Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1056/2023 26.05.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X5 qızının katibliyi, Ərizəçi - Ərizəçi, Maraqlı şəxs - Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair işlər üzrə icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi barədə” ərizə ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, onunla Maraqlı şəxs arasında mediator X2 iştirakı ilə xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişini məcburi icrası üçün təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mülki qaydada könüllü razılaşma əsasında xx.xx.2023-cü il tarixdə razılıq və göstərilmiş siyahı əsasında tərtib olunmuş və hər iki tərəfin imzası ilə imzalanmış akta əsasən 92000 manat dəyərində qızıl-zinət əşya tələbi üzrə Maraqlı şəxs Ərizəçi göstərilən məbləğin dəyərindən hər ayın sonunda vaxtı vaxtında ayın 25-dən 30-a qədər ( fevral ayın nəzərə alınmaqla) 2300 manat ödəməyi öz üzərinə götürmüşdür. Ödəniş məbləğinin gecikdirilməsi əsas vermişdir ki, Ərizəçi qız qızıl-zinət əşyanın dəyəri olan 92000 manat pulu mübahisəsiz qaydada X4 34.3-cü maddəsinə əsasən Salyan Rayon Məhkəməsinə müraciət etsin. Ödənişə yalnız 1 ay müddətində güzəşt etmək mümkün olduğu bildirilmişdir. X4 mahiyyəti və Barışıq Sazişinin şərtləri izah edilmiş və Barışıq sazişinin şərtlərinə dair heç bir etraz daxil olmamışdır. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə baxılması ilə əlaqədar təyin edilmiş məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin təmin edilməsini xahiş etmişdir. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə baxılması ilə əlaqədar təyin edilmiş məhkəmə iclasında iştirak edən Maraqlı şəxs ərizənin təmin edilməsinə etiraz etməmişdir. Maraqlı şəxs məhkəmə iclasında ərizə təqdim edərək, Ərizəçi ilə xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişini bağladığını, həmin sazişdə ümümilikdə 92000 manat borcunu olduğu qeyd olunduğunu, həmin puldan 2300 manatını qaytardığını göstərmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli Barışıq Sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışıq sazişi bağlamışlar: Mülki qaydada könüllü razılaşma əsasında xx.xx.2023-cü il tarixdə razılıq və göstərilmiş Siyahı əsasında tərtib olunmuş və hər iki tərəfin imzası ilə imzalanmış akta əsasən 92000 (doxsan iki min) manat dəyərində qızıl-zinət əşya tələbi üzrə Maraqlı şəxs Ərizəçi göstərilən məbləğin dəyərindən hər ayın sonunda vaxtı vaxtında ayın 25-dən 30-a qədər (fevral ayın nəzərə alınmaqla) 2300 (iki min üç yüz) manat ödəməyi öz üzərinə götürür. Ödəniş məbləğinin gecikdirilməsi əsas verir ki, Ərizəçi qızıl-zinət əşyanın dəyəri olan 92000 (doxsan iki min) manat pulu mübahisəsiz qaydada X4 34.3-cü maddəsinə əsasən Salyan Rayon Məhkəməsinə müraciət etsin. Ödənişə yalnız 1 ay müddətində güzəşt etmək mümkün olduğu bildirilir. X1 Qanunun mahiyyəti və barışıq sazişinin şərtləri izah edilmişdir və barışıq sazişinin şərtlərinə dair tərəflərdən heç bir etraz daxil olmamışdır. Tərəflərlə aparılmış söhbət zamanı heç bir təzyiq və məcburetmə olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.17-ci maddəsinə müvafiq olaraq, məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eləcə də “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində 18 fevral 2023-cü il tarixdə barışıq sazişi bağlanmış və barışıq sazişi əsasında Maraqlı şəxs Ərizəçi 92000 manat olan borcunu 2023-cü ilin fevral ayından başlayaraq borcu tam bağlayanadək hər ayın 25-dən 30-a qədər 2300 manat ödəməsi barədə razılıq əldə edilmişdir. Maraqlı şəxs borcundan 2300 manat ödəmiş, 89700 manat borclu qalmışdır. Hazırda ərizəçi xx.xx.2023-cü il tarixli Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış barışıq sazişini məcburi icrası üçün təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, mülki işin materiallarından müəyyən edilir ki, sözü gedən xx.xx.2023-cü il tarixli barışıq sazişi qanuna zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi Azərbaycan Respublikası MPM-nin 305.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağanmış xx.xx.2023-cü il tarixli Barışıq Sazişi təsdiq edilməli, maraqlı şəxs 89700 manat olan borcunu borcu tam bağlayanadək hər ayın 25-dən 30-a qədər 2300 manat olmaqla Ərizəçi xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 355-23- 355-26, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq Sazişi təsdiq edilsin. Maraqlı şəxs 89700 manat olan borcu 2023-cü ilin fevral ayından başlayaraq borcunu tam bağlayanadək hər ayın 25-dən 30-a qədər 2300 manat olmaqla Ərizəçi xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-1056/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1056/2023
26.05.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver