Məhkəmə qərarları › İş №2(056)-968/2023

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-968/2023

05.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-968/2023 05.07.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X17 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs kimi qeyd edilməklə) «ölüm faktının müəyyən olunması» barədə ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs kimi qeyd edilməklə) «ölüm faktının müəyyən olunması» barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1968-ci ildə Sabirabad rayonu Suqovuşan kəndində anadan olmuş X7 xx.xx.2007-ci il tarixdə Sabirabad rayonunda ölümünün qeyd edilmə faktı kimi müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.1968-ci il tarixdə anadan olmuş X11 onun qızıdır. Qızı xx.xx.2007-ci il tarixdə yaşadıqları evdə qəflətən vəfat etmişdir. X22 Sabirabad rayonu Suqovuşan kənd qəbristanlığında dəfn olunmuşdur. Faktın təsdiqi onun qızına ölüm şəhadətnaməsi alması, həmin şəhadətnaməni aldıqdan sonra mülkiyyətlərində olan torpaq sahəsi ilə bağlı müvafiq sənədləşmələrin həyata keçirilməsi üçün zəruridir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinin tələblərinə istinadən işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı X8 şahid qismində ifadə verərək bildirdi ki, ərizəçinin atası ilə onun atası qohumdur. Bundan əlavə onlar qonşudurlar. Mahmudun qızı Minə xx.xx.1968-ci ildə Sabirabad rayonu Suqovuşan kəndində anadan olmuş, xx.xx.2007-ci il tarixdə qəflətən yaşadıqları evdə vəfat etmişdir. O zamanlar qəbir üstünə baş daşı ölümdən təxminən bir il sonra qoyulurdu ki, ona görə də baş daşı üzərində səhvən mərhumun adı Minəbəyim, doğum ili 1970-ci il, ata adı Mirmahmud göstərilmişdir. Mərhumu Sabirabad rayonu Suqovuşan kənd qəbirstanlıqda dəfn etmişlər. O, dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında iştirak edən digər şahid qismində dindirilmiş X12 ərizəçi ilə həm uzaq qohum, həm də həmkəndli olduğunu bildirərək, digər şahid X3 ifadəsinə uyğun ifadə verdi və həmçinin qəbrin qazıntısını özünün həyata keçirdiyini bildirdi. Şahid qismində dindirilmiş X13 ondan əvvəl ifadə vermiş şahidlərin ifadələrinə uyğun ifadə verməklə, mərhumun adının Minə, doğumunun 1968-cı il olduğunu, 2007-ci ildə öldüyünü, ərizəçinin arvadı ilə qohum olduğunu, həm də həmkəndli olduqlarını bildirdi. Digər şahid qismində dindirilmiş X9 ərizəçi ilə həmkəndli və qonşuu olmalarını bildirərək, ərizəçinin qızı Minənin 2007-ci ildə yaşadıqları evdə qəflətən vəfat etdiyini, dəfn və yas mərasimlərində iştirak etdiyini bildirdi. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ No ******* seriyalı doğum haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.1968-ci ildə Sabirabad rayonunun Suqovuşan kəndində anadan olmuşdur. Atası Ərizəçi, anası X4r. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 05/xxxx/2023 saylı rəydən görünür ki, əsas olmadığı üçün xx.xx.1968-ci ildə Sabirabad rayonunun Suqovuşan kəndində anadan olaraq həmin kənddə yaşamış və xx.xx.2007-ci ildə yaşadığı evdə vəfat etmiş X7 ölümünün dövlət qeydiyyatına alınaraq ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materiallarına əlavə edilmiş məzar daşının fotoşəkillərindən görünür ki, X2 1970-ci ildə anadan olmuş, xx.xx.2007-ci ildə vəfat etmişdir. İş materiallarında olan Sabirabad RİHB-nin şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanda yaşamış X7 baş daşında X5 yazılmış, təvəllüdü baş daşında 1970-ci il göstərilmiş, əslində 1968-ci il olmuş,10 avqust 2007-ci ildə vəfat etmiş, Suqovuşan kənd qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə tərəfindən iş üzrə yaranmış ziddiyyətin aradan qaldırılması məqsədilə Maraqlı şəxsnə xx.xx.2023-cü il tarixində sorğu ünvanlanmış, xx.xx.1968-ci il təvəllüdlü X7 və məhkəməyə şəkli təqdim olunmuş 1970-ci il təvəllüdlü X1 doğum akt qeydləri barədə arayışlar tələb edilmiş, məhkəməyə X7 doğumu haqqında arayış təqdim edilmiş, 1970-ci il təvəllüdlü X1 1968-1972-ci illər üzrə Kürkəndi kənd İN-nin ilkin, doğum haqqında akt qeydləri və avtomatlaşdırılmış elektron informasiya sistemi üzrə yoxlama aparılması və X1 doğumu haqqında akt qeydinin aşkar edilmədiyi barədə arayış təqdim edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci mаddəsinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara əsasən hesab edir ki, xx.xx.1968-ci il təvəllüdlü X7 xx.xx.2007-ci il tarixdə Sabirabad rayonu Suqovuşan kəndində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər sübut vardır. Ona görə də ərizə əsaslı hesab edilərək təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 305- 311-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1968-ci il tarixdə Sabirabad rayonu Suqovuşan kəndində doğulmuş X7 xx.xx.2007-ci il tarixdə Sabirabad rayonu Suqovuşan kəndində vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə X11 barədə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar