Məhkəmə qərarları › İş №2(057)-1028/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1028/2025

08.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1028/2025 08.05.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Yüzbaşiyev Ramil Vahid oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək qardaşı X6 xx.xx.1993-cü il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qardaşı xx.xx.1971-ci ildə Salyan şəhərində anadan olmuş X8 xx.xx.1993-cü il tarixdə vəfat etmişdir. Amma üzrlü səbəblərdən bu günə kimi X8 üçün ölüm haqqında şəhadətnamə alınmamışdır. Bununla əlaqadar Maraqlı şəxsnə müraciət olunmuş və müraciətə cavab olaraq Maraqlı şəxs tərəfindən ünvanlanmış müvafiq məktubla qardaşı X6 ölüm faktının qeydə alınmasından imtina edilmişdir. Qardaşını qohumlarla birgə Salyan şəhər qəbiristanlığında dəfn etmişlər. Hal hazırda onun qəbri Salyan şəhər qəbiristanlığındadır. Hal-hazırda qardaşı X6 ölüm faktının tanınması və ölüm haqqında şəhadətnamə alınması zərurəti yaranmışdır. Belə ki, mərhum anası X4 məxsus olan yaşayış evini ona vəsiyyət etmişdir. Hazırda həmin evi adına sənədləşdirilməsi üçün qardaşı X6 ölüm faktının tanınması və ölüm haqqında şəhadətnamə alınması zəruridir. Göstərilənlərə əsasən, qardaşı X6 xx.xx.1993-cü il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən, işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X7 bildirdi ki, o, ərizəçinin həyat yoldaşının dayısı qızıdır. X8 1993-cü ildə Salyan şəhərində rəhmətə getmiş və Salyan qəbiristanlığında qayınanasının məzarının yaxınlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində iştirak edən X9 bildirdi ki, o, ərizəçinin bacısıdır. X1 onun qardaşıdır. Mərhum rəhmətə gedən zaman onun 29 yaşı olmuşdur. O, 1993-cü ildə Salyan şəhərində rəhmətə getmiş və Salyan qəbiristanlığında dəfn olunmuşdur. İşə baxıb, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Maraqlı şəxs tərəfindən verilmiş 28 oktyabr 2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.1971-ci il təvəllüdlü X6 ölümü haqqında akt qeydi 1990-1996-cı illərə aid Maraqlı şəxs üzrə şöbənin arxivində saxlanılan ölüm haqqında akt qeydləri kitabında və "Vətəndaşlıq vəziyyəti aktları” Avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar olunmamışdır. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1971-ci il tarixdə Salyan rayonunda anadan olmuşdur. X3, anası X2r. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1969-cu il tarixdə Salyan rayonunda anadan olmuşdur. X3, anası X2r. 02 iyun 1994-cü il tarixli vəsiyyətnamədən görünür ki, X5 ona məxsus yaşayış evini qızı Ərizəçi vəsiyyət etmişdir. X6 qəbrinə aid fotoşəkildən görünür ki, həmin şəxs xx.xx.1971-ci ildə anadan olmuş, xx.xx.1993-cü il tarixdə ölmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi qardaşı X8 xx.xx.1971-ci il tarixdə Salyan şəhərində anadan olmuş, xx.xx.1993-cü il tarixdə ölmüş və Salyan şəhər qəbiristanlığında dəfn olunmuşdur. Bu hal məhkəmə iclasında tədqiq olunmuş sənədlərlə və şahid ifadələri ilə tam təsdiq olunmuşdur. Ərizəçi mərhum qardaşı X6 ölməsi ilə əlaqədar ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin o, müvafiq sənədlər təqdim edə bilmədiyindən ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin ərizəsi əsaslı olduğundan təmin edilməli və xx.xx.1971-ci il təvəllüdlü X6 xx.xx.1993-cü il tarixdə Salyan şəhərində ölməsi faktı müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1971-ci il təvəllüdlü Salyan rayonunda anadan olmuş X6 xx.xx.1993-cü il tarixdə Salyan şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Salyan rayon məhkəməsinə elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar