Məhkəmə qərarları › İş №2(056)-907/2024

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-907/2024

23.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-907/2024 23.04.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X15 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs kimi qeyd edilməklə) «ölüm faktının müəyyən olunması» barədə ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs kimi qeyd edilməklə) «ölüm faktının müəyyən olunması» barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2003-cü ildə Sabirabad rayonunun Cəngan kəndində anadan olmuş X1 xx.xx.2023-cü il tarixdə və xx.xx.2004-cü ildə Sabirabad rayonunun Muğangəncəli kəndində anadan olmuş X3 xx.xx.2023-cü ildə ölümünün qeyd edilmə faktı kimi müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, xx.xx.1962-ci ildə Cəbrayıl rayonunun Şıxalaqlı kəndində anadan olmuş, xx.xx.1988-ci ildə Cəbrayıl rayonunun Minbaşılı kənd sakini X9 ilə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından Cəbrayıl rayonunda yaşadıqları müddətdə xx.xx.1988-ci ildə Aysel, xx.xx.1990-cı ildə Türkan, xx.xx.1991-ci ildə Elvin adlı üç uşaqları doğulmuş, 1993-cü ildə isə məcburi köçkün düşərək Sabirabad rayonunun Cəngan kədində yerləşdikdən sonra isə xx.xx.1995-ci ildə Humay, xx.xx.1997-ci ildə Qızqayıd, xx.xx.2001-ci ildə Bəsti, xx.xx.2003-cü ildə Kifayət və xx.xx.2004-cü ildə Sona adlı uşaqları anadan olmuşdur. xx.xx.2003-cü il təvəllüdlü X4 və xx.xx.2004-cü il təvəllüdlü X11 anadangəlmə qüsurlu əqli cəhətdən qüsurlu olmuşlar. Həmin uşaqlara doğum haqqında şəhadətnamələr almışlar. xx.xx.2003-cü il təvəllüdlü X4 xx.xx.2023-cü il tarixdə, xx.xx.2004-cü il təvəllüdlü X11 isə xx.xx.2023-cü ildə yaşadıqları evdə vəfat etmişlər və uşaqların hər ikisini aparıb Bakı şəhəri Biləcəri qəsəbəsində yerləşən qəbistanlıqda öz valideynlərinin yanında dəfn etmişlər. Uşaqların ölümü haqqında aidiyyəti orqanlara vaxtında məlumat verə bilmədiklərindən uşaqların adına ölüm haqqında şəhadətnamələr ala bilməmişlər. Hazırda onun ata-baba yurdu Cəbrayıl rayonu cənab prezidentimiz İlham Əliyevin yeritdiyi siyasət nəticəsində işğaldan azad edilmişdir. Onlar siyahıya alınmışlar və öz yurdlarına qayıdıb evlə təmin olunacaqlar. Bununla bağlı onlara bildirilmişdir ki, uşaqlara aid sənədlər düzəldilməlidir. Məhkəmə iclasında iştirak edən ərizəçi X18 ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş Maraqlı şəxs məhkəmə iclasında öz nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin etiraz etməməsini nəzərə alaraq işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı X10 şahid qismində ifadə verərək bildirdi ki, ərizəçi onun əridir. Onların birgə 8 uşağı olmuş, uşaqlarından ikisi Kifayət və Sona anadangəlmə əqli qüsurlu olmuşdur. O, əri ailə xalaoğlu və xalaqızıdır. Ona görə bu uşaqları anadangəlmə əqli qüsurlu olmuş, xx.xx.2003-cü il təvəllüdlü X4 xx.xx.2023-cü il tarixdə, xx.xx.2004-cü il təvəllüdlü X11 isə xx.xx.2023-cü ildə yaşadıqları evdə vəfat etmişlər. Uşaqları qaynana və qaynatasının yanında Biləcəri qəbirstanlığında dəfn etmişlər. Uşaqlar ard arda vəfat etdiyi üçün başları yas mərasimlərinə qarışmış, sənədləşmə aparmaq yadlarına düşməmişdir. Məhkəmə iclasında iştirak edən digər şahid qismində dindirilmiş X2 bildirdi ki, ərizəçi onun qardaşıdır. Qardaşı Yusifin övladlarından Kifayət və Sona anadangəlmə əqli qüsurlu olmuşlar və uşaqların ikisi də 2023-cü ildə noyabr və dekabr ayında vəfat etmişlər. Uşaqlar onların ataanasının qəbrinin yanında Biləcəri qəbirstanlığında dəfn edilmişlər. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan İV-JQ No 394936 seriyalı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İsgəndərov X6 Mətanət Şura qızı ilə xx.xx.1988-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuş, nikah bağlandıqdan sonra ərə “İsgəndərov”, arvada “İsmayılova” soyadı verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, AZ-İ 320293 seriyalı doğum haqqında arayışdan görünür ki, X4 xx.xx.2004-cü ildə Sabirabad rayonunun Muğangəncəli kəndində anadan olmuşdur. Onun atası Ərizəçi qızı, anası X5r. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, AZ-İ 518361 seriyalı doğum haqqında arayışdan görünür ki, X4 xx.xx.2003-cü ildə Sabirabad rayonunun Cəngən kəndində anadan olmuşdur. Onun atası Ərizəçi qızı, anası X5r. İş materiallarında olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Sabirabad rayonunun Cəngan kənd sakinləri X7, X2, X8 və X12 akt tərtib etmişlər ki, mərhum xx.xx.2003-cü il təvəllüdlü X4 xx.xx.2023-cü il tarixdə, xx.xx.2004-cü il təvəllüdlü X11 isə xx.xx.2023-cü ildə vəfat etmiş, Bakı şəhəri Biləcəri qəsəbə qəbirstanlığında dəfn edilmişlər. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-5/05-xxxx/2023 saylı məktubdan görünür ki, xx.xx.2003-cü ildə Sabirabad rayonunun Cəngan kəndində anadan olmuş X1 xx.xx.2023-cü il tarixdə və xx.xx.2004-cü ildə Sabirabad rayonunun Muğangəncəli kəndində anadan olmuş X3 xx.xx.2023-cü ildə ölümünün dövlət qeydiyyatına alınaraq ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materiallarına həmçinin X4 və X3 məzarnın fotoşəkilləri əlavə edilmiş, məhkəmə həmin sənədləri də tədqiq etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci mаddəsinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara əsasən hesab edir ki, xx.xx.2003-cü ildə Sabirabad rayonunun Cəngan kəndində anadan olmuş X1 xx.xx.2023-cü il tarixdə və xx.xx.2004cü ildə Sabirabad rayonunun Muğangəncəli kəndində anadan olmuş X3 xx.xx.2023-cü ildə Sabirabad rayonu Cəngan kəndində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər sübut vardır. Ona görə də ərizə əsaslı hesab edilərək təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 305- 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2003-cü ildə Sabirabad rayonunun Cəngan kəndində anadan olmuş X1 xx.xx.2023-cü il tarixdə və xx.xx.2004-cü ildə Sabirabad rayonunun Muğangəncəli kəndində anadan olmuş X3 xx.xx.2023-cü ildə Sabirabad rayonu Cəngan kəndində vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə X4 və X11 barədə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar