Məhkəmə qərarları › İş №2(057)-1015/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1015/2024

12.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1015/2024 12.06.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək 01 aprel 1971-ci il ildə anası X2 09 iyun 1995-ci ildə Salyan rayonu Parça Xalac kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, X7 ilə X2 birgə nikahlarından doğulmuşdur. X1 01 aprel 1971-ci il ildə, anası X8 09 iyun 1995-ci ildə Salyan rayonu Parça Xalac kəndində vəfat etmişdir. Hazırda bu məsələ ilə bağlı əlaqədar qurumlara müraciət edilmiş, lakin Maraqlı şəxs tərəfindən verilmiş rəsmi cavabda ölüm faktının qeydə alınmasından imtina olunaraq buna əsas kimi ölüm haqqında tibbi şəhadətnamənin olmaması əsas göstərilmiş və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməkləri tövsiyə olunmuşdur. X1 və anası X2 ölümləri barədə lazımi sənədin olmaması ona və digər ailə üzvlərinə ailə təsərrüfatı ilə bağlı və digər məsələlərdə qanunvericikilikdə nəzərdə tutulmuş hüquqlarının həyata keçirilməsinə manelər yaradır. X1 01 aprel 1971-ci ildə, anası X8 xx.xx.1995-ci ildə Salyan rayonu Parça Xalac kəndində vəfat etmiş və Salyan rayonu Parça Xalac kənd qəbirsanlığında dəfn edilmişdir. Kəndlərində yaşayan müvafiq yaş qurupuna mənsub bütün həmdkəndlilərin valideyinlərinin ölüm faktını təsiq edilməsini bildirmişdir. Göstərilənlərə əsasən, X1nun 01 aprel 1971-ci ildə, anası X2 09 iyun 1995-ci ildə Salyan rayonu Parça Xalac kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən, işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X4 bildirdi ki, Ərizəçi onun həmkəndlisidir. Aynanın atası Balahüseyn 1971-ci ildə, anası Xatın isə 1995-ci ildə Salyan rayonu Parça Xalac kəndində vəfat etmişdirlər. Onların hər ikisi Parça Xalac kənd qəbirstanlığında dəfn edilmişdirlər. Məhkəmə iclasında şahid qismində iştirak edən X20 bildirdi ki, Ərizəçi onun həmkəndlisi və qohumudur. Atasının ölümü barədə kənd camaatından eşitdiyi üçün xəbərdardır. Anası Xatın isə 1995-ci ildə vəfat etmişdir. Parça Xalac kənd qəbirstanlığında dəfn edilmişdir. İşə baxıb, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Maraqlı şəxs tərəfindən verilmiş 05 aprel 2024-cü il tarixli məktubdan görünür ki, 1968-1974-cü il və 1992-1998-ci il tarixədək "Vətəndaşlıq vəziyyəti aktları” Avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün akt qeydləri üzrə yoxlama aparılmış, lakin X3 və X2 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Bununla əlaqədar aidiyyəti məhkəməyə müraciət edə biləcəyi qeyd edilmişdir. Salyan rayonu Parça Xalac kənd bələdiyyəsinin xx.xx.2024-cü il tarixli Parça Xalac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi X21, Salyan rayonu Parça Xalac kənd bələdiyyəsinin sədri X12, Parça Xalac kənd sakini X4, Parça Xalac kənd sakini X14, X13 iştirakları ilə tərtib olunmuş aktından görünür ki, Salyan rayonu Parça Xalac kəndndə yaşamış mərhum X7 01 aprel 1971-ci il tarixində, mərhumə X8 isə xx.xx.1995-ci il tarixində vəfat etmişlər. Mərhum və mərhumə Parça Xalac kənd qəbirstanlığında dəfn edilmişdilər. İ-İE 336854 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X6 xx.xx.1965-ci il tarixdə nikahlarını bağlamışıar. Nikah bağlandıqdan sonra ərə “Qədirov”, arvada “Qədirova” soyadı verilmişdir. A3 ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 03 iyun 1968-ci il tarixdə Salyan rayonunda anadan olmuşdur. X1, anası X5r. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi X1 01 aprel 1971-ci il ildə, anası X8 isə 09 iyun 1995-ci ildə Salyan rayonu Parça Xalac kənd qəbiristanlığında dəfn olunmuşdurlar. Bu hal məhkəmə iclasında tədqiq olunmuş sənədlərlə və şahid ifadələri ilə tam təsdiq olunmuşdur. Ərizəçi mərhum X1nun və anası X2 ölməsi ilə əlaqədar ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin o, müvafiq sənədlər təqdim edə bilmədiyindən ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin ərizəsi əsaslıdır, ona görə də təmin edilməli və 1910-cu ildə Salyan rayonu Parça Xalac kəndində anadan olmuş X3 01 aprel 1971-ci il ildə Salyan rayonu Parça Xalac kəndində və 1920-ci ildə Salyan rayonu Parça Xalac kəndində anadan olmuş X2 09 iyun 1995-ci ildə Salyan rayonu, Parça Xalac kəndində ölməsi faktı müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 1910-cu ildə Salyan rayonu Parça Xalac kəndində anadan olmuş X3 01 aprel 1971ci il ildə Salyan rayonu Parça Xalac kəndində və 1920-ci ildə Salyan rayonu Parça Xalac kəndində anadan olmuş X2 09 iyun 1995-ci ildə Salyan rayonu, Parça Xalac kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Salyan rayon məhkəməsinə elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar