yaranmışdır. Orada ona baxan olmadığına görə anası gəlib onu əvvəl xəstəxanaya, sonra öz yaşadıqları evə aparmışdır. Onun valideynləri ilə cavabdehin valideynləri arasında münasibətlər hər zaman yaxşı olmuşdu. Özünün isə Nicatla münasibətləri xəstəxanaya gedənə qədər və ondan bir neçə il sonra da yaxşı olmuşdur. O, 3-4 il yataq xəstəsi olmuşdur. Arada Nicat gəlib onu öz evlərinə aparmış, müalicəsini davam etdirmək üçün yenə anası evinə qayıtmışdır. Onu xəstəxanaya aparanda anası ona əşyalarını yığmaqda köməklik etmiş, qaynatası isə öz maşını ilə onu xəstəxanaya aparmışdır. 2021-ci ildə o, bir neçə gün Bakı şəhərində birgə yaşamış, sonra yenidən Nicatın ata evinə qayıtmışlar. Orada da bir neçə müddət yaşamışdır. Nicatgilin evində o, Nicat, qaynatası və Nicatın analığı yaşayırdı. Qızılları əmlaklar olan otaqda açıqlıqda olurdu hər zaman. Demək olar ki, hər gün evdə dava-dalaş olurdu. Anasıgildə bir müddət müalicə olub düzəldikdən sonra Nicatgilin evinə qayıdıb yenidən yaşamağa başladıqdan sonra yenidən dava-dalaşlar başlamış, o, yenə sinir krizi keçirmiş və səhər saatlarında Nicatdan xahiş etmişdir ki, onu müalicə alması üçün anasgilə aparsın. Nicat da onu anasgilə aparmış, ondan sonra o, geri qayıtmamışdır. Geri qayıtmamasının bir səbəbi də Nicatın başqa bir qadına qoşulması, evə baxmaması idi. Hazırda o, tələbini tam müdafiə edir və məhkəmədən iddiasının təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, onun qızıl əmlaklardan xəbəri yoxdur. Belə ki, onlar 2017-ci ildən faktiki ayrılıb ayrı yaşamışlar. Narınc xəstə olduğu üçün anası gəlib onu evinə aparıb evində müalicə etdirirdi. Müalicə xərclərini o və valideynləri ödəyirdi. O, arabir ya gedib, ya da telefon ilə əlaqə saxlayıb Narıncla maraqlanmışdır. Narınc müalicə alıb düzəldikdən sonra yenidən onların yaşadığı evə qayıtmış, bir müddət sonra yenidən səhhətində pisləşmə olduğu üçün valideynlərinin evinə müalicə məqsədi ilə getmişdir. 2020-ci ilin dekabr ayında Narınc koronavirus xəstəliyinə tutulmuş, həmin zaman o, Bakı şəhərində işlədiyi üçün Bakı şəhərində olmuş, Narınc isə anası evində müalicə olunurdu. Həmin zamanlaradək Narınc müalicə olunub onların yaşadığı evə qayıtdığı üçün qızıllar onların yaşadığı evdə Narıncın əşyalarının içərisində olurdu. Narınc xəstə olduğu üçün həmin vaxtlar qızıl fikirləşmək halında deyildi. Ona görə də qızıllar evlərində qalmışdı. O, Bakıda olduğu zaman kiçik bacanağı Asimanı onun ata evinə göndərib qızılları istəmişlər ki, Narıncı hansısa toy məraisiminə aparacaqlar, qızıllar verilsin və Narınc qızıllarını taxsın. O, etiraz etməyib qızılların yeri barədə valideynlərinə demiş, qızıllar Asimana təhvil verilmişdir. Bundan bir qədər sonra yenə ara düzəldiyi, mehribanlıq olduğu üçün o, Bakı şəhərindən işindən icazə alıb bir günlük rayona gəlmiş, Narıncı və uşaqlarını götürüb Bakı şəhərinə getmişdir. Həmin vaxt qızıllarını və sənədləri də özü ilə götürmüşdü. Bakı şəhərində yaşadıqları zaman Narıncın anasının ailəsinə müdaxilə etməsi səbəbi ilə onlar arasında yenə də mübahisə və münaqişələr yaranmağa başladı. Bakı şəhərinə birgə getdikləri zamandan təxminən 15-20 gün sonra onlar yeindən rayona qayıtdılar və bir müddət atası evində yaşadılar. Narıncın xəstəliyi yenidən baş qaldırdığı üçün o, hər gün səhər özü ilə Narıncı anası evinə iynə vurulması məqsədi ilə aparır, axşam isə gedib yaşadıqları evə gətirirdi. Bir gün yenə eyni qaydada səhər saatlarında Narınc hazırlaşmış, o, Narıncı yenə də iynə vurulması üçün anası evinə aparmışdır. Axşam Narıncı gətirməyə gedəndə Narınc geri qayıtmayacağını, qalıb orada müalicə alacağını ona bildirdi. Təxminən 1 ay Narınc orada müalicə aldı. Bir aydan sonra o, Narıncdan evə qayıtmasını tələb etdikdə, Narınc yenə də imtina edərək hələ də özünü idarə edə bilmədiyini bildirdi. Bundan sonra valideynləri Narıncı yaşadıqları evə gətirməyə cəhd etsə də, atası mane oldu. Bir müddət sonra isə Narınc ondan xəbərsız və icazəsiz işə düzəldi. Göründüyü kimi, iddiaçının evdən kimsə qovmamış və o, evdən məcburi qaydada çıxarılmamışdır ki, qızıllar da onda qalmış olsun. İddiaçı özünün istəyi əsasında onun tərəfindən hər gün olmaq şərti ilə iynə vurulması məqsədi ilə anası evinə aparılmış, iddiaçını anası evinə apararkən də iddiaçı sərbəst qaydada evdən hazırlaşıb çıxmış, axşamlar da o, gedib gətirmişdir. Sonuncu dəfə də iddiaçı eyni qaydada evdən çıxmış, axşam arxasınca getdiyi zaman özü onunla qayıtmaqdan imtina etmişdir. Artıq onlar uzun müddətdir ki, ayrıdırlar. İddiaçı özü də yaxşı bilir ki, qızıllar özündədir. Əgər belə olmasa idi, ayrı yaşadıqları müddətdə ona qarşı qızılla bağlı məhkəməyə müraciət etmiş olardı. Hətta iddiaçı qızılların bir qismini bacısı ilə kursa gedərkən satmış, özünə müxtəlif işləyəcəyi işlə bağlı ləvazimatlar almışdır. Bundan əlavə, iddiaçı özü də bilir ki, o, ayrı yaşadıqları müddətdə digər bir qadınla faktiki nikah münasibətinə girmişdir. O, hazırki iddiaçıya qarşı nikahın pozulmasına dair iddia verib bu barədə məhkəmə qətnaməsi çıxdıqdan sonra cavabdeh hazırki tələblə ondan qisas almaq niyyəti ilə məhkəməyə müraciət etmişdir. Həmçinin əgər iddiaçı yenidən geri qayıdacağını fikirləşib getmiş olsa idi özü ilə uşaqların paltarlaını da aparmazdı. Cehiz əmlaklara gəldikdə isə, qeyd etdiyi kimi iddiaçı özü könüllü onların yaşadığı evdən anası evinə gedib geri qayıtmadığı üçün iddaçıya məxsus cehiz əmlaklar onun evində qalmışdır. Əldə etdiyi iddia ərizəsi əsasında o, evdə olan cehiz əmlakların siyahılaşmasını həyata keçirmiş, məlum olmuşdur ki, tələb edilən məlakların böyük hissəsi həqiqətən onun evindədir. Tələb edilən əmlaklardan ev qızdıran peç və və duxovka birgə yaşadıqları zaman xarab olmuş və atılmışdır. Siyahıda 23 nömrə ilə qeyd edilmiş əmlakların daxilində stəkan və nəlbəkilər olmamışdır. Ona görə də o, aşkar edilmiş əmlaklara münasibətdə iddianın təmin edilməsinə etiraz etmir və məhkəmədən qətnamə qəbul edilərkən göstərdiyi xüsusatların nəzərə alınmasını xahiş edir. Cavabdehin izahatına münasibətdə iddiaçı əlavə olaraq bildirnmişdir ki, bacısı əri Asiman qızılları həqiqətən gətirmiş, toyda istifadə etdikdən sonra cavabdeh tərəfindən tələbi ilə o, qızılları yenidən geri qaytarmışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X3 ifadə verərək bildirdi ki, o, iddiaçının nənəsidir. Narınc 5-6 il əvvəl xəstələnmiş və atası evinə müalicə olunmaq üçün gəlmişdir. Müalicə olunduğu müddətdə düzəldiyi zamanlarda Narınc əri evinə getmiş, səhhəti pisləşdiyi zaman yenidən geri qayıtmışdır. Bu hal 2-3 dəfə olmuşdur. Sonuncu dəfə Narınc təkcə əynindəki paltarlarla evə qayıtmışdır. Narınc deyirdi qızılları qaynatası saxlayır. Narınc uzun müddət yataq xəstəsi olduğu üçün qızıllar yada düşmürdü. Qızılları təxminən 3 il əvvəl bir dəfə istəmişlər, lakin qızıllar verilməmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X9 ifadə verərək bildirdi ki, o, iddiaçının xalasıdır. Narınc uzun müddət xəstə olmuş və onlar daim onun yanında olmuşlar. Narıncı evə elə bir vəziyyətdə gətirmişlər ki, həmin zaman qızıllar yada düşməmişdir. Sonradan Narınc sağalıb yenə ər evinə qayıtdı. Bir qədər sonra isə yenə xəstələnib geri qayıtmışdır. Qızıllar ər evində qalmışdır. Narınc xəstələnən zaman o, Narıncın anası olan bacısı evində olmuş, Narıncın xəstələnməsi barədə xəbər gəlmiş, narıncın atası və anası qaynatası ilə birgə evə gətirmişlər. Sonuncu dəfə Narınc ər evinə gedib geri qayıdan zaman isə o, orada olmamışdır. Narınc anası evində müalicə alan zaman Narınc deyəndə ki, qızılları istə gətirsinlər, deyirdi qalsın orada. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X12 ifadə verərək bildirdi ki, o, cavabdehin bacısıdır. Ata evi ilə qonşuluqda yaşayır. İddiaçı ilə münasibətləri hər zaman yaxşı olmuş, bir-birinin evinə gedib gəlmişlər. Narıncın qızılları hər zaman özündə olmuşdur. Ya 2020-ci ilin ya 2021-ci ilin dekabr ayında o, Narıncla birgə qadın dərnəklər qrupuna gedirdi. Ora getdikləri zaman dərnəyin pulunu ödəməyə Narıncın pulu olmadığı üçün bazar yolunda onun yanında Narınc qolbağı ilə komplektini satdı, dərnəyə 200 manat verdi. Sonra 100 manat dəyərində dırnaq avadanlıqları aldı. Digər əlavə əşyaların alınmasına da 50-60 manat xərclədi. Narınc 2017-ci ildən xəstə idi. Müalicə üçün bir neçə dəfə atası evinə getmiş, sonra geri qayıtmışdır. Təxminən mart-aprel aylarında Narınc o da orada olduğu zaman bir neçə əşyasını, paltarlarını yığıb atası evinə getmiş, bundan sonra geri qayıtmamışdır. Valideynləri dəfələrlə Narıncı geri gətirməyə cəhd etsə də, mümkün olmamışdır. Şahid qismində dindirilmiş X4 ifadəsinə münasibətdə iddiaçı qızılını satarkən onun üçün də xərclədiyini. Ona da avadanlıqlar aldığını bildirdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X10 ifadə verərək bildirdi ki, o, 2007ci ildən cavabdehin analığıdır. İddiaçı ilə cavabdeh 2010-cu ildə ailə həyatı qurmuşdur. 2017ci ildən Narınc xəstələnmiş, anasıgildə qalmaqla müalicə almışdır. Müalicə alıb sağaldığı zamanlar geri qayıtmış, sonra bir neçə dəfə də xəstələnib anası evinə getmiş, sonunu dəfə sağalıb geri qayıtdığı zaman hər gün Nicat onu iynə vurdurması üçün anası evinə aparmış, axşam geri gətirmişdir. Bir neçə gün belə davam edəndən sonra Narınc əşyalarını götürüb anası evinə getmiş, axşam geri qayıtmamışdır. Onlar bir neçə dəfə Narıncı geri gətirməyə çalışsalar da mümkün olmamışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X5 ifadə verərək bildirdi ki, o, cavabdehin bibisidir. Narınc evdən getdiyi zaman o, orada olmamış, lakin ona zəng edərək gəlinin qalmaq istəmədiyini, anası evinə getməyə hazırlaşdığını, əşyalarını qızıllarını yığdığını bildirmişlər. O isə cavab olaraq Narıncı yol gətirmələrini, yola gəlməyib gedirsə əşyalarını aparmağa haqqı çatdığını bildirmişdir. Sonradan bilmişdir ki, Narınc qalmamış, əşyalarını, qızıllarını da yığıb getmişdir. Qardaşıgil dəfələrlə Narıncı geri gətirməyə çalışsalar da, Narınc geri qayıtmamışdır. İŞ ÜZRƏ TƏQDİM EDİLMİŞ SÜBUTLAR: İddia ərizəsinə əlavə edilmiş: İş materiallarında olan Sabirabad rayon İstehsal-İstehlak Kooperativi Cəmiyyətinin əmtəəşünası İ.Mikayılov tərəfindən tərtib edilmiş qiymətləndirmə rəyindən görünür ki, 1 ədəd sep 15 qram çəkidə 583 əyarlı - 900 manat dəyərində, 2 ədəd qolbaq 585 ayar 1 ədədi 10 qram, 1 ədədi 8 qram çəkidə - cəmi 1080 manat dəyərində, 2 ədəd üzük cəmi 18 qram çəkidə 583 əyarlı - 1080 manat dəyərində, 2 ədəd komplekt (üzük-sırğa) 583 əyarlı cəmi 17 qram çəkidə - 1020 manat dəyərində, 2 ədəd sırğalar və 2 ədəd üzüklər cəmi 30 qram çəkidə 583 əyarlı - 1800 manat dəyərində, mebel dəsti: (yataq mebeli, şifoner 6 qapılı, taxt, 2 tumba, termo, yumuşaq mebel: divan və 2 ədəd kreslo, qonaq otaq mebeli,servant 6 qapılı, 8 nəfərlik stol, 6 stul, televizor altı (şüşə), jurnalnı, paltarasılan) - 6800 manat dəyərində, soyuducu 2 qapılı - 360 manat dəyərində, “Samsung” markalı televizor - 200 manat dəyərində, “Evroluks” paltaryuyan maşın - 550 manat dəyərində, ütü və ütü altı - 30+45= 75 manat dəyərində, “Evroluks” elektirik ətçəkən maşın - 140 manat dəyərində, ətçəkən maşın (əl ilə) - 16 manat dəyərində, blender (elektrik) - 30 manat dəyərində, “Evroluks” iri Mikser (qabli) - 35 m+ 25 m= 60 manat dəyərində, “TEFAL” çaydan (dəst pletkalı böyük pletka 2 vallı Meçta) - 40 manat dəyərində, ev qızıdıran peç - 35 manat dəyərində, duxovka - 45 manat dəyərində, “Madonna” obedni serviz - 180 manat dəyərində, 2 dəst (12+12) çaynı serviz - 110 manat dəyərində, 2 ədəd böyük qəfədan (1- balaca) - 18+18= 36 manat dəyərində, qara “Madonna” serviz - 150 manat dəyərində, 3 mərtəbəli meyvə qabı, konfet qabisi, qənd qabısı, boşqabları ilə - 38 manat dəyərində, böyük xürüstal dəsti (hər şeyi içində) - 70 manat dəyərində, Rusiya istehsalı olan xürüstal Qrafin dəsti - 25 manat dəyərində, Bagema meyvə qabıları, konfetqabıları - 80 manat dəyərində, Baqema Dolça (6 ədəd balası) - 50 manat dəyərində, 4 ədəd iri çaynik (2-si balaca) - 20 manat dəyərində, məişət əşyaları (qaşıqlar,vilkalar,boşqablar - 48 ədəd, stəkan və nəlbəkilər - 48 ədəd, qənd qabılar - 24 ədəd)-136,80 manat dəyərində, 3 dəst qazan - 45 manat dəyərində, “TEFAL” qazan dəsti çaydanla dəst 25 manat dəyərində, Samovar, Qazan dəsti 7 İt. - 120 manat dəyərində, Çuğun qazan dəsti 5 İt. - 45 manat dəyərində, Aliminium qazanlar böyük-balaca - 30 manat dəyərində, “TEFAL” Tava - 20 manat dəyərində, Aliminium tava böyük-balaca - 20 manat dəyərində, 2 ədəd böyük xalça: 6x5 m ölçüde brilliant markalı. – 300 manat dəyərində, 5x4 m ölçüdə yun xalça - 250 manat dəyərində, Taxt üstlüyü, gecə lampası - 40 m + 15 m = 55 manat dəyərində, 2 ədəd böyük odeyal-qalın - 70 manat dəyərində, 2 ədəd balaca odeyalqalın - 50 manat dəyərində, 3 ədəd qalın selikon yorğan - 35 manat manat dəyərində, Kapsella pərdə (alt-üst- qapı-pəncərə üçün) - 220 manat dəyərində, Taxt döşəyi - 20 kiloqram - 90 manat dəyərində, 2 ədəd tək döşək her biri 10 kiloqramlıq - 120 manat dəyərində, 4 ədəd yun yorğan (1 ədəd -5 kq, 3 ədədi - 4 kq) - 200 manat dəyərində, 9 ədəd yastıq - 180 manat dəyərində, 10 ədəd döşəkçə - 100 manat dəyərində, Sandıq - 90 manat dəyərində, Xrüstal Lüstür - 150 manat dəyərində, 6 dəst çexol-prostini 2 nəfərlik - 180 manat dəyərində, 2 dəst tək çexol-prostini dəsti 40 manat dəyərində, qeyd olunan əmlaklar ümumilikdə 17561 manat dəyərin dəyərində qiymətləndirilmişdir. İş materiallarında olan Sabirabad rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(056)- 1782/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X7 cavabdeh X2 qarşı “nikahın pozulması” tələbinə dair iddiası təmin edilərək, tərəflər arasında olan rəsmi nikahın pozulması, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X6 X1 yanında qalmalarının müəyyən edilməsi və uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 125 manat olmaqla, cəmi 250 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. SÜBUTLARİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ HÜQUQİ TÖVSİF: Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sübutları hərtərəfli, tam və obyektiv araşdıraraq, iş üzrə müəyyən olunmuş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İlkin olaraq qeyd edilməlidir ki, işdən göründüyü kimi, iddia tələbi iki hissədən – qızılzinət əşyalarının qaytarılması hissəsindən və cehiz əşyalarının qaytarılması hissəsindən ibarətdir. İddia tələbinin qızıl-zinət əşyalarının qaytarılması hissəsinə münasibətdə qeyd edilməlidir ki, məhkəmə araşdırması nəticəsində tələbin bu hissəsinə münasibətdə müəyyən olunan hal ondan ibarətdir ki, iddiaçı 2017-ci ildən xəstəlikdən əziyyət çəkmiş, ara müddətlərlə sağalıb ər evinə getmiş, səhhəti pisləşdiyi zamanlarda yenə atası evinə qayıdıb orada müalicə almışdır. Sonuncu dəfə iddiaçı ər evinə qayıtdıqdan sonra iddiaçı keçmiş əri olan cavabdehlə hər gün atası evinə iynə vurulması məqsədi ilə getmiş, axşamlar cavabdeh ilə ər evinə qayıtmışdır. İddiaçı bu halı mübahisələndirməmişdir. İynə vurulmaqla müalicənin davam etdiyi müddətdə iddiaçı sərbəst qaydada ər evindən çıxıb keçmiş əri ilə ata evinə getmiş, daha geri qayıtmamışdır. Bu hal onu göstərir ki, iddiaçı ər evindən sərbəst qaydada, yəni hər hansı təzyiq altında olmadan çıxıb getmiş, geri qayıtmaq istəməyib atası evində qalmaqla geri qayıtmayacağını əvvəlcədən planlamışdır. Belə vəziyyətdə evdən çıxmış və arxasınca həmişəki qaydada axşam evinə aparmaq üçün getmiş ər ilə qayıtmaqdan imtina edən şəxsin özünə zəruri olan əşyalarla birgə qızıllarını aparmaq ehtimalının mümkün olması qaçılmaz hesab edilməlidir. İddiaçı tərəfindən tələb edilən əmlakların siyahısına nəzər salındıqda orada iddiaçıya və ya uşaqlara məxsus geyim əşyalarının mövcud olmaması da qeyd edilən ehtimalı gücləndirir. Digər tərəfdən şahid qismində dindirilmiş Könül Əliyeva ifadəsində qızıllardan bir hissəsinin iddiaçı tərəfindən satılmasını bildirərkən iddiaçı bu hala da etiraz etməmiş, əksinə satıb əldə etdiyi pul vəsaitindən ona da xərcləməsini ifadə etmişdir. Bu da onu göstərir ki, qızıllar iddiaçının sərbəst sərəncamında olmuş, iddiaçı qızıllara münasibətdə sərbəst sərəncam vermək imkanında olduğu üçün əri və ya onun ailəsi tərəfindən hər hansı təzyiqlə qarşılaşmayacağını bilib sərbəst sərəncam verməklə qızıllarından satmışdır. Həmçinin, iddiaçının özünün də iddia ərizəsində də qızılların satılmasını göstərməsi, iddiaçının qızılların cavabdehdə olmamasından hali olmasının göstəricisi kimi nəzərə alınmalıdır. Məhkəmə iclası zamanı dindirilmiş digər şahidlərin ifadələrinin sübut kimi qiymətləndirmə göstəricisinə münasibətdə isə qeyd edilməlidir ki, hər iki tərəfdən məhkəməyə təqdim edilmiş şahidlər tərəflərin yaxın qohumları olmaqla öz tərəflərinin mənafeyinə uyğun ifadə vermələrinin mümkünlüyü nəzərə alınmalı və mötəbər sübut kimi nəzərə alınmamalıdır. Göstərilən halları ümumiləşdirərək məhkəmə hesab edir ki, iddia tələbi qızıl-zinət əşyalarının qaytarılması hissəsində əsassız hesab edilərək təmin edilməməlidir. İddia tələbinin cehiz əmlaklarla bağlı hissəsinə münasibətdə isə qeyd edilməlidir ki, tələbin bu hissəsinə münasibətdə cavabdehin etiraf edici izahatı nəzərə alınmalı, bu hissədə etiraf edilən əmlaklara münasibətdə iddia tələbi təmin edilməlidir. Etiraf edilməyən əmlaklara münasibətdə isə qeyd edilməlidir ki, cavabdeh tələb edilən cehiz əmlaklardan 11 və 12-ci sırada adları çəkilən ev qızdıran peçin və duxovkanın xarab olub atılmasını bildirsə də, həmin əmlakların mövcudluğunu mübahisələndirməmiş, lakin həmin əmlakların birgə nikah dövründə xarab olub atılması barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, cehiz əmlaklarla bağlı hissədə iddia tələbi etiraf edilən əmlaklarla birgə adları çəkilən ev qızdıran peçin və duxovkaya aid hissədə də əsaslı hesab edilərək təmin edilməlidir. 23-cü sırada adıçəkilən əşyalar daxilində göstərilmiş 48 ədəd stəkan və nəlbəkiyə münasibətdə isə qeyd edilməlidir ki, cavabdeh həmin əmlakların ümumiyyətlə mövcud olmadığını vurğulamış, iddiaçı isə həmin əmlakların mövcudluğu barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi 23-cü sırada adıçəkilən əşyalar daxilində göstərilmiş 48 ədəd stəkan və nəlbəkiyə münasibətdə əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında göstərmişdir ki, ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu insitut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa insan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyya Federasiyasına qarşı» 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (Sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübutun kifayət qədər güclü, aydın və bir birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən bir qayda olaraq «Əsaslı şübhədən kənar» sübut standartları tədbiq edilir. Аzərbаycаn Respublikаsının Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Oxşar norma Azərbaycan Respublikası Mülki Məcəlləsində də öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə həmçinin tələbin iddia qaldırılması üçün 143 manat ödənilmiş dövlət rüsumu əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və iddianın qismən təmin olunduğu nəzərə alınaraq məhkəmə xərclərinə aid edilən ödənilmiş 143 manat dövlət rüsumunun əvəzi 100 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh mebel dəsti: (yataq mebeli, şifoner 6 qapılı, taxt, 2 tumba, termo, yumuşaq mebel: divan və 2 ədəd kreslo, qonaq otaq mebeli,servant 6 qapılı, 8 nəfərlik stol, 6 stul, televizor altı (şüşə), jurnalnı, paltarasılan) - 6800 manat dəyərində, soyuducu 2 qapılı - 360 manat dəyərində, “Samsung” markalı televizor - 200 manat dəyərində, “Evroluks” paltaryuyan maşın - 550 manat dəyərində, ütü və ütü altı - 30+45= 75 manat dəyərində, “Evroluks” elektirik ətçəkən maşın - 140 manat dəyərində, ətçəkən maşın (əl ilə) - 16 manat dəyərində, blender (elektrik) - 30 manat dəyərində, “Evroluks” iri Mikser (qabli) - 35 m+ 25 m= 60 manat dəyərində, “TEFAL” çaydan (dəst pletkalı böyük pletka 2 vallı Meçta) - 40 manat dəyərində, ev qızdıran peç- 35 manat dəyərində, duxovka – 45 manat dəyərində, “Madonna” obedni serviz - 180 manat dəyərində, 2 dəst (12+12) çaynı serviz - 110 manat dəyərində, 2 ədəd böyük qəfədan (1- balaca) - 18+18= 36 manat dəyərində, qara “Madonna” serviz - 150 manat dəyərində, 3 mərtəbəli meyvə qabı, konfet qabısı, qənd qabısı, boşqabları ilə - 38 manat dəyərində, böyük xürüstal dəsti (hər şeyi içində) - 70 manat dəyərində, Rusiya istehsalı olan xürüstal Qrafin dəsti - 25 manat dəyərində, Bagema meyvə qabıları, konfetqabıları - 80 manat dəyərində, Baqema Dolça (6 ədəd balası) - 50 manat dəyərində, 4 ədəd iri çaynik (2-si balaca) - 20 manat dəyərində, məişət əşyaları (qaşıqlar, çəngəllər, boşqablar - 48 ədəd, qənd qabılar - 24 ədəd)- 88,80 manat dəyərində, 3 dəst qazan - 45 manat dəyərində, “TEFAL” qazan dəsti çaydanla dəst 25 manat dəyərində, Samovar, Qazan dəsti 7 İt. - 120 manat dəyərində, Çuğun qazan dəsti 5 İt. - 45 manat dəyərində, Aliminium qazanlar böyük-balaca - 30 manat dəyərində, “TEFAL” Tava - 20 manat dəyərində, Aliminium tava böyük-balaca - 20 manat dəyərində, 2 ədəd böyük xalça: 6x5 m ölçüde brilliant markalı. – 300 manat dəyərində, 5x4 m ölçüdə yun xalça - 250 manat dəyərində, Taxt üstlüyü, gecə lampası - 40 m + 15 m = 55 manat dəyərində, 2 ədəd böyük odeyal-qalın - 70 manat dəyərində, 2 ədəd balaca odeyal-qalın - 50 manat dəyərində, 3 ədəd qalın selikon yorğan - 35 manat manat dəyərində, Kapsella pərdə (alt-üst- qapı-pəncərə üçün) - 220 manat dəyərində, Taxt döşəyi - 20 kiloqram - 90 manat dəyərində, 2 ədəd tək döşək her biri 10 kiloqramlıq - 120 manat dəyərində, 4 ədəd yun yorğan (1 ədəd -5 kq, 3 ədədi - 4 kq) - 200 manat dəyərində, 9 ədəd yastıq - 180 manat dəyərində, 10 ədəd döşəkçə - 100 manat dəyərində, Sandıq - 90 manat dəyərində, Xrüstal Lüstür - 150 manat dəyərində, 6 dəst çexolprostini 2 nəfərlik - 180 manat dəyərində, 2 dəst tək çexol-prostini dəsti 40 manat dəyərində ümumi dəyəri 11581 manat olan cehiz əmlaklar və qeyd olunan əmlaklardan hər hansı biri olmadıqda onların dəyəri və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat pul vəsaiti alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar