Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-909/2024 05.03.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X7 Novruzəli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, ərizəçi İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya prosesi nəticəsində İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞS/MT023/2023-01696 nömrəli barışıq sazişinin bir hissəsi olan, xx.xx.2011-ci il təvəllüdlü X1, xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X3 İddiaçı himayəsində saxlanması, həmin uşağın saxlanması üçün xx.xx.2023-cü il tarixdən hesablanmaqla hər ay hər uşaq üçün 70 manat olmaqla, cəmi 210 manat sabit pul məbləğində alimentin Cavabdeh alınıb ona verilməsi və Cavabdeh azyaşlı uşağı ilə istənilən vaxt görüşüb ünsiyyətdə olmaq hüququnun təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə nikahlarını rəsmiləşdirməklə evlənmişdir. Birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2013cü il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X6 adlı uşaqları doğulmuşdur. Ailə münasibətləri hazırda pozulmuşdur və onlar ayrı-ayrılıqda yaşayırlar. Məhkəmə iclasından əvvəl Sabirabad rayon Mediatorunda barışıq sazişi bağlamışlar ki, onların rəsmi nikahlarından olan xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2020ci il təvəllüdlü X3 onun himayəsində saxlanması, həmin uşaqların saxlanması üçün xx.xx.2023-cü il tarixdən hesablanmaqla hər ay hər uşaq üçün 70 manat olmaqla, cəmi 210 manat sabit pul məbləğində alimentin Cavabdeh alınıb ona verilməsi və Cavabdeh azyaşlı uşaqları ilə istənilən vaxt görüşüb ünsiyyətdə olmaq hüququ müəyyən edilməsi şərti ilə razılığa gəlmişlər. Bütün bunları nəzərə alıb məhkəmə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak etmiş ərizəçi İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh ərizənin təmin olunmasına etiraz etmədiyini bildirərək barışıq sazişinin təsdiq olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, ərizəni və barışıq sazişini nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X6 adlı uşaqları doğulmuşdur. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişindən görünür ki, tərəflər xx.xx.2011-ci il təvəllüdlü X1, xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X3 İddiaçı himayəsində saxlanması, həmin uşağın saxlanması üçün xx.xx.2023-cü il tarixdən hesablanmaqla hər ay hər uşaq üçün 70 manat olmaqla, cəmi 210 manat sabit pul məbləğində alimentin Cavabdeh alınıb ona verilməsi və Cavabdeh azyaşlı uşağı ilə istənilən vaxt görüşüb ünsiyyətdə olmaq hüququnun müəyyən edilməsi ilə bağlı razılaşaraq qərar qəbul etdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən, məhkəmə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş üçüncü şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişi xx.xx.2011-ci il təvəllüdlü X1, xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X3 İddiaçı himayəsində saxlanması, həmin uşağın saxlanması üçün xx.xx.2023-cü il tarixdən hesablanmaqla hər ay hər uşaq üçün 70 manat olmaqla, cəmi 210 manat sabit pul məbləğində alimentin Cavabdeh alınıb ona verilməsi və Cavabdeh azyaşlı uşağı ilə istənilən vaxt görüşüb ünsiyyətdə olmaq hüququnun verilməsi hissəsində məcburi icrası üçün təsdiq olunmalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 216-220, 355-23-355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişi xx.xx.2011-ci il təvəllüdlü X1, xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X3 İddiaçı himayəsində saxlanması, həmin uşağın saxlanması üçün xx.xx.2023-cü il tarixdən hesablanmaqla hər ay hər uşaq üçün 70 manat olmaqla, cəmi 210 manat sabit pul məbləğində alimentin Cavabdeh alınıb ona verilməsi və Cavabdeh azyaşlı uşağı ilə istənilən vaxt görüşüb ünsiyyətdə olmaq hüququnun verilməsi hissəsində məcburi icrası üçün təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Füzuli Pənahov
Məhkəmə qərarları › İş №2(056)-909/2024
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-909/2024
05.03.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver