Məhkəmə qərarları › İş №2(056)-967/2023

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-967/2023

13.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-967/2023 13.06.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X12 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs kimi qeyd edilən) «ölüm faktının müəyyən olunması» barədə ərizəsinə dair mülki işə Sabirabad şəhərində, Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs kimi qeyd edilən) «ölüm faktının müəyyən olunması» barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1991-ci il tarixdə Sabirabad rayonu, Qaratəpə kəndində anadan olmuş X2 xx.xx.2022-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, X5 onun oğludur. Oğlu xx.xx.2022-ci ildə yaşadığı evin həyətyanı sahəsində yerləşən tövlədə iplə özünü asaraq intihar etmişdir. Sabirabad rayon prokurorluğunda müvafiq araşdırma aparılmış və xx.xx.2022-ci il tarixli qərarla cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Mərhum Qaratəpə kənd qəbristanlığında dəfn olunmuşdur. Oğlunun ölümü haqqında qeydiyyat şöbəsində akt qeydi tərtib edilməmiş və müvafiq şəhadətnamə alınmamışdır. Faktın təsdiqi ona mərhum oğluna ölüm haqqında şəhadətnamə alması üçün zəruridir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəyə uyğun məzmunda izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə cavabdeh təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümükün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X7 bildirmişdir ki, ərizəçi onun əridir. Mərhum Seyidrəsul isə onun oğlu olmuşdur. Oğlu uzun illərdir şizofreniya xəstəsi olmuşdur. O, səhər yuxudan durub görmüşdür ki, oğlu Seyidrəsul özünü asmışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X6 bildirmişdir ki, ərizəçi onun atasıdır. Mərhum Seyidrəsul isə onun qardaşı olmuşdur. Qardaşı uzun xəstəlikdən sonra səhər saatlarında özünü həyətlərində olan tövlədə asaraq ölmüşdür. Məhkəmə ərizəçi və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli rəydən görünür ki, vətəndaş Bağırov X4 rayon Qeydiyyat Şöbəsinə müraciət edərək oğlu X3 ölümünün qeydə alınmasını xahiş etmişdir. X1 adına ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölümünün qeydə alınmasından imtina edilmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında arayışdan görünür ki, X5 xx.xx.1991-ci ildə Sabirabad rayonu Qaratəpə kəndində anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Sabirabad rayon prokurorluğunun müstəntiqi X10 xx.xx.2022ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, qərarın təsviri əsaslandırıcı hissəsində göstərilənlərə əsasən, toplanmış 66-C-22 nömrəli material üzrə cinayət hadisəsi olmadığı üçün, həmin xüsusat üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara əsasən hesab edir ki, xx.xx.1991-ci il təvəllüdlü X2 xx.xx.2022-ci il tarixdə Sabirabad rayon Qaratəpə kəndində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər sübut vardır. Ona görə də ərizə əsaslı hesab edilərək təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 305- 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1991-ci il tarixdə Sabirabad rayonu Qaratəpə kəndində doğulmuş X2 xx.xx.2022-ci il tarixdə vəfat etməsi faktı təsdiq edilsin. Hazırkı qətnamə X5 barədə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar