Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1030/2024 12.06.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1992-ci ildə Salyan rayonunun Çuxanlı kəndində anadan olmuş oğlu X7 18 noyabr 2007-ci ildə Salyan rayonu Çuxanlı kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, 11 fevral 1992-ci ildə Salyan rayonunun Çuxanlı kəndində anadan olmuş oğlu X10 18 noyabr 2007-ci ildə Salyan rayonunun Çuxanlı kəndində vəfat etmişdir. Lakin həmin vaxt ölümün qeydiyatı üçün sənədləşmə işlərinin aparılmalı olduğunu bilmədikləri üçün tibbi şəhadətnamə alınması və ölümün qeydiyyatı ilə bağlı məsələlər üzrə tərəflərindən aidiyəti orqanlara müraciət olunmamışdır. Hazırda bu məsələ ilə bağlı əlaqədar qurumlara müraciət etmiş, lakin Maraqlı şəxs tərəfindən verilmiş rəsmi cavabda ölüm faktının qeydə alınmasından imtina olunaraq buna əsas kimi ölüm haqqında tibbi şəhadətnamənin olmaması əsas göstərilmiş və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməkləri tövsiyə olunmuşdur. Eyni zamanda bu ölüm faktı ilə bağlı yuxarıda qeyd olunmuş məlumatlar həm də Salyan rayon Çuxanlı kənd İƏN-i tərəfindən verilmiş sənəddə öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən, 11 fevral 1992-ci ildə Salyan rayonunun Çuxanlı kəndində anadan olmuş oğlu X7 18 noyabr 2007-ci ildə Salyan rayonunun Çuxanlı kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən, işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X2 bildirmişdir ki, Laləzar Göyçayeva onun bacısıdır. Bacısının oğlu Tural 1992-ci il təvəllüdlü olmaqla 18 noyabr 2007-ci il tarixdə Salyan rayonunun Çuxanlı kəndində ölmüşdür. O, həmin kənddə dəfn edilmişdir. Dəfndə özü də iştirak etmişdir. İşə baxıb, ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Maraqlı şəxs tərəfindən verilmiş 05 aprel 2024-cü il tarixli məktubdan görünür ki, 2004-2010-cu illərə aid Maraqlı şəxs, Çuxanlı icra nümayəndəliyi üzrə şöbənin arxivində və "Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün akt qeydləri üzrə yoxlama aparılmış, lakin xx.xx.1992-ci il təvəllüdlü X7 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Ölüm faktının müəyyən olunması üçün müvafiq qaydada məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. Torpaq mülkiyyət hüququna dair dövlət aktından aktdan görünür ki, Neftçala rayon Şorkənd sakinləri Ərizəçi, X4 və X8 Neftçala rayon Aqrar İstehsalat Komissiyasının 24 dekabr 2001-ci il tarixli 60 saylı qərarı ilə verilmiş qeyd olunmuş cizgidə göstərilən sərhəd daxilində 2.04 hektar torpaq sahəsi verilmişdir. XV-JQ 489648 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1992-ci il tarixdə Salyan rayonunda anadan olmuşdur. X5, anası X1r. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Salyan rayonu, Çuxanlı kəndində yaşayır. X7 qəbrinə aid fotoşəkildən görünür ki, həmin şəxs xx.xx.1992-ci il təvəllüdlü olmaqla, xx.xx.2007-ci il tarixdə ölmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi oğlu X10 18 noyabr 2007ci ildə Salyan rayonunun Çuxanlı kənd qəbiristanlığında dəfn olunmuşdur. Bu hal məhkəmə iclasında tədqiq olunmuş sənədlərlə və şahid ifadələri ilə tam təsdiq olunmuşdur. Ərizəçi mərhum oğlu X7 ölməsi ilə əlaqədar ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin o, müvafiq sənədlər təqdim edə bilmədiyindən ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin ərizəsi əsaslıdır, ona görə də təmin edilməli və 11 fevral 1992-ci ildə Salyan rayonunun Çuxanlı kəndində anadan olmuş X7 18 noyabr 2007-ci ildə Salyan rayonunun Çuxanlı kəndində ölməsi faktı müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. 11 fevral 1992-ci ildə Salyan rayonu, Çuxanlı kəndində anadan olmuş X7 18 noyabr 2007-ci il tarixdə Salyan rayonu, Çuxanlı kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Salyan rayon məhkəməsinə elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №2(057)-1030/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1030/2024
12.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver