Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-1136/2023 01.06.2023 SALYAN RAYON MƏHKƏMƏSİ 2 Mən, Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlu – Ərizəçi ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizəsi və ona əlavə edilmiş sənədlər məhkəmədə öyrənilərkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikası MPM-nin 149-150-ci maddələrinin tələblərinə uyğun olmayan formada tərtib olunmuşdur. Ərizə ərizəçi tərəfindən imzalanmamış, ərizəyə lazım olan sənədlər əlavə olunmamışdır. Həmin Məcəllənin 152.1-ci maddəsində qeyd olunmuşdur ki, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə. 152.1.2. iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda; Qeyd edilənlərə əsasən Ərizəçi ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264, 267,268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi qeyd olunan nöqsanları aradan qaldırmaqla yenidən iddia qaldırmaq hüququ izah edilsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-1136/2023
Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-1136/2023
01.06.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver